Güləş Federasiyası İtaliya idmançısının rüşvətlə bağlı ittihamlarına cavab verib

Azərbaycan Güləş Federasiyası aprelin 5-7-də Milli Gimnastika Arenasında keçirilən Avropa Olimpiya Təsnifat turnirinin yarımfinalında Turan Bayramova (74 kiloqram) uduzan italiyalı Frank Çamisunun ittihamlarına cavab verib.

Bizim.Media xəbər verir ki, qurumun yaydığı bəyanatda bildirilib: 

“Həmin görüşdə uduzan Çamiso məğlubiyyətlə barışmayaraq ağır ittiham irəli sürüb. O, heç bir dəlil-sübut olmadan guya bu görüşdə məğlub olması üçün ona 300 min dollar rüşvət təklif edildiyini bildirib.

Qeyd edək ki, UWW bu görüşün hakim idarəçiliyini araşdırmağa başlayıb və yaxın günlərdə müvafiq qərar veriləcək. Eyni zamanda, bildiririk ki, Çamizo "Duty to report" qaydalarına əsasən, belə bir rüşvət təklifinin olması ilə əlaqədar dərhal etiraz protokolunda öz qeydlərini etməli idi. İndi ya o öz iddiasını sübuta yetirməli, ya da bu iddianın əsassız olduğunu bildirməlidir.

Nəzərinizə çatdıraq ki, Azərbaycan Güləş Federasiyası hər zaman "Fair Play" ədalətli oyun prinsiplərinə sadiqdir. Biz Çamisonun bu ittihamına qarşı hüquqi addımlar atacaq və Dünya Güləş Birliyinə rəsmi qaydada müraciət edəcəyik”.

Bildirilib ki, Bakıda ilk dəfə keçirilən yarışın təşkilatçılığı yüksək səviyyədə qiymətləndirilib:

“Təsadüfi deyil ki, Dünya Güləş Birliyinin (UWW) prezidenti Nenad Laloviç federasiyamıza ünvanladığı təşəkkür məktubunda təşkilati fəaliyyətin ən yüksək səviyyədə həyata keçirildiyini, işçi və tibbi heyətin, könüllülərin maksimum həssaslıqla işinə yanaşdığını qeyd edib və Azərbaycanın gələcəkdə də nüfuzlu güləş yarışlarına ev sahibliyi edəcəyinə inandığını bildirib”.

Federasiyanın bəyanatında Olimpiadaya lisenziya xarakterli turnirə media nümayəndələri və azarkeşlərin də böyük maraq göstərdiyi vurğulanıb:

“Yerli jurnalistlərlə yanaşı, əcnəbi qələm əhli də ölkəmizə təşrif buyuraraq yarışı canlı işıqlandırdı. Ümumilikdə 100-dən artıq KİV nümayəndəsinin qeydiyyatdan keçdiyi Avropa Olimpiya Təsnifat turniri müxtəlif ölkələrdə canlı nümayiş etdirildi. Xüsusən sonuncu gündə Milli Gimnastika Arenasında anşlaq yaşandı. Bu da ölkəmizdə güləşə olan sevginin bariz nümunəsidir”.


Qeyd olunub ki, Avropa Olimpiya Təsnifat turnirində 3 güləş növünün cəmində 36 idmançı "Paris-2024"ə lisenziya qazanıb. Bu lisenziyalardan 5-i Azərbaycanın payına düşüb. Sərbəst güləşdə 57, 65, 74, 86 və 125 kiloqramda Olimpiya Oyunlarına vəsiqə əldə edilib. Neytral atletlər (Rusiya və Belarus) ümumilikdə 13, Türkiyə 3, Gürcüstan, Ukrayna və Almaniya 2, Macarıstan, Polşa, Serbiya, Bolqarıstan, Moldova, Finlandiya, Fransa, Litva və Rumıniya isə 1 lisenziya əldə edib”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şəxsiyyət vəsiqəsi və pasport almaq ONLAYN olacaq?

Şəxsiyyət vəsiqəsi və pasport almaq ONLAYN olacaq?

