Nuranın anası: “O qədər maddi imkanı yaxşı idi ki, şirkət aça, iş xanımı ola bilərdi” - VİDEO

“Nura mənim birinci, ilk övladımdır. O bütün uşaqlar kimi biraz nadinc, kaprizli uşaq olub. Mən şou-biznes sahəsinin insanı deyiləm. Mən də həyat yoldaşım da çox ciddi sahənin insanlarıyıq. Nura məşhurluq və müğənnilik yolunu seçib. O bizim övladımızdır. Ona deyilən hər bir söz biz valideyinlərə təsir edir”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Nura Surinin anası Firəngiz Səttarova “İncə səhər” verilişinə müsahibəsində deyib. 

Sənətçinin anası bildirib ki, Nura ailə qurduqdan sonra maddi imkanı yaxşı olub. Lakin o şəxsi biznesini qurmaqdansa şou-biznesə yönəlib:  

“Onun çox imkanlı və zəngin ailəsi vardı. Nuranın həyat yoldaşının maddi imkanı çox yaxşı idi. Nuranın şou-biznes sahəsinə gedəcəyinə inanmırdım. O qədər maddi imkanı yaxşı idi ki, şirkət aça, iş xanımı ola bilərdi. Yəni onun belə imkanı var idi. Sadəcə Nura bu anı əlindən necə boş buraxdısa... Bizi tanıyanlar hamısı deyir ki, Nura istəsəydi onun çox böyük biznesi olardı. Yəqin ki, Nura məşhur və populyar olmağı sevir. Dəqiq danışan insanam. Populyarlıq çox insanın xoşuna gəlir. Yəqin ki, məşhurluq gənc vaxtlarından Nuranı daha çox cəlb etdi”. 

N.Surinin anası qızı ilə bağlı illər əvvəl yaşadığı kövrək anları da bölüşüb:

“Yadımda qalan ən kövrək anı isə illər sonra bacım mənə danışdı. Mən “Birinci Qarabağ” müharibəzi zamanı yaralananda demişdim ki, paltarlarım yadigardır, güllə onu vurub keçib. Hərbi paltarda yeri də qalmışdı. Dedim ki, o geyimi tullamayın. Bacım isə o hərbi geyimi “vanna”da islatmışdı ki, qan çıxsın. Nura məktəbdə gəlib hamama girəndə o qanlı paltarları görüb. Düşünüb ki, mən yoxam. Nura onda çox böyük stress keçirib. Mənə ən təsir edən bu məqam olub. Nura məni müalicə aldığım xəstəxananın palatasında görəndə tutulub qalmışdı. Reanimasiya şöbəsində bir həftə qaldım, çünki yaralarım ağır idi”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda məşhur yerin qanlı və qaranlıq tarixi: Burada kimlərin ölüm hökmü verilib?

Bakıda məşhur yerin qanlı və qaranlıq tarixi: Burada kimlərin ölüm hökmü verilib?

Mark Zuckerberg süni intellektl agenti yaradır

Mark Zuckerberg süni intellektl agenti yaradır

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

Neft bütün dünyaya neçə il bəs edəcək?

Neft bütün dünyaya neçə il bəs edəcək?

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Məşhur italyan müğənnisi vəfat etdi

Məşhur italyan müğənnisi vəfat etdi

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

Bu qidalar infarkt riskini azaldır

Bu qidalar infarkt riskini azaldır

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Qriamannın oynayacağı klub dəqiqləşdi

Qriamannın oynayacağı klub dəqiqləşdi

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

Salyanda yük maşını ilə minik avtomobili toqquşub - Xəsarət alanlar var

Salyanda yük maşını ilə minik avtomobili toqquşub - Xəsarət alanlar var

End of content

No more pages to load

RADİO