Rusiya Müdafiə naziri Sergey Şoyqu ilə ermənistanlı həmkarı Vaqarşaq Arutyunyan arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, onlar Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşdirilən Rusiya sülhməramlılarının fəaliyyətini müzakirə ediblər.
Həmçinin Ermənistan ordusunda aparılan islahatlar və qarşılıqlı maraq doğuran digər məsələlər də danışıqların əsas mövzusu olub.
Bizim.Media