İşğal edilən ərazilərimizdə yaradılan terror qruplaşmalarına cinayət işi açıldı

Ermənistanın vətəndaşı Vladimir Vartanov və qeyrilərinin Ermənistandan kənarda yaşayan müxtəlif millətlərdən olan digər ölkə vətəndaşlarını cəlb edərək, həmin şəxslərdən ibarət “VoMa” adı altında Azərbaycanın qanunvericiliyində nəzərdə tutulmayan silahlı birləşmə yaratmaları, birləşmə üzvlərinə terrorçuluq məqsədilə təlim keçmələri, həmin silahlı birləşmə tərkibində işğal olunmuş ərazilərində terrorçuluq əməllərini törətmələri və sair cinayət əməllərinə dair Dövlət Təhlükəsizliyi Xidmətindən daxil olmuş materiallar əsasında Baş Prokurorluğun İstintaq İdarəsində araşdırma aparılıb.

Bizim.Media Baş Prokurorluğa istinadən xəbər verir ki, araşdırmalarla Vladimir Vartanov və digərlərinin Azərbaycana və vətəndaşlarına qarşı terror aktları törətmək məqsədilə 2014-cü ildə Ermənistan ərazisində “VoMa” adlı hərbiləşdirilmiş təşkilat təsis edərək internet resurslarından istifadə etməklə xarici ölkələrin erməni əsilli vətəndaşlarını, eləcə də “Asala”, “PKK” və digər terror təşkilatlarının üzvlərini "VoMa"nın üzvlüyünə cəlb edib, hərbi təlimlərdə iştiraklarını təşkil edərək "Dağ-atıcı ehtiyat batalyonu"nun ("VoMA batalyonu") tərkibində cinayətkar birlik halında birləşmələri müəyyən edilib.

Həmçinin, qeyd olunan şəxslərin Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Ermənistan ərazisindən qanunsuz keçərək Xankəndi şəhəri və işğal altında olan digər yaşayış məntəqələrinə gəlmələri, “Dağlıq Qarabağ Respublikası” adı altında fəaliyyət göstərən qanunsuz rejimin dəstəklənməsi məqsədilə, Azərbaycan Respublikasının dinc vətəndaşlarına və antiterror əməliyyatlarını həyata keçirən silahlı qüvvələrinə qarşı Ermənistanın siyasi-hərbi rejimi tərəfindən muzdlu kimi istifadə edilmələri müəyyən edilib.

Bundan başqa, həmin təşkilat üzvlərinin döyüş sursatlarından, hərbi texnikadan istifadə edib atəşlər açaraq xüsusi amansızlıq və ümumi təhlükəli üsulla, milli düşmənçilik niyyəti ilə, habelə terrorçuluq əlaqədar Azərbaycan Respublikasının ayrı-ayrı rayonlarında yaşayan hərbi əməliyyatlarda iştirak etməyən dinc sakinlərinə qarşı çoxsaylı cinayət əməllərinə yol vermələri, ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmələri, habelə həmin məqsədlərlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələməklə Azərbaycan Respublikası vətəndaşlarına qarşı terrorçuluq fəaliyyətində iştirak etmələri aşkar edilib.

Faktla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 100.2 (təcavüzkar müharibəni aparma), 120.2.1 (cinayətkar birlik–təşkilat tərəfindən qəsdən adam öldürmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri yaratma), 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə cinayət işi başlanılmış və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.

Dövlət səviyyəsində terroru dəstəkləyərək, terrorçuluğu təcavüzkar siyasətinin əsas vasitələrindən birinə çevirmiş Ermənistan Respublikasının öz işğalçı ordusuna muzdluları və terrorçuları cəlb etməsi beynəlxalq qanunvericiliyə zidd olduğundan, Azərbaycan Respublikası Baş Prokurorluğu beynəlxalq təşkilatları işğalçı dövlətə qarşı beynəlxalq hüquqla nəzərdə tutulmuş sanksiyaların tətbiq olunması üçün bütün lazımi tədbirlərin görülməsini təmin edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kürdə təhlükəli VƏZİYYƏT

