Sabah Ramazan ayının onuncu günüdür.
Bizim.Media xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 23-də imsak vaxtı saat 04:14-də, iftar vaxtı isə 19:42-dədir.
Aprelin 23-ü üçün namaz vaxtları:
Sübh azanı - 04:24
Zöhr azanı - 12:39
Əsr azanı - 17:28
Məğrib azanı - 19:42
İşa azanı - 20:49
Onuncu günün imsak vaxtı üçün duanı təqdim edirik:
“Allahumməc-əlni fihi minəl-mütəvəkkilinə əleyk. Vəc-əlni fihi minəl-faizinə lədeyk. Vəc-əlni fihi minəl-müqərrəbinə ileyk. Biihsanikə ya ğayətət-talibin”.
“İlahi, bu ayda məni öz həsənatlarının sayəsində sənə təvəkkül edənlərdən, sənin yanında bu ayda uğur qazananlardan və özünə yaxınlardan qərar ver, öz yaxşılığınla Ey istək sahiblərinin son qayəsi!”
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.
Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla”.
Allah orucunuzu qəbul etsin!


