Türkiyədən Ukraynada savaşı bitirəcək HƏMLƏ – Döyüşlər dayandırılır, Kiyev Aİ-yə üzv olur... – DETALLAR 

Xəbər verdiyimiz kimi, Türkiyə Ukrayna böhranı ilə bağlı sülh planı irəli sürüb. Layihə İstanbuldakı ilk danışıqların sənədlərinə əsaslanır və 2022-ci ilin mayına aid bəzi bəndlər yeni mətnə daxil edilib. 

Sülh planının qayəsində ilk növbədə mövcud cəbhə xətti boyu müharibənin dondurulması dayanır. Təklifdə həmçinin Rusiyanın işğalı altında olan bütün Ukrayna ərazilərində 2040-cı ildə beynəlxalq nəzarət altında referendumların keçirilməsi, 2040-cı ilədək Ukraynanın bitərəf statusuna zəmanət verilməsi, Kiyevin Avropa İttifaqına daxil olmasına Moskvanın etiraz etməməsi ilə bağlı öhdəliklər də yer alıb. 

Hələlik, sülh təklifinə Moskvanın reaksiyası yoxdur. Kiyev isə onu özü üçün qeyri-məqbul hesab edib. 

Görəsən, Ukraynada Türkiyənin təklif etdiyi formada sülh reallaşa bilərmi?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlunun fikrincə, rəsmi Ankaranın Ukrayna məsələsində sülhlə bağlı irəli sürdüyü təklif hazır mərhələdə daha real görünür:

“Region ölkələri Rusiya ilə Ukrayna arasında baş verən müharibənin sona çatmasını arzulayır. Düşünürəm ki, bu müharibədə ən səmimi və tərəfsiz vasitəçilik edən ölkə qardaş Türkiyədir. Rəsmi Ankara məsələ ilə bağlı dəfələrlə təşəbbüslərlə çıxış edib. Qərb və ABŞ-ın Ukraynaya yardımı hazırkı mərhələdə mövcud şəkildə davam edərsə, bu halda Moskva ilə Kiyev real ikitərəfli münasibətlərdə mövcud gerçəkliyi nəzərə alaraq addım atmaq məcburiyyətində qala bilərlər. Ona görə də rəsmi Ankaranın sülhlə bağlı irəli sürdüyü təklif hazırda daha real görünür”. 

Həmsöhbətimiz qeyd edir ki, sülh təklif olunacaqsa, bu indiki vəziyyətdə yalnız və yalnız atəşkəs mərhələsindən keçməklə mümkün ola bilər: 

“Bütün müharibələr sonda sülhlə bitir. Amma indiki halda Ukrayna ilə Rusiya arasında sülhün bərqərar olunacağından danışmaq tezdir. Ona görə də Ankaranın sülh təklifində ilk növbədə atəşkəsə nail olmaq məsələsi dayanır. Hazırkı mərhələdə tərəflərin Ankaranın vasitəçiliyilə müəyyən müddətdə, qalıcı və ya keçici atəşkəsə nail olmaları mümkündür ki, bu da gələcəkdə sülh üçün yaxşı perspektiv yarada bilər. 

Müharibənin bitməsini istəməyən çoxsaylı Qərb ölkəsi də var. Bütün hallarda Ankaranın təşəbbüsü yüksək qiymətləndirilməlidir. Sülh təklif olunacaqsa, bu indiki vəziyyətdə yalnız və yalnız atəşkəs mərhələsindən keçməklə mümkün ola bilər”. 

Rüfət Sultan, Bizim.Media 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakının mərkəzindəki yanğın söndürüldü – ANBAAN VİDEO

