İsrailin hərbi kabineti İranın kütləvi hücumuna mümkün cavabını müzakirə etmək üçün bu gün saat 15:30-da dar tərkibdə görüşəcək.
Bizim.Media “vesty.co.il” saytına istinadən xəbər verir ki, cavabın müzakirəsi ABŞ administrasiyasının güclü təzyiqi fonunda gedir.
Qüdsdəki yüksək rütbəli mənbələr hesab edirlər ki, cavab zərbəsi yaxın saatlarda deyil, daha sonra və Yaxın Şərq regionunda gərginliyin artmasına səbəb olmayacaq şəkildə veriləcək.
Bizim.Media