Kirayədə qalanların DİQQƏTİNƏ – Qeydiyyata düşməsəniz...

Kirayədə qalanların DİQQƏTİNƏ – Qeydiyyata düşməsəniz...

Paris Olimpiadasının yenilənmiş medalları idmançılarımıza TƏQDİM OLUNDU

Paris Olimpiadasının yenilənmiş medalları idmançılarımıza TƏQDİM OLUNDU

Külək əsəcək, intensiv yağış yağacaq - SABAHIN HAVASI

Külək əsəcək, intensiv yağış yağacaq - SABAHIN HAVASI

Xəstənin ölümündə təqsirləndirilən həkimə HÖKM OXUNDU

Xəstənin ölümündə təqsirləndirilən həkimə HÖKM OXUNDU

Gürcüstan-Azərbaycan sərhədi yaxınlığındakı təyyarə qəzasına dair YENİ DETALLAR

Gürcüstan-Azərbaycan sərhədi yaxınlığındakı təyyarə qəzasına dair YENİ DETALLAR

“İmişli”nin heyətində CİDDİ İTKİ

“İmişli”nin heyətində CİDDİ İTKİ

Maşında musiqinin səsini azaltmasını istədi, xəstəxanalıq oldu

Maşında musiqinin səsini azaltmasını istədi, xəstəxanalıq oldu

İbrahim Tatlısəsin səhhəti ilə bağlı vacib XƏBƏR

İbrahim Tatlısəsin səhhəti ilə bağlı vacib XƏBƏR

Qadın azarkeşlərə jest edən “Qarabağ”ın niyə qadınlardan ibarət komandası yoxdur? – Klubdan AÇIQLAMA

Qadın azarkeşlərə jest edən “Qarabağ”ın niyə qadınlardan ibarət komandası yoxdur? – Klubdan AÇIQLAMA

Tamerlan Qarayev Bakıya gəldi – FOTO

Tamerlan Qarayev Bakıya gəldi – FOTO

"Hizbullah" lideri Naim Qasımın müavini öldürüldü - FOTO

"Hizbullah" lideri Naim Qasımın müavini öldürüldü - FOTO

1-ci sinfə qəbulla bağlı yenilik

1-ci sinfə qəbulla bağlı yenilik

Türkiyənin daxili işlər naziri İlham Əliyevin QƏBULUNDA – FOTO

Türkiyənin daxili işlər naziri İlham Əliyevin QƏBULUNDA – FOTO

İlham Əliyev Litvanın Baş naziri ilə görüşdü - FOTO

İlham Əliyev Litvanın Baş naziri ilə görüşdü - FOTO

Zaqatalaya qar YAĞIR – VİDEO

Zaqatalaya qar YAĞIR – VİDEO

Məscidi-Əqsa 41 gündən sonra ibadətə açıldı - FOTO

Məscidi-Əqsa 41 gündən sonra ibadətə açıldı - FOTO

Bakıda müdir maaşını istəyən işçisini döydü

Bakıda müdir maaşını istəyən işçisini döydü

Tələbələr arasında SORĞU - Universitet sizi əmək bazarına, yoxsa imtahanlara HAZIRLAYIR? – VİDEO

Tələbələr arasında SORĞU - Universitet sizi əmək bazarına, yoxsa imtahanlara HAZIRLAYIR? – VİDEO

Bağçaya gedən uşaqların sayı açıqlanıb

Bağçaya gedən uşaqların sayı açıqlanıb

“Qalatasaray” “Göztəpə”yə qalib gəldi - VİDEO

“Qalatasaray” “Göztəpə”yə qalib gəldi - VİDEO

Zelenski: "Putinlə görüşməyə hazıram, amma Moskvada yox"

Zelenski: "Putinlə görüşməyə hazıram, amma Moskvada yox"

Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan XƏBƏR VAR

Sumqayıtda dəm qazından zəhərlənən uşaqlardan XƏBƏR VAR

Rihanna qızı ilə Paris küçələrində - FOTO

Rihanna qızı ilə Paris küçələrində - FOTO

End of content

No more pages to load

RADİO