Bakıdan ova gedənlər şikar tapmayıb inəyi vurdular - Kuryoz hadisə

İnəyi ov tüfəngi ilə vuran şəxslərin məhkəmə prosesi başa çatıb.

Bizim.Media qafqazinfo.az-a istinadən xəbər verir ki, Xızı Rayon Məhkəməsində keçirilən prosesdə 1969-cu il təvəllüdlü Qubadlı sakini Rəvan Mirzəyev və 1976-cı il təvəllüdlü Füzuli sakini Qurban Namazova (ad-soyadlar şərtidir) hökm oxunub.

Hökmə əsasən, hər iki şəxsin azadlığı 1 il 6 ay müddətinə məhdudlaşdırılıb. 

Onların cəza almasına səbəb olan qeyri-adi hadisə ötən ilin 2 sentyabr tarixində baş verib. Belə ki, adıçəkilən şəxslər Bakıdan ov məqsədilə Xızıya yollanıblar. Lakin onlar meşədə ovlamaq üçün heyvan tapa bilməyiblər. Bundan sonra nahar etmək qərarına gəliblər və bu zaman onların gözünə meşədə otlayan inək sataşıb.

Nə qədər qəribə səslənsə də, Rəvanla Qurban 200 kq çəkisi olan inəyi ov tüfəngi ilə vurublar.

Onlar daha sonra bıçaqla heyvanı doğrayıb ətini avtomobilin arxa yük yerinə yığıblar. Bu zaman polis əməkdaşları onları saxlayıb, Xızı RPŞ-yə gətiriblər.

Ovçular inəyi vurmaq ideyasının haradan yarandığını özləri də bilmədiyini açıqlayıb. Zərərçəkmiş şəxs, inəyin sahibi isə ona məxsus heyvanı fotosundan tanıyıb. Belə ki, o, polis şöbəsinə gedərək inəyinin itdiyi barədə məlumat verib. Şöbədə isə ona kəsilmiş heyvan şəklini göstərərək “bir inək vurublar, bax gör sənin inəyindir?” deyə soruşduqda, şəklə baxıb inəyin ona məxsus olmasını təsdiqləyib. 
Bundan sonra kəsilmiş inəyin ətini ona veriblər. Hadisədən sonra təqsirləndirilən şəxslər zərərçəkmişə başqa bir inək alıb veriblər. O isə ona dəymiş ziyan ödənildiyindən təqsirləndirilən şəxslərə qarşı hər hansı bir şikayəti və tələbi olmadığını bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda kollektor tikintisi evlərdə çatlar yaratdı – Bəzi sakinlər köçürüldü - VİDEO

Bakıda kollektor tikintisi evlərdə çatlar yaratdı – Bəzi sakinlər köçürüldü - VİDEO

Limonu belə yesəniz arıqlayacaqsınız

Limonu belə yesəniz arıqlayacaqsınız

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Yeni mühitə ən sürətlə uyğunlaşan 3 BÜRC

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Niderland - İsveç matçının ƏN YAXŞISI seçildi

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Fərqanə Qasımova qızı və ikinci nəvəsi ilə - FOTO

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Krasnodardakı hücumda gəncin bıçaqla məkana necə girdiyi MƏLUM OLUB

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Aygün Kazımova Röyanın oğlunun məzun gecəsində - VİDEO

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Zelenski Belarusu növbəti dəfə HƏDƏLƏDİ

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Şahbaz Şərif İsveçrədəki danışıqlarda İŞTİRAK EDƏCƏK

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

Polşa prezidenti Zelenskini ordendən niyə məhrum etdiyini AÇIQLADI

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

DÇ-2026: Niderland İsveçi böyük hesabla məğlub etdi

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Rayonlara yağış, bəzi yerlərə dolu yağıb – Faktiki hava

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Elza Seyidcahanın ailəsi ilə şəhər gəzintisi - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

Ağstafaya ovuc boyda dolu yağdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

1 qəpiklik yumurtanın içindən görün nə çıxdı - VİDEO

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Bu beş şeydən qurtulun ki, evinizə pul gəlsin...

Dua Lipanın toy FOTOLARI

Dua Lipanın toy FOTOLARI

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Azərbaycan XİN Ümumdünya Qaçqınlar Günü ilə bağlı BƏYANAT YAYDI - FOTO

Gəncədə qadın evində ölü tapıldı

Gəncədə qadın evində ölü tapıldı

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

İsrail hücumları: Livanda ölənlərin sayı 4 mini keçdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Sumqayıtda döyülən ahıl qadın dünyasını dəyişdi

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Uşaq arabasında olan Atilla faciəli şəkildə həlak oldu - VİDEO

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Sumqayıtdakı partlayışla bağlı YENİ MƏLUMAT - Azyaşlı xəsarət aldı

Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir

Tələbə adını qazanmaqda rekord nəticə: Bu şəhər birincidir

End of content

No more pages to load

RADİO