İsrail-İran münaqişəsinin NÖVBƏTİ PƏRDƏSİ – “Hücumlar davam edəcək, sonra isə...”

İsraillə İran arasında gərginlik səngimək bilmir. ABC telekanalının məlumatına görə, İsrail cavab zərbəsi olaraq İrandakı obyektə raket zərbəsi endirib.

İranın “Fars” agentliyi isə İranın İsfahan əyalətində partlayış baş verdiyi ilə bağlı məlumat yayıb. Bildirildiyinə görə, raket zərbəsinin hədəfi həmin şəhərdəki hərbi aviabaza olub. Qeyd edək ki, burada şəhid Babai adına 8-ci taktiki aviabaza yerləşir. 
 

MÖVZU İLƏ BAĞLI:

Əsl faktlar ÜZƏ ÇIXDI – Ukraynaya ordu göndərməkdən danışan Fransa Rusiyanın əsas tərəfdaşı imiş...


İranın kosmik agentliyinin nümayəndəsi Hosseyn Dalirianın “X” səhifəsində yazdığına görə, ölkənin hava hücumundan müdafiə qüvvələri bir neçə pilotsuz uçan aparatı məhv edib.  

Fars News-un məlumatına görə isə İsfahanın mülki aeroportu yazınlığında partlayış səsləri eşidilib. Bununla yanaşı, əyalətdəki nüvə obyektləri hücuma məruz qalmayıb. 

Qeyd edək ki, aprelin 1-də İsrail Dəməşqdəki İran konsulluğuna zərbə endirir. Nəticədə iki yüksək rütbəli SEPAH zabiti olmaqla 11 nəfər öldürülür. Ardınca Tehran cavab zərbəsi olaraq aprelin 13-də İsrailə 200-dən çox raket və PUA-lar atır. Lakin bu cavab zərbəsi ciddi dağıntılara gətirib çıxarmır. Bundan sonra Təl-Əviv cavab zərbəsi endirəcəyini bəyan edir və son məlumata əsasən İsfahandakı hərbi obyektə zərbə vurur.  

Görəsən, yenidən artan gərginlik nə ilə yekunlaşacaq?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, Tehranla Təl-Əviv arasındakı qaşıdurma hələ xeyli müddət tərəflərə baş ağrısı verməkdə davam edəcək:

“İsrailin İrana cavab zərbəsi endirməsi gözlənilən məqam idi. İranın aprelin 13-də İsrailə zərbələrindən sonra belə bir cavab xarakterli addımın olacağı istisna edilmirdi. Amma bundan sonra İsrail İran qarşıdurmasında vəziyyət kifayət qədər gərginləşəcək. 

Nəzərə alaq ki, İranın dövlət siyasəti birbaşa İsraili bir dövlət olaraq məhv etmək üzərində qurulub. İranın siyasi təbliğatının kökündə də məhz İsrailə qarşı düşmənçilik dayanır. İranın bütün sahələrdə təbliğatı da bu müstəviyə yönəlib. O səbəbdən İranın İsrailə qarşı düşmənçiliyi bu səviyyəyə qaldırması vəziyyətin daha da kəskinləşməsinə gətirib çıxarır. 
Belədə mövcud durum İran və onun proksi qüvvələrinin İsrailə qarşı fəaliyyətlərinin daha da çoxalmasına gətirib çıxarır. İrana bağlı proksi qüvvələr Yəmən, Livan ərazisindən İsrailə qarşı hücumları davam etdirir. İsrail İran qarşıdurması, İsrail Fələstin qarşıdurması qədər dərin köklərə malikdir. Ona görə də bu qarşıdurmanın hansısa bir formada tezliklə həll ediləcəyini gözləməyin özü absurddur”. 

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

“Sumqayıt”ın kapitanı komandadan GEDİR?

“Sumqayıt”ın kapitanı komandadan GEDİR?

