“Biz hesab edirik ki, münaqişənin hərbi həlli siyasi müstəviyə keçməlidir və biz buna hazırıq. Ümid edirəm ki, Ermənistanın acı məğlubiyyəti onları vadar edəcək ki, onlar çox ciddi düşünərək bu qərara gəlsinlər. Ancaq biz bunun əksini görürük”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tvitter hesabında qeyd edib.
Prezident həmçinin bildirb ki, biz nəinki öz torpaqlarımızı düşməndən xilas edirik, biz region üçün böyük təhlükə mənbəyi olan erməni faşizminin də qarşısını alırıq.
Bizim.Media