Rəsmi Bakıdan fransalı nazirə CAVAB 

Fransanın daxili işlər naziri Jerar Darmanin tərəfindən Fransa Milli Assambleyasının hüquq komitəsində Azərbaycan-Yeni Kaledoniya əlaqələrindən danışarkən ölkəmizə qarşı səsləndirilmiş əsassız və ittiham xarakterli iddiaları qətiyyətlə rədd edirik. 

Bizim.Media xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Fransanın daxili işlər naziri Jerar Darmaninin Fransa Milli Assambleyasının hüquq komitəsində Azərbaycana qarşı səsləndirdiyi iddialara dair cavabında deyib. 

“Azərbaycanı Yeni Kaledoniyanın timsalında guya separatçılığa dəstək verməkdə günahlandıran Fransanın daxili işlər naziri unudur ki, məhz Fransa tərəfi uzun müddət ərzində Azərbaycanda aqressiv separatizmi dəstəkləyən addımlar atıb, qondarma separatçı rejimin nümayəndələrini Fransada mütəmadi əsasda yüksək səviyyədə qəbul edib.
Fransanın hakim partiyasının təşəbbüsü ilə Fransa Parlamenti Azərbaycanın ərazi bütövlüyü və suverenliyini sual altına qoyan və xələl gətirən, separatçı rejimi tanıyan qərar və qətnamələr qəbul etməklə yanaşı, keçmiş qondarma separatçı rejim ilə dostluq qrupunun fəaliyyətinə imkan yaratdığı məlumdur. 

Fransanın daxili işlər naziri erməni əhalinin qətliamı kimi Azərbaycana qarşı heç bir əsası olmayan gülünc və ucuz qarayaxmaya cəhd göstərmək əvəzinə, ölkəsinin uzun illər boyu həyata keçirdiyi və hazırda da davam etdirdiyi müstəmləkəçilik siyasəti çərçivəsində yerli xalqlara qarşı törətdiyi insanlıq əleyhinə cinayətləri, vəhşicəsinə qətlə yetirdiyi milyonlarla günahsız insanı unutmamalıdır. 

Bütün qeyd olunanların fonunda Fransa hökumət rəsminin beynəlxalq dövlətlərarası münasibətlər baxımından heç bir etik çərçivəyə sığmadan Azərbaycanın konstitusional dövlət quruluşu haqqında qəsdən təhqir dolu ifadələrdən istifadə etməsi tamamilə qəbuledilməzdir. 

Bir daha Azərbaycanın daxili işlərinə qarışmamağı və ölkəmizə qarşı əsassız iddialar səsləndirməyə son qoymağı Fransadan tələb edirik. 

Ölkəmizin öz milli maraqlarının qorunması üçün bundan sonra da bütün zəruri tədbirlər görəcəyini bir daha bəyan edirik”, - XİN rəsmisi qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Paşinyanın düşməni olan biznesmen ev dustaqlığına BURAXILIR

Paşinyanın düşməni olan biznesmen ev dustaqlığına BURAXILIR

Yol Polisi sürücülərə ÇAĞIRIŞ ETDİ

Yol Polisi sürücülərə ÇAĞIRIŞ ETDİ

Azyaşlı qıza qarşı əxlaqsızlıq edən gənclə bağlı QƏRAR VERİLDİ

Azyaşlı qıza qarşı əxlaqsızlıq edən gənclə bağlı QƏRAR VERİLDİ

“Kəpəz” bu futbolçu ilə danışıq aparır

“Kəpəz” bu futbolçu ilə danışıq aparır

“Ukrayna sülhə getdikcə daha da yaxınlaşır” - Donald Tusk

“Ukrayna sülhə getdikcə daha da yaxınlaşır” - Donald Tusk

Yeni il hədiyyə qutuları və məhsulları ilə bağlı ticarət obyektlərində yoxlamalar keçirilir - FOTO

Yeni il hədiyyə qutuları və məhsulları ilə bağlı ticarət obyektlərində yoxlamalar keçirilir - FOTO

“Kəlbəcər” tankerilə bağlı əməliyyat uğurla BAŞA ÇATDIRILDI

“Kəlbəcər” tankerilə bağlı əməliyyat uğurla BAŞA ÇATDIRILDI

Hər bürc üçün UĞURSUZ rəqəm

Hər bürc üçün UĞURSUZ rəqəm

Yol hərəkətində dəyişiklik edildi, yeni işıqforlar quraşdırıldı

Yol hərəkətində dəyişiklik edildi, yeni işıqforlar quraşdırıldı

“Barselona”nın prezidentinə qarşı dələduzluq İTTİHAMI

“Barselona”nın prezidentinə qarşı dələduzluq İTTİHAMI

Azərbaycandan kənarda yaradılmış cinayətkar birliyin üzvü olmaqda təqsirləndirilən şəxs HAKİM QARŞISINDA

Azərbaycandan kənarda yaradılmış cinayətkar birliyin üzvü olmaqda təqsirləndirilən şəxs HAKİM QARŞISINDA

Vardanyanın məhkəməsi TƏXİRƏ SALINDI

Vardanyanın məhkəməsi TƏXİRƏ SALINDI

Paytaxt yollarında TIXAC VAR

Paytaxt yollarında TIXAC VAR

BDU-nun 1 nömrəli tədris binası 23 milyon manata TƏMİR OLUNACAQ

BDU-nun 1 nömrəli tədris binası 23 milyon manata TƏMİR OLUNACAQ

Mahir Emrelidən maraqlı paylaşım - FOTO

Mahir Emrelidən maraqlı paylaşım - FOTO

Epşteyn sənədləri nədir? - İLGİNC FAKTLAR – FOTO

Epşteyn sənədləri nədir? - İLGİNC FAKTLAR – FOTO

Millət vəkili müəllim kimi fəaliyyətə başladı

Millət vəkili müəllim kimi fəaliyyətə başladı

İşdən çıxarılan başçı ilə bağlı YENİ FAKT

İşdən çıxarılan başçı ilə bağlı YENİ FAKT

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov İctimai Şuranın üzvlərini qəbul edib — FOTO

Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov İctimai Şuranın üzvlərini qəbul edib — FOTO

“Nigarın elə söz dediyinə inanmıram”

“Nigarın elə söz dediyinə inanmıram”

Daha bir ölkə Avrozonaya daxil olur - Bu tarixdən

Daha bir ölkə Avrozonaya daxil olur - Bu tarixdən

Ucarda 14 nəfər zəhərləndi

Ucarda 14 nəfər zəhərləndi

Leyla Əliyevadan oğlu ilə bağlı paylaşım – FOTO

Leyla Əliyevadan oğlu ilə bağlı paylaşım – FOTO

Məmməd Alpay da məhkəmə qarşısına ÇIXACAQ

Məmməd Alpay da məhkəmə qarşısına ÇIXACAQ

End of content

No more pages to load

RADİO