Bakının mərkəzindəki yanğın söndürüldü – ANBAAN VİDEO

Bu şəxslər yüksək vəzifəyə təyin olundular – ADLAR

Bu şəxslər yüksək vəzifəyə təyin olundular – ADLAR

Uşaq hüquqları ilə bağlı bir neçə qanun dəyişdi - Prezident TƏSDİQLƏDİ

Uşaq hüquqları ilə bağlı bir neçə qanun dəyişdi - Prezident TƏSDİQLƏDİ

Xalq artisti əməliyyat olunacaq - ÖZƏL

Xalq artisti əməliyyat olunacaq - ÖZƏL

Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi TƏSDİQLƏDİ

Prezident hərbi qulluqçularla bağlı dəyişikliyi TƏSDİQLƏDİ

Xəbər aparıcılarını tənqid etdi - FOTO

Xəbər aparıcılarını tənqid etdi - FOTO

İbtidai siniflərdə ev tapşırıqları ləğv olunur? - VİDEO

İbtidai siniflərdə ev tapşırıqları ləğv olunur? - VİDEO

Tramp Hörmüz boğazının blokadasını DAYANDIRDI – FOTO

Tramp Hörmüz boğazının blokadasını DAYANDIRDI – FOTO

Rusiya AZAL təyyarəsinin qəzasına görə kompensasiya ödəyəcək - BİRGƏ BƏYANAT

Rusiya AZAL təyyarəsinin qəzasına görə kompensasiya ödəyəcək - BİRGƏ BƏYANAT

İranda İsrailə casusluq edənlər HƏBS OLUNDU

İranda İsrailə casusluq edənlər HƏBS OLUNDU

Kahramanmaraşda məktəbə hücum anı - Şagirdlər özlərini pəncərədən ATDILAR - VİDEO

Kahramanmaraşda məktəbə hücum anı - Şagirdlər özlərini pəncərədən ATDILAR - VİDEO

Azərbaycan dili sertifikasiya imtahanından 113 nəfər KƏSİLDİ - RƏSMİ

Azərbaycan dili sertifikasiya imtahanından 113 nəfər KƏSİLDİ - RƏSMİ

Saxta “tarixi abidə”, absurd iddialar – Erməni revanşistlərin “Surb Akob” kampaniyasının FAKTLARLA İFŞASI

Saxta “tarixi abidə”, absurd iddialar – Erməni revanşistlərin “Surb Akob” kampaniyasının FAKTLARLA İFŞASI

Hücumu 8-ci sinif şagirdi törədib… - Türkiyədə məktəbə hücumun TƏFƏRRÜATI – VİDEO

Hücumu 8-ci sinif şagirdi törədib… - Türkiyədə məktəbə hücumun TƏFƏRRÜATI – VİDEO

Həftəsonu 37 mindən çox şəxs imtahan verəcək

Həftəsonu 37 mindən çox şəxs imtahan verəcək

Britaniya Ukraynaya rekord sayda dron tədarük edəcək

Britaniya Ukraynaya rekord sayda dron tədarük edəcək

Bakı Dairəvi Yolunda açıq qalan lük sürücülər üçün təhlükə yaradıb - VİDEO

Bakı Dairəvi Yolunda açıq qalan lük sürücülər üçün təhlükə yaradıb - VİDEO

SON DƏQİQƏ! Bakının mərkəzində yanğın– ANBAAN VİDEO

SON DƏQİQƏ! Bakının mərkəzində yanğın– ANBAAN VİDEO

Kapital Bank 2026-cı ilin I rübü üzrə maliyyə nəticələrini elan edib

Kapital Bank 2026-cı ilin I rübü üzrə maliyyə nəticələrini elan edib

Bakıda qaydaları pozan sürücü qəzaya SƏBƏB OLDU - ANBAAN VİDEO

Bakıda qaydaları pozan sürücü qəzaya SƏBƏB OLDU - ANBAAN VİDEO

Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır - “Kristal!”

Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır - “Kristal!”

Azərbaycan dili imtahanı ilə bağlı DİM-dən AÇIQLAMA

Azərbaycan dili imtahanı ilə bağlı DİM-dən AÇIQLAMA

Tramp: “İran nüvə silahına sahib olmaq istəyirsə, ABŞ-la razılaşma olmayacaq”

Tramp: “İran nüvə silahına sahib olmaq istəyirsə, ABŞ-la razılaşma olmayacaq”

Əliyar Ağayev neçə oyunluq CƏZALANDIRILIB?

Əliyar Ağayev neçə oyunluq CƏZALANDIRILIB?

End of content

No more pages to load

RADİO