Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun oğlu Adam Kadırov yüksək vəzifəyə təyin olunub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Rusiya mətbuatı yayıb.
Mənbə yazır ki, 16 yaşlı Adam Kadırov Çeçenistanın Qudermes şəhərində yerləşən Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin kuratoru təyin edilib.
Qeyd edək ki, A.Kadırov, həmçinin Çeçenistan rəhbərinin təhlükəsizlik idarəsinin rəisi vəzifəsində çalışır.
Bizim.Media