"İllərdir böyrək çatışmazlığından əziyyət çəkirəm. 2020-ci ildə xəstəliyim ağırlaşdı və böyrəklərimin ikisi də sıradan çıxdı. Həmin vaxt anam məni ikinci dəfə dünyaya gətirdi. Donor oldu və böyrəyinin birini mənə verdi. Amma yenə də böyrək problemim var".
Bizim.Media xəbər verir ki, bu sözləri "Ağsaqqal" obrazı ilə ölkədə məşhurlaşan aktyor Azər Baxşəliyev qonaq olduğu "Qapqara" verilişində deyib.
Azər bildirib ki, ona uyğun olacaq hazırda donor axtarışındadır:
"Hazırda səhhətimin pis olmasını bacardığım qədər biruzə verməməyə çalışıram. Amma efirdən görünür. Hazırda donor axtarışındayam. Tapıldıqdan sonra qarşıdakı aylarda əməliyyat olunacağam. Əvvəllər donor olmaq üçün qohum olmaq lazım idi, indi isə belə bir şey yoxdur".
Qeyd edək ki, A.Baxşəliyev Xəzər televiziyasında yayımlanan "Zarafat bir yana" verilişinin aparıcısıdır.