Birinci Liqada çıxış edən “Zaqatala”nın legioneri Steyn Essono karyerasını Azərbaycan Premyer Liqasında davam etdirə bilər.
Bizim.Media xəbər verir ki, əslən Qabondan olan futbolçu “Zirə”nin diqqət mərkəzindədir. Qəsəbə təmsilçisi növbəti mövsüm futbolçunu transfer etməyi düşünür.
Rəşad Rafiqoğlu, Bizim.Media