Qazaxıstan “TikTok” platformasına girişin bloklanması imkanlarını araşdırır.
Bizim.Media xəbər verir ki, bu barədə ölkənin mədəniyyət və informasiya naziri Aida Balayeva jurnalistlərə açıqlamasında məlumat verib.
“Demirəm ki, biz bunu artıq qadağan edirik. Sadəcə bu barədə düşünürük, çünki qonşu dövlətlər və digər ölkələr də belə tədbirlər görür, biz də öyrənirik”, - deyə o bəyan edib.
Bizim.Media