Müğənni Nadir Qafarzadə ailəsi ilə bağlı diqqətçəkən paylaşım edib.
Bizim.Media xəbər verir ki, sənətçi həyat yoldaşı Sevinc xanım və gəlini Əntiqə ilə bərabər paytaxt restoranlarının birinə yollanıb.
Qafarzadə ailəlikcə Ramazan bayramı süfrəsi arxasına əyləşib. Bu anları isə xatirəyə çevirmək üçün Nadir ailə üzvləri ilə fotolar çəkdirib və sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Müğənni bu paylaşımı ilə hamını Ramazan bayramı mümasibəti ilə təbrik edib.
Qeyd edək ki, Sevinc xanımla evli olan Nadir Qafarzadənin bu evlilikdən Loğman və Əziz adlı iki oğlan övladı var. Loğman bir neçə il əvvəl Əntiqə adlı xanımla ailə qurub.
Rəşad Əliyev, Bizim.Media