Polşada ikinci “Karib böhranı” SSENARİSİ – “Bu dəfə dünya müharibəsi başlayacaq”

NATO ilə Rusiya arasında gərginlik nüvə təhdidinə qədər gəlib çatıb. Son zamanlar NATO-nun Polşada nüvə silahı yerləşdirə biləcəyi barədə yayılan informasiyalar genişlənməyə başlayıb. Bir müddət əvvəl Polşanın “Fakt” nəşrinə müsahibə verən ölkə Prezidenti Anjey Duda NATO müttəfiqlərinin alyansın şərq cinahının təhlükəsizliyinin gücləndirilməsinin bir hissəsi kimi zəruri hesab etdiyi təqdirdə, öz ərazisində nüvə silahı yerləşdirməyə hazır olduğunu bəyan edib.

“RMF24” radiosuna müsahibəsində istefada olan polşalı general Yaroslav Kraşevski də qeyd edib ki, Polşanın uzun illərdən sonra ilk dəfə olaraq nüvə dövləti statusu alması və öz ərazisində nüvə silahı yerləşdirməsi ehtimalı reallaşır. Onun dediyinə görə, bu ssenari ABŞ-ın nüvə silahlarının NATO ölkələrinin ərazisinə yerləşdirilməsini nəzərdə tutan Nüvə mübadiləsi proqramı çərçivəsində həyata keçirilə bilər. O, qeyd edib ki, Varşava bunu gələcək illər üçün prioritet hesab edir.
 

MÖVZU İLƏ BAĞLI:

Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”


Qeyd edək ki, Polşanı belə düşünməyə vadar edən məqam Rusiyanın Belarusda nüvə başlıqları yerləşdirməsi və Kalininqrad vilayətində bu istiqamətdə atdığı addımlarla bağlıdır.

Düzdür, Şimali Atlantika Alyansının baş katibi Yens Stoltenberq bildirib ki, qurumun Polşa ərazisində ABŞ-ın nüvə qüvvələrini yerləşdirmək planı yoxdur.

Xatırladaq ki, Rusiya rəsmiləri də öz növbəsində NATO-nun Polşa ərazisində nüvə silahı yerləşdirməsi məsələsinin gündəmə gəlməsinə sərt reaksiya veriblər. 

Bu əsasda aydın görünür ki, NATO belə bir addım atarsa, onunla Rusiya arasında onsuz da gərgin olan vəziyyət daha kritik xarakter alacaq. Hətta bu dəfə Rusiya sərhədində olmaqla növbəti Karib böhranı yaşana bilər.  

Görəsən, NATO Polşaya nüvə silahı yerləşdirərsə, dünyanı yeni Karib böhranı gözləyə bilərmi? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu bildirir ki, NATO-nun Polşada nüvə silahı yerləşdirməsi Karib böhranı deyil, Üçüncü Dünya Müharibəsinin başlanmasının əsasını qoyacaq: 

“Polşa Prezidenti Anjey Duda belə bir təkliflə çıxış edib. Özü də bu onun ilk belə çıxışı deyil. Əvvəlki illərdə də Duda anoloji çıxışlar edib. Məsələ ondadır ki, Polşa Prezidentinin bu təşəbbüsünün arxasında təkcə dediyi kimi Rusiya tərəfindən olan məlum təhdidlər dayanmır. Digər amil odur ki, Polşada nüvə silahının yerləşdirilməsi əslində NATO tərəfindən bu ölkəyə mümkün investisiyaların yerləşdirilməsinə bərabər tutulur. Bu isə indiki şəraitdə Polşanın xeyrinədir. 

Ancaq ona maneə olan amillər var. 

Onlardan birincisi NATO ilə Rusiya arasında 1997-ci ildə əldə edilən razılıqdır. Ona əsasən NATO 1997-ci ildən sonra quruma üzv olan Şərqi Avropa ölkələrində nüvə silahını yerləşdirməyəcəyilə bağlı öhdəlik götürüb. Rusiya Prezidentinin sözçüsü Peskov bildirib ki, NATO 1997-ci il razılaşmanın şərtlərini pozsa, Moskva artıq Polşa ərazisindəki quruma məxsus obyektləri vurmaq üçün legitim hüquqlar əldə edəcək. 
Polşa ictimaiyyəti də NATO nüvə silahının ölkələrində yerləşdirilməsindən narahatdır. Rusiya müdafiə naziri Şoyqu da məsələ ilə bağlı verdiyi açıqlamada deyib ki, NATO qüvvədə olan razılaşmanın şərtlərini pozacaqsa, bu artıq Moskva üçün ölüm-dirim məsələsi olacaq. Belə vəziyyətdə Rusiyanın nüvə silahına müraciət etməsindən başqa digər çıxış yolu olmayacaq. Bu isə Karib böhranı deyil, üçüncü dünya müharibəsinin başlaması üçün legitim addımın atılması demək olacaq”.

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu şəxslərin maaşı ARTDI

Bu şəxslərin maaşı ARTDI

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

“Şamaxı” evdə uduzdu – VİDEO

“Şamaxı” evdə uduzdu – VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI

İlham Əliyev: “Əzəli yurd yerlərimizi gözəlliklər məskəninə çevirəcəyik”

İlham Əliyev: “Əzəli yurd yerlərimizi gözəlliklər məskəninə çevirəcəyik”

Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

Xocavəndə qayıdan azyaşlı Prezidentin avtomobilində sükan arxasında - FOTO/VİDEO

Xocavəndə qayıdan azyaşlı Prezidentin avtomobilində sükan arxasında - FOTO/VİDEO

İlin ilk ayında 8 minə yaxın körpə doğulub – RƏSMİ

İlin ilk ayında 8 minə yaxın körpə doğulub – RƏSMİ

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri SEÇİLDİ – FOTO

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri SEÇİLDİ – FOTO

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Bu il Azərbaycan əhalisi nə qədər gəlir əldə edib?

Bu il Azərbaycan əhalisi nə qədər gəlir əldə edib?

Yanvar ayında evlənən və boşananların SAYI AÇIQLANDI

Yanvar ayında evlənən və boşananların SAYI AÇIQLANDI

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO