Qazaxıstan Azərbaycan-Ermənistan dialoqunda vasitəçiyə çevrilir? - Amangeldi Kurmetlə MÜSAHİBƏ

“Hər birimiz XXI əsrdə sülhün nə qədər önəmli olduğunu hiss edirik. Çünki dünyanın hər yerində müharibələrin şahidiyiq. Cənubi Qafqazdakı 30 illik işğal, BMT qətnamələrinə əməl edilməməsi problemi 2020-ci ildə Azərbaycanın silah gücü ilə həllini tapdı. Azərbaycan öz ərazi bütövlüyünü özü bərpa etdi. Qazaxıstanın da Azərbaycanla Ermənistan arasındakı sülhə, sərhədlərin tam delimitasiya və demarkasiya edilməsinə ehtiyacı var”. 

Bu fikirləri Bizim.Media-ya müsahibəsində qazaxıstanlı politoloq Amangeldi Kurmet deyib. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Qazaxıstanda reallaşacaq görüşünü şərh edən politoloq, Qazaxıstanın iqtisadi dayanıqlılığını təmin etmək üçün iki ölkə arasındakı sülhə ciddi ehtiyac olduğunu bildirib.

Sözügedən müsahibəni təqdim edirik:

- Cənab Kurmet, siz həm politoloq həm də qazaxıstanlı jurnalist olaraq siyasi prosesləri dərindən incələyirsiz. Biz cənab Tokayevin Azərbaycan və Ermənistan səfərindən sonra vasitəçiliklə bağlı ciddi addımlarını gördük. Qazaxıstan üçün sülh niyə vacibdir?

- Qazaxıstan hər zaman Cənubi Qazfqazda sülhün olması üçün çalışıb. İndi də iki ölkə arasında sülh üçün vasitəçilik edəcək. Qazaxıstan liderinin İrəvan səfəri də buna hesablanmışdı. Mediada bu xəbərlər daha çox işbirliyi, iqtisadi əlaqələr istiqamətində yansısa da, əsas məsələ Ermənistanı Azərbaycanın torpaq bütövlüyünə inandırmaq idi. 

Qazaxıstanın neft və digər məhsulların ixracı üçün Cənubi Qafqazın önəmi çox böyükdür. Rusiya-Ukrayna müharibəsi Qazaxıstana ciddi zərər verir. Bizim neftimizin 90 faizi Rusiya üzərindən satılır. Son üç ildir ki, bizim neftimizin satılmasında ciddi əngəllər var. Bunun üçün müxtəlif bəhanələr oldu. Buna görə də Qazaxıstan Xəzər dənizi üzərindən keçməklə Azərbaycan, Ermənistan və ya Gürcüstan üzərindən ixracını reallaşdırmalıdır. Həmçinin Çindən gələn konteynerlər də, Qazaxıstandan eyni qaydada keçməklə hərəkət etməlidir.

- Təbii ki, iqtisadi əlaqələr sülh üçün əsas şərtdir. Sözügedən sülhün olması Qazaxıstan üçün hansı üstünlükləri yaradacaq?

- Bəli, Qazaxıstan üçün sülh çox vacibdir. Dünyada baş verən proseslər onu göstərir ki, Çinlə əlaqələr üçün Azərbaycan, Qazaxıstan, Türkiyə və hətta Ermənistan xüsusi önəm daşıyır. İsraillə İran arasında hər an müharibə baş verə bilər, şimalda isə Rusiya-Ukrayna məsələsi var.

Bu səbəbdən Çin məhsullarının hazırda daşınmasında ciddi zərərlər var. Buna görə də ən təhlükəsiz marşrut Qazaxıstan və Azərbaycan üzərindən keçən marşrutdur. Azərbaycanla Ermənistan arasındakı sülhə yalnız Qazaxıstanın deyil, bütün bölgə ölkələrinin ehtiyacı var. Buna görə də, sülh üçün Qazaxıstan yeni masa təklif edir. 

- Necə düşünürsüz, sözügedən görüş may ayında reallaşa bilər?

- İki ölkənin XİN başçılarının Qazaxıstan görüşünün tarixi dəqiq bəlli deyil. Düşünürəm ki, XİN başçıları iyun ayında görüşəcəklər. May ayı üçün Sovetdən qalan bir çox bayramlar var ki, onlar qeyd edilir. Həmçinin Qazaxıstan daşqın fəaləkəti ilə də məşğul olur. Amma iyun ayında görüşün reallaşması daha məntiqli gəlir. 

- Qazaxıstanın vasitəçiliyi ilə ciddi nəticələr əldə ediləcəyinə inanırsızmı?

- Düşünürəm ki, müsbət nəticələr əldə edəcəyik. Hazırda Azərbaycan və Ermənistan arasında vasitəçisiz dialoqun müsbət nəticələri var. Dialoqla Ermənistan 4 kəndi Azərbaycana geri verməyə razılaşdı. Düşünürəm ki, bu proseslərdə Azərbaycan Prezidentinin xüsusi əməyi var. Buna görə də Qazaxıstan və digər ölkələr sözügedən təşəbbüslərə dəstək verməlidir. Düşünürəm ki, iki ölkə sülhə çox yaxındır. Rus hərbçiləri ərazidən çıxarıldı, kəndlər geri verilir və bütün bunların fonunda ermənilər anladılar ki, sülh nə qədər vacibdir.

- Bir çox ölkələrin sülhpozucu fəaliyyətləri davam edir. Məsələn, Ermənistanı silahlandıran ölkələr var...

- Onlar bilməlidirlər ki, Azərbaycanla münasibətləri yaxşı olarsa, Qazaxıstanla, Türkiyə ilə və bütün Mərkəzi Asiya ilə yaxşı münasibətləri olacaq. Millət bunu başa düşməyə bilər. Lakin siyasətçilər bunun əhəmiyyətini yaxşı bilirlər. Fransa kimi ölkələr isə gərginlikdə maraqlıdırlar. Lakin ağıllı olan ermənilər anlayır ki, nə qədər silah yardımı olsa da, Ermənistan Azərbaycana qalib gələ bilməz. 

- Zaman ayırdığınız üçün təşəkkür edirəm.

- Mən də sizə təşəkkür edirəm.

Tehran Orucoğlu, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

“Şamaxı” evdə uduzdu – VİDEO

“Şamaxı” evdə uduzdu – VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI

İlham Əliyev: “Əzəli yurd yerlərimizi gözəlliklər məskəninə çevirəcəyik”

İlham Əliyev: “Əzəli yurd yerlərimizi gözəlliklər məskəninə çevirəcəyik”

Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

Xocavəndə qayıdan azyaşlı Prezidentin avtomobilində sükan arxasında - FOTO/VİDEO

Xocavəndə qayıdan azyaşlı Prezidentin avtomobilində sükan arxasında - FOTO/VİDEO

İlin ilk ayında 8 minə yaxın körpə doğulub – RƏSMİ

İlin ilk ayında 8 minə yaxın körpə doğulub – RƏSMİ

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri SEÇİLDİ – FOTO

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri SEÇİLDİ – FOTO

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Bu il Azərbaycan əhalisi nə qədər gəlir əldə edib?

Bu il Azərbaycan əhalisi nə qədər gəlir əldə edib?

Yanvar ayında evlənən və boşananların SAYI AÇIQLANDI

Yanvar ayında evlənən və boşananların SAYI AÇIQLANDI

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - FOTO/VİDEO

Afaqın da verilişi bağlanıb?

Afaqın da verilişi bağlanıb?

End of content

No more pages to load

RADİO