Keniya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunub - FOTO

İqtisadiyyat Nazirliyində Keniya nümayəndə heyəti ilə iqtisadi əməkdaşlıq imkanlarına dair görüş keçirilib.

Nazirlikdən Bizim.Media-ya bildirilib ki, görüşdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov 2024-cü ilin Azərbaycan və Keniya arasında diplomatik əlaqələrin qurulmasının 20-ci ildönümünə təsadüf etdiyini, ikitərəfli münasibətlərin inkişafını vurğulayıb, ötən il Nayrobidə ölkəmizin səfirliyinin fəaliyyətə başlamasını bu baxımdan mühüm addım kimi qiymətləndirib. 

Qeyd olunub ki, Keniya ilə iqtisadi-ticarət əməkdaşlığı da inkişaf edir. Ötən il Keniya ilə ikitərəfli ticarət dövriyyəsinin həcmi 52 faiz artıb.
Qarşılıqlı investisiya qoyuluşu üzrə potensialın reallaşdırılması böyük önəm kəsb edir. Bununla yanaşı, ikitərəfli ticarətin genişlənməsinə və səmərəli iqtisadi münasibətlərin qurulmasına xidmət edəcək biznes təşəbbüsləri, xüsusilə sənaye, enerji, mineral ehtiyatlar, İKT, qida, kənd təsərrüfatı, bankçılıq, turizm və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məqsədəuyğundur.

Görüşdə Azərbaycanın iqtisadi nailiyyətləri, milli prioritetləri, sənaye zonaları, azad edilmiş ərazilərimizin iqtisadi potensialı, investorlar üçün yaradılan imkanlar, bu istiqamətdə tətbiq edilən stimul, güzəşt və imtiyazlar barədə məlumat verilib, keniyalı iş adamları fəal tərəfdaşlığa dəvət olunub.

Keniyanın Baş nazirinin müşaviri Karaqo Cozef Maqua Azərbaycana səfərindən məmnunluğunu bildirib, ölkələrimiz arasında texnologiyalar, infrastruktur, nəqliyyat, logistika, kənd təsərrüfatı, turizm və digər istiqamətlər üzrə əməkdaşlığın inkişaf etdirilməsinin önəmini qeyd edib.

Tədbirdə Azərbaycan Prezidentinin Cəbrayıl, Qubadlı və Zəngilan, həmçinin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəliklərinin, Azərbaycan Mərkəzi Bankının, Dövlət Neft Fondunun, Mənzil İnşaatı Dövlət Agentliyinin, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun, Kiçik və Orta Biznesin İnkişafı və İqtisadi Zonaların İnkişafı agentliklərinin, “AzerGold” QSC-nin təmsilçiləri təqdimatlarla çıxış ediblər.

Görüşdə müxtəlif istiqamətlər üzrə əməkdaşlığın davam etdirilməsinə dair müzakirələr aparılıb, eləcə də Keniya nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb.





Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı üzrə birgə işçi qrupun yaradılması müzakirə olundu

Azərbaycan ilə Çin arasında kənd təsərrüfatı üzrə birgə işçi qrupun yaradılması müzakirə olundu

Dünya çempionatında 1/8 finalçılar MÜƏYYƏNLƏŞDİ

Dünya çempionatında 1/8 finalçılar MÜƏYYƏNLƏŞDİ

Gec yatanlar risk altındadır - DİQQƏT

Gec yatanlar risk altındadır - DİQQƏT

Flora Kərimova uzun müddət sonra GÖRÜNTÜLƏNDİ - VİDEO

Flora Kərimova uzun müddət sonra GÖRÜNTÜLƏNDİ - VİDEO

Millimizin futbolçusu ƏMƏLİYYAT OLUNDU

Millimizin futbolçusu ƏMƏLİYYAT OLUNDU

İndoneziyada da GÜCLÜ ZƏLZƏLƏ oldu

İndoneziyada da GÜCLÜ ZƏLZƏLƏ oldu

Messi gələcəyi ilə bağlı QƏRAR VERDİ

Messi gələcəyi ilə bağlı QƏRAR VERDİ

Qəzadan sonra yeriyə bilməyən MÜĞƏNNİ: “Ayağa qalxmaq istəyirəm” - VİDEO

Qəzadan sonra yeriyə bilməyən MÜĞƏNNİ: “Ayağa qalxmaq istəyirəm” - VİDEO

Ceyhun Bayramov: “Azərbaycan sülh gündəmini irəlilətməyə sadiqdir”

Ceyhun Bayramov: “Azərbaycan sülh gündəmini irəlilətməyə sadiqdir”

"Qanuni oğru" həbs qərarından sonra restorana getdi

"Qanuni oğru" həbs qərarından sonra restorana getdi

Kaka məşqçiliyə başlamaq İSTƏYİR

Kaka məşqçiliyə başlamaq İSTƏYİR

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatından 2 il ÖTÜR

Azərbaycan Ordusunun Qarabağda keçirdiyi antiterror əməliyyatından 2 il ÖTÜR

Məşhur türk müğənniyə CİNAYƏT İŞİ açıldı

Məşhur türk müğənniyə CİNAYƏT İŞİ açıldı

Əlisəmid Kür reanimasiyaya yerləşdirildi

Əlisəmid Kür reanimasiyaya yerləşdirildi

Kamçatkada GÜCLÜ ZƏLZƏLƏ oldu - VİDEO

Kamçatkada GÜCLÜ ZƏLZƏLƏ oldu - VİDEO

“Beşiktaş”da CİDDİ İTKİLƏR

“Beşiktaş”da CİDDİ İTKİLƏR

Fransada VƏZİYYƏT GƏRGİNDİR: 181 nümayişçi saxlanıldı - FOTO/VİDEO

Fransada VƏZİYYƏT GƏRGİNDİR: 181 nümayişçi saxlanıldı - FOTO/VİDEO

“Pul almışam, yaxşı eləmişəm” - Daha bir direktorun səs yazısı yayıldı - VİDEO

“Pul almışam, yaxşı eləmişəm” - Daha bir direktorun səs yazısı yayıldı - VİDEO

Coratda sabah QAZ OLMAYACAQ

Coratda sabah QAZ OLMAYACAQ

Rəsul qardaşı şəhid olduqdan sonra gözdən itən Xana ilə PAYLAŞIM ETDİ - VİDEO

Rəsul qardaşı şəhid olduqdan sonra gözdən itən Xana ilə PAYLAŞIM ETDİ - VİDEO

İsrail “Hizbullah”ın Radvan qüvvələrinə məxsus silah anbarlarını MƏHV ETDİ - VİDEO

İsrail “Hizbullah”ın Radvan qüvvələrinə məxsus silah anbarlarını MƏHV ETDİ - VİDEO

“Benfika” Maurinyonun təyinatını AÇIQLADI

“Benfika” Maurinyonun təyinatını AÇIQLADI

Bakıda 250 nömrəli məktəbdə valideynlərdən pul yığıldığı İDDİA OLUNUR - VİDEO

Bakıda 250 nömrəli məktəbdə valideynlərdən pul yığıldığı İDDİA OLUNUR - VİDEO

Ramil Şeydayev yenidən "Qarabağ"da - Rəsmi

Ramil Şeydayev yenidən "Qarabağ"da - Rəsmi

End of content

No more pages to load

RADİO