Kürdə təhlükəli VƏZİYYƏT

Bu tarixə qədər insanların yarısında allergiya olacaq – ŞOK XƏBƏRDARLIQ

Bu tarixə qədər insanların yarısında allergiya olacaq – ŞOK XƏBƏRDARLIQ

Kirayə evlərin qiyməti KƏSKİN YÜKSƏLDİ

Kirayə evlərin qiyməti KƏSKİN YÜKSƏLDİ

Müctəba Xamenei: “İran donanması döyüşə hazırdır”

Müctəba Xamenei: “İran donanması döyüşə hazırdır”

İllər sonra gələn sevgi etirafı: "Elçi getdim..." - VİDEO

İllər sonra gələn sevgi etirafı: "Elçi getdim..." - VİDEO

Ev tikmək istəyənlər üçün vacib XƏBƏR - İcazə lazımdırmı?

Ev tikmək istəyənlər üçün vacib XƏBƏR - İcazə lazımdırmı?

KİV: Hörmüzü keçməyə çalışan iki gəmi atəşə tutuldu

KİV: Hörmüzü keçməyə çalışan iki gəmi atəşə tutuldu

Türkiyədə daha bir məktəb faciəsi - 2 ölü, 2 yaralı

Türkiyədə daha bir məktəb faciəsi - 2 ölü, 2 yaralı

Hər evdə VAR – Uşaqlar üçün daha təhlükəlidir

Hər evdə VAR – Uşaqlar üçün daha təhlükəlidir

Estetik əməliyyatlarla 7 il gizlənə bildi – VİDEO

Estetik əməliyyatlarla 7 il gizlənə bildi – VİDEO

İran Azərbaycana TƏŞƏKKÜR ETDİ

İran Azərbaycana TƏŞƏKKÜR ETDİ

Ceyhun Bayramov NATO rəsmisi ilə GÖRÜŞDÜ – Müzakirə olunan məsələlər – FOTO

Ceyhun Bayramov NATO rəsmisi ilə GÖRÜŞDÜ – Müzakirə olunan məsələlər – FOTO

Keçmiş məhkum iki min manatlıq oğurluğu necə həyata keçirdi? – VİDEO

Keçmiş məhkum iki min manatlıq oğurluğu necə həyata keçirdi? – VİDEO

Bu əlamətləri daşıyan insanlar nadir hallarda xərçəngə TUTULURLAR

Bu əlamətləri daşıyan insanlar nadir hallarda xərçəngə TUTULURLAR

Türkiyə və Rusiya arasında MÜHÜM SAZİŞ – FOTO

Türkiyə və Rusiya arasında MÜHÜM SAZİŞ – FOTO

Diqqət mərkəzində olmaq istəyən BÜRCLƏR – İstəyirlər ki, dünya onların ətrafında dönsün

Diqqət mərkəzində olmaq istəyən BÜRCLƏR – İstəyirlər ki, dünya onların ətrafında dönsün

Bakıda 3 yaşlı uşaq faciəvi şəkildə HƏYATINI İTİRDİ

Bakıda 3 yaşlı uşaq faciəvi şəkildə HƏYATINI İTİRDİ

94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi

94 min dollar gətirmək istədi, 64 min manat cərimələndi

Paşinyandan Rusiya ilə bağlı AÇIQLAMA

Paşinyandan Rusiya ilə bağlı AÇIQLAMA

Bakıda gənc rəssam Zəhra Qafarovanın “Zəhranın Rəngli Dünyası” sərgisi keçirilib – FOTO

Bakıda gənc rəssam Zəhra Qafarovanın “Zəhranın Rəngli Dünyası” sərgisi keçirilib – FOTO

Sürücülərin NƏZƏRİNƏ – İcbari sığorta ilə bağlı YENİLİK

Sürücülərin NƏZƏRİNƏ – İcbari sığorta ilə bağlı YENİLİK

Qusarda oğul ona araq satmadığına görə anasını DÖYDÜ

Qusarda oğul ona araq satmadığına görə anasını DÖYDÜ

Trampın danışıqlarla bağlı açıqlamasına İrandan REAKSİYA

Trampın danışıqlarla bağlı açıqlamasına İrandan REAKSİYA

Banka borcunu ödəməyənlər üçün yeni qayda

Banka borcunu ödəməyənlər üçün yeni qayda

End of content

No more pages to load

RADİO