İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibini qəbul edib - VİDEO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 17-də Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Baş katibi Kayrat Sarıbayı qəbul edib.

Bizim.Media xəbər verir ki, Kayrat Sarıbay Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə sədrliyin ölkəmizə keçməsi münasibətilə təbriklərini çatdıraraq, çoxtərəfli diplomatiyada fəal rol oynayan Azərbaycanın bu sahədə zəngin təcrübəsinin olduğunu vurğulayıb.

O, bu xüsusda ölkəmizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi seçilməsini və fəaliyyətini, Qoşulmama Hərəkatında uğurlu sədrliyini, həmçinin digər beynəlxalq təşkilatlar çərçivəsində fəal rolunu qeyd edib.

COP29-un Azərbaycanda keçirilməsi münasibətilə də təbriklərini çatdıran Kayrat Sarıbay bunu beynəlxalq ictimaiyyətin Azərbaycanın çoxtərəfli diplomatiya sahəsində roluna hörmətinin və ehtiramının təzahürü kimi qiymətləndirib. O, ölkəmizin regionda böyükmiqyaslı kommunikasiya layihələrinin həyata keçirilməsindəki mühüm rolunu da xüsusi vurğulayıb.

Dövlətimizin başçısı təbriklərə görə təşəkkürünü bildirib. Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Asiyada etimad quruculuğu tədbirlərinin həyata keçirilməsində vacib dialoq platforması olduğunu deyən Prezident İlham Əliyev Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyini xatırlayıb və sədrlik çərçivəsində əldə edilmiş təcrübənin bu təşkilata sədrliyin həyata keçirilməsi baxımından faydalı olduğunu bildirib.

Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi COVID-19 pandemiyası dövründə üzv ölkələr arasında həmrəyliyin gücləndirilməsi və Qoşulmama Hərəkatının təsisatlanması baxımından atdığı addımlara toxunub, bu xüsusda Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin, Gənclər Təşkilatının və Qadınlar Platformasının yaradılması istiqamətində təşəbbüsləri vurğulayıb.

Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyin Azərbaycana keçməsi prosesində bütün üzv ölkələrə, o cümlədən Qazaxıstan tərəfinə təşəkkürünü bildirib.

Söhbət zamanı bu təşkilatın Asiya qitəsində sülhün, təhlükəsizliyin gücləndirilməsinə və etimad quruculuğu prosesinə töhfə verməsi baxımından böyük potensiala malik olduğu qeyd edilib, Azərbaycanın üzv dövlətlərlə birgə çalışaraq Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin daha da təsisatlanması və sahəvi əməkdaşlığın inkişaf etdirilməsinə öz töhfəsini vermək əzmində olduğu vurğulanıb.

Görüşdə COP29 çərçivəsində də bu təşkilatın müxtəlif tədbirlərinin keçirilməsi, eyni zamanda, yaşıl nəqliyyat konsepsiyası və digər sahəvi əməkdaşlıq məsələlərinə baxılması ilə bağlı müzakirələr aparılıb.
 

Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Minneapolisdə SİLAHLI İNSİDENT: Sərhəd xidmətinin əməkdaşlarına atəş açıldı - VİDEO

Minneapolisdə SİLAHLI İNSİDENT: Sərhəd xidmətinin əməkdaşlarına atəş açıldı - VİDEO

İlqar Mirzəyevin nəvəsi doğuldu - FOTO

İlqar Mirzəyevin nəvəsi doğuldu - FOTO

"Universitet bitirənlər teatrda iş tapa bilmirlər, mağazada işləyirlər"

"Universitet bitirənlər teatrda iş tapa bilmirlər, mağazada işləyirlər"

"Bəzən alınmayanda alınmır, motivasiyanı qorumaq vacibdir" - Qurban Qurbanov

"Bəzən alınmayanda alınmır, motivasiyanı qorumaq vacibdir" - Qurban Qurbanov

Şirvanda 36 yaşlı şəxs BIÇAQLANDI

Şirvanda 36 yaşlı şəxs BIÇAQLANDI

Əfqanıstanda güclü qar səbəbindən 60-dan çox insan həlak olub - VİDEO

Əfqanıstanda güclü qar səbəbindən 60-dan çox insan həlak olub - VİDEO

Sumqayıtda XTQ veteranları ilə görüş keçirildi

Sumqayıtda XTQ veteranları ilə görüş keçirildi

Məsumə Babayevanın dəfn yeri AÇIQLANDI

Məsumə Babayevanın dəfn yeri AÇIQLANDI

Arda Gülerin "Real"dakı gələcəyi BİLİNDİ

Arda Gülerin "Real"dakı gələcəyi BİLİNDİ

6 avtomat, 25 tüfəng aşkarlandı - FOTO

6 avtomat, 25 tüfəng aşkarlandı - FOTO

Əbu-Dabi danışıqlarının üçüncü raundu BU TARİXDƏ keçiriləcək

Əbu-Dabi danışıqlarının üçüncü raundu BU TARİXDƏ keçiriləcək

İmişlidə maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı

İmişlidə maşınlar toqquşdu - 4 nəfər xəsarət aldı

Doğuş “Survivor”a GETDİ - VİDEO

Doğuş “Survivor”a GETDİ - VİDEO

"Kəpəz" "Qarabağ"a QALİB GƏLDİ

"Kəpəz" "Qarabağ"a QALİB GƏLDİ

"BakuBus" avtobuslarının katalizatorları oğurlanıb, şirkətə xeyli ziyan dəyib

"BakuBus" avtobuslarının katalizatorları oğurlanıb, şirkətə xeyli ziyan dəyib

Şəkərsiz içkilər infarkt və insult riskini ARTIRIR

Şəkərsiz içkilər infarkt və insult riskini ARTIRIR

“Kosova” klubundan ayrıldı, “Şəfa”ya KEÇDİ

“Kosova” klubundan ayrıldı, “Şəfa”ya KEÇDİ

Dörd bürc üçün çətin günlər GERİDƏ QALDI

Dörd bürc üçün çətin günlər GERİDƏ QALDI

Xamenei ABŞ-ın hədələrindən sonra Tehranda bunkerə SIĞINDI

Xamenei ABŞ-ın hədələrindən sonra Tehranda bunkerə SIĞINDI

434 manat pensiya alanlara artımla bağlı ŞAD XƏBƏR

434 manat pensiya alanlara artımla bağlı ŞAD XƏBƏR

“Şəki” sabiq oyunçusu ilə müqavilə bağladı

“Şəki” sabiq oyunçusu ilə müqavilə bağladı

İran mollası Trampın öldürülməsinə ÇAĞIRIŞ ETDİ: “Dini borcdur"

İran mollası Trampın öldürülməsinə ÇAĞIRIŞ ETDİ: “Dini borcdur"

Yeddi kiloqram arıqlayıb belə oldu - FOTO

Yeddi kiloqram arıqlayıb belə oldu - FOTO

Zelenski Əbu-Dabi danışıqlarının TƏFƏRRÜATLARINI açıqladı

Zelenski Əbu-Dabi danışıqlarının TƏFƏRRÜATLARINI açıqladı

End of content

No more pages to load

RADİO