Mətanət İsgəndərli: “Boynum sınardı, bu sənətə gələndə“ – VİDEO 

“Kimə ki, etibar, yaxşılıq edirsən və xətrini çox istəyirsən, o səni hər zaman vurur. Hər şeyi gərək normasında edəsən. Məndə də elə bir xasiyyət var ki, bir insana yaxşılıq edəndə normadan artıq edirəm. Elə sənət dostlarım var ki, onları silmişəm. Onun üzünə deməyəcəyəm ki, sən niyə belə etdin? Amma həmin sənət yoldaşlarım özləri çox gözəl bilirlər ki, mən onları nəzərdə tuturam. Aralarında xanım da var, kişi də”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərli “Space star” verilişinə müsahibəsində deyib. 

Sənətçi bildirib ki, məşhurluq həm özünə, həm də ailəsinə bədbəxtlik gətirib: 

“Allah mən Mətanəti bir daha bu dünyaya gətirsə, həyatım boyu bir də bu sənətə gəlmərəm. İstəmərəm ki, bir adam belə məni tanısın. Məşhur olmaqdan bu dünyada bədbəxt bir şey yoxdur. Buradan söyülürlər, digər tərəfdən çıxıb gülürlər. Axı, bu nə sənətdir? Mənim kimi bir insana necə şərlər, böhtanlar atıldı. Bakı balaca şəhərdir. Hamı bir-birini tanıyır. Kim reytinqə, kim paxıllığa görə bunları edir. Başıma bu cür faciə gəldi (oğlu Kərimin həyat yoldaşı Canana ilə qalmaqallı boşanmasını nəzərdə tutur – red.), onlar isə bunu öz reytinqinə görə istifadə etdilər.

Günahım bu oldu ki, bu sənətə gəldim və məşhur oldum. Kaş, gəlməyəydim... Kaş, məşhur olmazdım.

Mən cəhənnəmə, övladlarım bundan əziyyət çəkdilər. Onlara əl atdılar. Gəlib hiylə ilə evimə girdilər. Mən də saf və təmiz insan, hamıya inanmışam. Yaşadıqlarımdan sonra bütün insanlara qarşı inamım itdi. Allahdan başqa heç kimə inanmıram. Mən məşhur olmayan insanlara həsəd aparıram. Deyirəm ki, boynum sınardı, bu sənətə gələndə. Mənim qədər məşhurluqdan əziyyət çəkən yoxdur. Bu əziyyəti ən çox mən çəkirəm. Sakit yaşayan ailələrə həsəd aparıram. Mən də insanam, mən də rahat yaşamaq istəyirəm”. 
 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıda məşhur yerin qanlı və qaranlıq tarixi: Burada kimlərin ölüm hökmü verilib?

Bakıda məşhur yerin qanlı və qaranlıq tarixi: Burada kimlərin ölüm hökmü verilib?

Mark Zuckerberg süni intellektl agenti yaradır

Mark Zuckerberg süni intellektl agenti yaradır

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

Dünyanın ən bahalı avtomobili bu ölkədə görünüb

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

ABŞ prezidenti: Rusiya və Ukrayna razılığa gəlməyə yaxındır

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

"TəhsilPlus" kartının xidmətləri artırılacaq - RƏSMİ AÇIQLAMA

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tramp İranın nüvə silahı əldə etməkdən imtina etdiyini açıqlayıb

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

Tanınmış aktyor zorlama hadisəsinə görə 59 milyon dollar təzminat ödəyəcək

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

BƏƏ hərbçisi İranın hücumlarını dəf edərkən həlak olub

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

Milyonçu olmaq istəyən oyunçunun yaşı müzakirəyə səbəb oldu - VİDEO

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

NASA Ay yaxınlığında bu stansiyasının qurulmasını dayandırıb

Neft bütün dünyaya neçə il bəs edəcək?

Neft bütün dünyaya neçə il bəs edəcək?

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Ronaldonun "ağlasığmaz" evlilik müqaviləsi bəlli oldu

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Tramp: Biz İranla danışırıq və onlar razılaşmanı çox istəyirlər

Məşhur italyan müğənnisi vəfat etdi

Məşhur italyan müğənnisi vəfat etdi

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

Çin nüvə silahları ilə bağlı ABŞ-la dialoqdan imtina edib

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

İkinci Liqa: Lider səfərdə qələbə qazandı

Bu qidalar infarkt riskini azaldır

Bu qidalar infarkt riskini azaldır

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

İran Türkiyəyə qaz ixracını dayandırıb? - Türkiyəli nazirdən açıqlama

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Azərbaycanda məktəbin direktor müavini vəfat etdi - FOTO

Qriamannın oynayacağı klub dəqiqləşdi

Qriamannın oynayacağı klub dəqiqləşdi

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Yevlax sakini Qaxda ölü tapıldı - ÖZƏL

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Bakıda 10 avtobusun hərəkət sxemi dəyişir - SİYAHI

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

Elşad Xosedən Hüseyn Dərya ilə bağlı paylaşım - FOTO

Salyanda yük maşını ilə minik avtomobili toqquşub - Xəsarət alanlar var

Salyanda yük maşını ilə minik avtomobili toqquşub - Xəsarət alanlar var

End of content

No more pages to load

RADİO