Rusiyanın İrkutsk vilayətinin Çeremxovsk rayonunda yüngül mühərrikli təyyarənin qəzaya düşüb. Nəticədə 2 nəfər dünyasını dəyişib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinə istinadən yayıb.
Mənbə bildirir ki, təyyarə rayonun Rısevo qəsəbəsi yaxınlığında qəzaya düşüb. Hazırda qəzanın səbəbləri araşdırılır.
Bizim.Media