Lökbatan–Güzdək yolunda körpü uçdu - VİDEO

Lökbatan–Güzdək yolunda körpü uçdu - VİDEO

Masallıda ailə FACİƏSİ - Baba və nəvəsi yanaraq həlak oldular – FOTO

Masallıda ailə FACİƏSİ - Baba və nəvəsi yanaraq həlak oldular – FOTO

Bu oyunları izləmək üçün gecələr yatmayacağıq

Bu oyunları izləmək üçün gecələr yatmayacağıq

Bakıda tələbə qıza sahibsiz itlər hücum edib - VİDEO

Bakıda tələbə qıza sahibsiz itlər hücum edib - VİDEO

Bu məktəbdə tədris DAYANDIRILDI

Bu məktəbdə tədris DAYANDIRILDI

Bu il uşaqlara daha çox hansı adlar verilib? – Statistika

Bu il uşaqlara daha çox hansı adlar verilib? – Statistika

Rusiya Ukraynanın Luqansk vilayətini tam ƏLƏ keçirdi

Rusiya Ukraynanın Luqansk vilayətini tam ƏLƏ keçirdi

İtkin düşən kişinin meyiti 60 gündən sonra tapıldı - FOTO

İtkin düşən kişinin meyiti 60 gündən sonra tapıldı - FOTO

Qərbi Kaspi Universitetində dövlət sifarişli tələbələrdən ödəniş tələb olunur? - Agentlik araşdırmalara BAŞLADI – FOTOFAKT

Qərbi Kaspi Universitetində dövlət sifarişli tələbələrdən ödəniş tələb olunur? - Agentlik araşdırmalara BAŞLADI – FOTOFAKT

Uçan pinqvinlər, solaxaylar üçün burgerlər... - Dünya mediasının ən maraqlı 1 Aprel zarafatları

Uçan pinqvinlər, solaxaylar üçün burgerlər... - Dünya mediasının ən maraqlı 1 Aprel zarafatları

"Azərbaycan alüminiumu" ASC ləğv edilir

"Azərbaycan alüminiumu" ASC ləğv edilir

Azərbaycanda Qərb Sənaye Parkı yaradılacaq

Azərbaycanda Qərb Sənaye Parkı yaradılacaq

Goranboyda ağır qəza: Xəsarət alanlar var

Goranboyda ağır qəza: Xəsarət alanlar var

Azad edilmiş ərazilərdə daha 503 mina TAPILDI

Azad edilmiş ərazilərdə daha 503 mina TAPILDI

Qətərdə yanacaq tankerinə zərbə endirildi - 21 nəfər təxliyə edildi

Qətərdə yanacaq tankerinə zərbə endirildi - 21 nəfər təxliyə edildi

İlham Əliyevdən dağ-mədən və metallurgiya sənayesi ilə bağlı SƏRƏNCAM

İlham Əliyevdən dağ-mədən və metallurgiya sənayesi ilə bağlı SƏRƏNCAM

Vaqif Cavadova vəzifə verildi

Vaqif Cavadova vəzifə verildi

Sabah 25 dərəcə isti olacaq

Sabah 25 dərəcə isti olacaq

Bizim.Media yazdı – Sumqayıtda yaşıllıq əraziyə müdaxilənin qarşısı alındı – FOTO

Bizim.Media yazdı – Sumqayıtda yaşıllıq əraziyə müdaxilənin qarşısı alındı – FOTO

Yağışa görə sığortalı əmlaklara dəyən ziyanın MƏBLƏĞİ açıqlandı

Yağışa görə sığortalı əmlaklara dəyən ziyanın MƏBLƏĞİ açıqlandı

Salyanda yol kənarında meyit tapıldı

Salyanda yol kənarında meyit tapıldı

Kosovada türklərə jest: “1999-cu ildə siz ödəmisiniz, bu gün borcunuz yoxdur” - VİDEO

Kosovada türklərə jest: “1999-cu ildə siz ödəmisiniz, bu gün borcunuz yoxdur” - VİDEO

Nəsimi rayonunda tuneldə avtomobil yandı – ANBAAN VİDEO

Nəsimi rayonunda tuneldə avtomobil yandı – ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO