“Göy qurşağı”na atılan NÜVƏ RAKETİ – Fransa şeytanın ağlına gəlməyən əmələ necə İMZA ATIB?

Dövlət səviyyəsində terrorla məşğul olan ölkələrdən danışanda ilk olaraq ağıla Fransa gəlir. Çünki bu ölkə dünyanın müxtəlif yerlərində ağılasığmaz vəhşiliklər törədib. Fransa bu cür əməllərinə təkcə uzaq keçmişdə yox, yaxın tarixdə də davam edib.

1985-ci il 10 iyul səhəri dünya dəhşətli bir xəbərlə oyandı. 
 

MÖVZU İLƏ BAĞLI:

ABŞ və Fransadan GÖZLƏNİLMƏZ ÇAĞIRIŞ – İran-İsrail müharibəsi BAŞLAYIR?


Həmin gün Yeni Zelandiya sahillərində ətraf mühitin mühafizəsi ilə məşğul olan “Greenpeace”beynəlxalq qeyri-hökumət təşkilatının nümayəndələrini daşıyan “Göy qurşağı döyüşçüsü” gəmisi bombardıman edildi. Hadisənin ən dəhşətli məqamı isə gəminin nüvə silahı ilə vurulması idi.

Gəmi heyətinin sağ qalan üzvləri xatirələrində danışırlar ki, gəmi Yeni Zelandiyanın Oklend limanında lövbər salıbmış:

“Güclü zərbə oldu. Zərbədən gəmi müvazinətini itirdi. Hamı tələsə-tələsə gəmini tərk etməyə başladı. Bu zaman ikinci zərbə oldu. Bu zərbə güclü partlayışla nəticələndi. Bu partlayışdan dəqiqələr sonra gəmi sulara qərq oldu”.

Partlayışdan dərhal sonra Yeni Zelandiya xüsusi xidmət orqanları partlayışın səbəbinin araşdırmağa başlayıb. Bəlli olub ki, gəmi qəsdən və iki raketlə vurulub. Raketlərsə Fransa ordusuna məxsus hərbi gəmidən atılıb. 

Fransa adi QHT gəmisini niyə vurdu?

Sonrakı illərdə aparılan istintaq və müstəqil təhqiqatlar nəticəsində çox maraqlı faktlar üzə çıxıb. Bəlli olub ki, gəmini Fransanın xüsusi xidmət orqanlarının hazırladığı əməlliyyat nəticəsində vurulub. Gəminin vurulması məsələsi o zamankı Fransa dövlətinin ali rəhbəri ilə razılaşdırılıbmış. Bu siyasi qərarın verilməsininsə tək səbəbi Fransanın bəşəriyyət əleyhinə apardığı qorxunc fəaliyyətin ifşa olunması idi. 

Məlum olduğu kimi ötən əsrin 80-ci illərinin əvvəllərində Fransa Yeni Zelandiya sahillərində davamlı olaraq nüvə silahlarının sınağını aparırdı. Fransanın anti-humanist hərəkəti bütün sivilizasiyanı ayağa qaldırmışdı. Fransaya “dur” deyən beynəlxalq təşkilatlardan biri də “Greenpeace” beynəlxalq qeyri-hökumət təşkilatı idi. 

Ətraf mühitin mühafizəsi ilə məşğul olan QHT Fransanın hərbi sınaqlar keçirdiyi ərazilərə səfərlər təşkil edir, əldə etdikləri informasiyaları dünya ictimaiyyətinə çatdırırdı. Təbii ki, bu da Fransa dövlətini heç də məmnun edə bilməzdi. Ona görə də “Göy qurşağı döyüşçü”sünün məhvi barədə Yelisey Sarayı rəsmi göstəriş verib. 

“Şeytan” əməliyyatı

Əməliyyata şərti olaraq “Şeytan” adı verilib. Lakin əməliyyat bir qədər tələsik və qeyri-peşəkarcasına həyata keçirilib. Belə ki, gəmi açıq dənizdə deyil limanda olarkən vurulub. Və bəlkədə bunun nəticəsi idi ki, insan faciəsinin miqyası çox da böyük olmadı. Amma bütün hallarda dinc insanlara hücum edilməsi və onların gəmilərinin nüvə silahı ilə vurulması sivilizasiya üçün bir təhqir və alçaqcasına həyata keçirilmiş terror hadisəsi idi.

Bəs, əməliyyat necə həyata keçirilib?

Araşdırmalarımız nəticəsində məlum olub ki, Fransa kəşfiyyat orqanlarının ilk işi onların agentinin “Greenpeace”in gəmisinə sızması olub. Agent isə ilk baxışdan çox da diqqət cəlb etməyən bir qadın olub. Fransa xüsusi xidmət orqanlarında təlim keçmiş qadın gəmiyə aşpaz adı ilə işə düzəlir. İşə düzələn qadın beynəlxalq qeyri-hökumət təşkilatının hər addımı barədə Parisə məlumat ötürürdü. 

“Şeytan” hərbi əməliyyatına isə fransız məxfi agentlər mayor Alen Mafar və kapitan Dominik Prieur rəhbərlik edib. Ümumilkdə isə əməliyyat qrupuna 11 hərbçi daxil idi.

Fransadan rəsmi üzrxahlıq

1985-ci ilin 10 iyulunda baş vermiş terror hadisəsi o zaman bütün dünyanı ayağa qaldırdı. Hətta BMT-nin xüsusi komissiyası bu işin təhqiqatını apardı. Nəticədə Fransa dövlətinin insanlığa sığmayan hərəkətə  bütün sivilizasiyaya bəlli oldu. 

Nəticədə rəsmi Paris törədilmiş terrora görə beynəlxalq aləmdən, Yeni Zelandiya hökümətindən, “Greenpeace” beynəlxalq qeyri-hökumət təşkilatının nümayəndələrindən və həlak olanların ailə üzvlərindən üzr istədi. Eyni zamanda Yeni Zelandiya hökumətinə, QHT, gəmi sahibi olan şirkətə və həlak olmuşların ailəsinə kompensasiya ödənildi. Bununla paralel “Şeytan” əməliyyatının əsas icraçıları Alen Mafar və Dominik Prieur Yeni Zelandiya hökuməti tərəfindən həbs edildi. 

Mitteran niyə vədinə əməl etmədi?

Mətbuat təxribatdan xəbər tutanda böyük beynəlxalq qalmaqal yarandı. Parisdə və Avropanın bir çox böyük şəhərlərində etiraz aksiyaları keçirildi. Fransa prezidenti Fransua Mitteran bildirdi, partlayışda günahı olan hər kəs cəzalandılacaq. 

Lakin bu vədinə əməl etmədi. Çünki bu əməliyyatdan onun bilavasitə xəbəri olmuşdu. Araşdırmaçılar qeyd edir ki, terror hadisəsindən qabaq Fransanın müdafiə naziri Çarlz Hernun vəziyyəti Fransa prezidentinə məruzə edibmiş. Mitteransa hazırlanan terrora şifahi razılıq verib.

Fransa dövləti terrorçuları necə mükafatlandırdı?

Aparılan istintaqın nəticəsində Dominik Prieur və Alain Mafar Yeni Zelandiyada 10 il həbs cəzası aldılar. Lakin onlar həbsxanada cəmi 1,5 il vaxt keçirdilər. Azadlığa çıxan kimi hər iki hərbçiyə dərhal polkovnik rütbəsi verildi. Təkcə bu fakt onu sübut edir ki,  “Göy qurşağı döyüşçüsü” nə qarşı hazırlanmış əməliyyatdan Fransa prezidentinə qədər bir çoxlarını xəbəri və iştirakı olub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Lerikdə dərəyə aşan maşının sürücüsü sükan arxasında yuxulayıbmış – DETALLAR

Lerikdə dərəyə aşan maşının sürücüsü sükan arxasında yuxulayıbmış – DETALLAR

Qusarın mərkəzi meydanında möhtəşəm Yeni il yolkası – FOTO/VİDEO

Qusarın mərkəzi meydanında möhtəşəm Yeni il yolkası – FOTO/VİDEO

Azərbaycanda təhsillə bağlı YENİ QƏRAR verilə bilər – Əgər bu olsa…

Azərbaycanda təhsillə bağlı YENİ QƏRAR verilə bilər – Əgər bu olsa…

Nəriman Həsənzadə xəstəxanadan EVƏ BURAXILDI

Nəriman Həsənzadə xəstəxanadan EVƏ BURAXILDI

Bu 20 telefon modeli olanlar “Votsap”la vidalaşsın

Bu 20 telefon modeli olanlar “Votsap”la vidalaşsın

Alyona Əliyevadan paylaşım – FOTO

Alyona Əliyevadan paylaşım – FOTO

Yanvarın maaşından bu qədər VERGİ TUTULACAQ

Yanvarın maaşından bu qədər VERGİ TUTULACAQ

XƏBƏRDARLIQ – Qar yağacaq, yolar buz bağlayacaq

XƏBƏRDARLIQ – Qar yağacaq, yolar buz bağlayacaq

Ucarda AĞIR QƏZA – Xəsarət alanlar var – FOTO

Ucarda AĞIR QƏZA – Xəsarət alanlar var – FOTO

Leyla və Arzu Əliyevalar Milli Onkologiya Mərkəzində - VİDEO

Leyla və Arzu Əliyevalar Milli Onkologiya Mərkəzində - VİDEO

Ukraynanın Putinin iqamətgahına hücumuna Lukaşenkoda REAKSİYA

Ukraynanın Putinin iqamətgahına hücumuna Lukaşenkoda REAKSİYA

DİN-dən ƏMƏLİYYAT – 9 nəfər SAXLANILDI

DİN-dən ƏMƏLİYYAT – 9 nəfər SAXLANILDI

Yeni ili ilk bu ölkələr QARŞILAYACAQ – SİYAHI

Yeni ili ilk bu ölkələr QARŞILAYACAQ – SİYAHI

2025-ci il Azərbaycanın siyasi həyatında hansı mühüm hadisələrlə yadda qaldı? – VİDEO

2025-ci il Azərbaycanın siyasi həyatında hansı mühüm hadisələrlə yadda qaldı? – VİDEO

Elektrik enerjisi ilə bağlı YENİ MODEL – Pulsuz əldə etmək mümkün olacaq

Elektrik enerjisi ilə bağlı YENİ MODEL – Pulsuz əldə etmək mümkün olacaq

Bu ölkədə 50 min nəfər Yeni ili qatarda QARŞILAYACAQ

Bu ölkədə 50 min nəfər Yeni ili qatarda QARŞILAYACAQ

Yeni ilin ilk gününün HAVA PROQNOZU

Yeni ilin ilk gününün HAVA PROQNOZU

Bayram günləri ilə bağlı əhaliyə ÇAĞIRIŞ – VİDEO

Bayram günləri ilə bağlı əhaliyə ÇAĞIRIŞ – VİDEO

Pərəstişkarları üçün 3 qayda qoydu

Pərəstişkarları üçün 3 qayda qoydu

Merts: “2026-cı il Avropa üçün həlledici ola bilər”

Merts: “2026-cı il Avropa üçün həlledici ola bilər”

“Qarabağ” Elvinlə bağlı QƏRAR VERDİ

“Qarabağ” Elvinlə bağlı QƏRAR VERDİ

Bakıdan Lerikə gedən mikroavtobus QƏZAYA DÜŞDÜ – Yaralananlar var

Bakıdan Lerikə gedən mikroavtobus QƏZAYA DÜŞDÜ – Yaralananlar var

"Azadlığımı, rahatlığımı əlimdən alıb"

"Azadlığımı, rahatlığımı əlimdən alıb"

Bakıda güclü küləyin törətdiyi FƏSADLAR – FOTO

Bakıda güclü küləyin törətdiyi FƏSADLAR – FOTO

End of content

No more pages to load

RADİO