Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”

ABŞ Nümayəndələr Palatası və Senatı tərəfindən Ukraynaya yardım məsələsi təsdiqlənəndən sonra Moskva və Ağ Ev yenidən bir-birinə qarşı nüvə təhdidlərini gündəmə gətirməyə başlayıb.

Bu günlərdə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bəyan edib ki, ABŞ Rusiyanın nüvə gücünə malik peyk silahları hazırladığına əmindir.

“Birləşmiş Ştatlar Rusiyanın nüvə başlığı daşıya bilən peyk hazırladığına inanır”, – deyə Sullivan Ağ evin mətbuat xidmətinin yaydığı bəyanatda bildirib.

O əlavə edib ki, buna Rusiyanın ABŞ və Yaponiyanın kosmosda nüvə silahının yerləşdirilməməsi ilə bağlı təklif etdiyi qətnamə layihəsinə veto qoyması da işarə edir. Öz növbəsində Qərbdə də Rusiyaya sərhəd Polşa ərazisində nüvə obyektlərinin yerləşdirməsi fikirləri səslənir.

Bir sözlə, son zamanlar ABŞ-la Rusiya bir-birini artıq nüvə silahı ilə təhdid etməyə yenidən start veriblər.

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tofiq Abbasov bildirir ki, ən kritik anda tərəflərdən birinin nüvə başlıqlarına əl atması ehtimalı istisna edilmir:

“Hazırda vəziyyət son dərəcədə gərgindir ki, bu da özünü çox kəskin tempdə büruzə verir. Nüvə silahından istifadə məsələsi heç də zarafat məsələ deyil, son dərəcədə ciddi tendensiyadır. Təzadlar və maraqların toqquşması o dərəcəyə gəlib çatıb ki, artıq ABŞ, NATO, Rusiya və onun müttəfiqləri ən arzuolunmaz döyüş ssenarisinə belə hazırlaşırlar.

Ukrayna müharibəsi ümumi nizamı dağıda biləcək bir partlayıcı maddədir.

O, sona qədər yansa, həqiqətən də, böyük fəlakət qaçılmaz olacaq. Hələlik isə tərəflər çalışırlar ki, nüvə məsələsini cilovlasınlar. Amma ABŞ Ukrayna müharibəsinin dayandırılmasında maraqlı deyil. Çünki məqsədi Rusiyanı kifayət qədər zəif duruma salmaq, çökdürməkdir. Lakin Rusiyanın da strateji resursları, ərazisi böyükdür.

Prosesin son nöqtəsi olmalıdır və düşünürəm ki, bu da Amerikada olacaq Prezident seçkilərilə bitəcək. Ən kritik nöqtə kimi son məqamda tərəflərdən biri “ya vəlvələ, ya da zəlzələdən” nüvə başlıqlarına əl ata bilər. Ona görə də diplomatiya dinc oturmamalı, təhlükənin qarşısını almalıdır”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çempionlar Liqası: İki turdan sonra bombardir kimdir?

Çempionlar Liqası: İki turdan sonra bombardir kimdir?

İrana hücum hazırlıqları SON MƏRHƏLƏDƏ – Yaxın Şərqdə dəhşətli savaşın ANONSU

İrana hücum hazırlıqları SON MƏRHƏLƏDƏ – Yaxın Şərqdə dəhşətli savaşın ANONSU

İlham Əliyev Meloni ilə görüşdü - FOTO

İlham Əliyev Meloni ilə görüşdü - FOTO

Yeni yerüstü piyada keçidi inşa edilir – BU ƏRAZİDƏ

Yeni yerüstü piyada keçidi inşa edilir – BU ƏRAZİDƏ

Əmək pensiyası ilə bağlı MÜHÜM MƏLUMAT

Əmək pensiyası ilə bağlı MÜHÜM MƏLUMAT

Türkiyəli yutuber “Qarabağ”a görə TRT-ni tənqid etdi – VİDEO

Türkiyəli yutuber “Qarabağ”a görə TRT-ni tənqid etdi – VİDEO

Bahar Lətifqızı 500 minə ev aldı - VİDEO

Bahar Lətifqızı 500 minə ev aldı - VİDEO

ŞİKAYƏT: "Xətai rayonunda səkini parkinqə çevirirlər" - FOTO

ŞİKAYƏT: "Xətai rayonunda səkini parkinqə çevirirlər" - FOTO

Bir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırır

Bir Bonus Toyota Corolla və yüzlərlə bonus qazandırır

Kəskin istilər gəlir

Kəskin istilər gəlir

İlham Məmmədov Mnatsakanyanı İFŞA ETDİ - "Başıma avtomatın qundağı ilə vururdu"

İlham Məmmədov Mnatsakanyanı İFŞA ETDİ - "Başıma avtomatın qundağı ilə vururdu"

Aqil Abbasdan Çingiz Abdullayevə CAVAB – “Üç min yazıçı haradadır, pambıq yığırıq?!”

Aqil Abbasdan Çingiz Abdullayevə CAVAB – “Üç min yazıçı haradadır, pambıq yığırıq?!”

Azərbaycan idmançılarının yeni REYTİNQ CƏDVƏLİ

Azərbaycan idmançılarının yeni REYTİNQ CƏDVƏLİ

Pensiya kapitalını vaxtından tez götürmək olar?

Pensiya kapitalını vaxtından tez götürmək olar?

Ucarda sərnişin daşıyan mikroavtobus yandı – VİDEO

Ucarda sərnişin daşıyan mikroavtobus yandı – VİDEO

Sabah Gürcüstanda iş OLMAYACAQ

Sabah Gürcüstanda iş OLMAYACAQ

Orionid meteor yağışı müşahidə EDİLƏCƏK

Orionid meteor yağışı müşahidə EDİLƏCƏK

Xaricdə təhsil alanların NƏZƏRİNƏ – Diplomlar bu qaydada təsdiq olunur - MƏRHƏLƏLƏR

Xaricdə təhsil alanların NƏZƏRİNƏ – Diplomlar bu qaydada təsdiq olunur - MƏRHƏLƏLƏR

Makron İlham Əliyevi və Paşinyanı TƏBRİK ETDİ

Makron İlham Əliyevi və Paşinyanı TƏBRİK ETDİ

Ankara-Tbilisi aviareysi bərpa olundu

Ankara-Tbilisi aviareysi bərpa olundu

Rusiya neftini qaçaq yolla daşıyan gizli sxemin İFŞASI – Adnan Əhmədzadə ilə bağlı SENSASİON DETALLAR

Rusiya neftini qaçaq yolla daşıyan gizli sxemin İFŞASI – Adnan Əhmədzadə ilə bağlı SENSASİON DETALLAR

Ağasəlim Mircavadov: “Qarabağ”ın etdiyini hər komanda bacara bilmir”

Ağasəlim Mircavadov: “Qarabağ”ın etdiyini hər komanda bacara bilmir”

İranla sərhəddə birgə ƏMƏLİYYAT - FOTO

İranla sərhəddə birgə ƏMƏLİYYAT - FOTO

Tramp administrasiyası Demokratların başcılıq etdiyi ştatlar üçün vəsaiti dondurdu

Tramp administrasiyası Demokratların başcılıq etdiyi ştatlar üçün vəsaiti dondurdu

End of content

No more pages to load

RADİO