Valerianın ölkəyə gətirilməsi niyə dayandırılıb? – REPORTAJ 

Təxminən bir ay əvvəl pişikotu tərkibli Valerian preparatının aptek şəbəkələrindən tapılmadığını xəbər vermişdik. Saytımıza bununla bağlı hələ də çoxsaylı şikayətlər daxil olur. 

Mövzunun aktuallığını nəzərə alaraq paytaxt apteklərində yenidən müşahidə apardıq. Hər kəsin evində olması vacib sayılan preparatı gəzdiyimiz ən azı 10 aptekdən tapa bilmədik. Nizami, Xətai və Suraxanı rayonlarında baş çəkdiyimiz bir neçə aptekdə valerianın yalnız sulu məhlulu təklif edildi. Tablet formasının isə bir aydan çoxdur olmadığı bildirildi. Elə maraq və təəccüb doğuran da bu oldu.
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda qəpiklik Valerian niyə qəhətə çəkilib? - REPORTAJ


Qəhətə çəkilən dərmanın hansı səbəbdən aptek şəbəkələrinə verilməməsi səbəbi hələ də müəmmalı olaraq qalır. Əczaçılar isə səbəbi belə əlaqələndirir:

“Depoda yoxdur. Bu dərmanın ölkəyə gətirilməsi dayandırılıb. Biz də bilmirik niyə...Amma eşitdiyimiz budur. Müştərilərdən də narazılıq var”. 

Maraqlıdır, xəstələrə rahatladıcı və sakitləşdirici təsir bağışlayan bu preparatın ölkəyə gətirilməsinə kimlər və niyə mane olur?

Məsələ ilə bağlı üz tutduğumuz Səhiyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) cavab ala bilmədik. Bir neçə gün əvvəl aptek şəbəkələri ilə bağlı səlahiyyətin Səhiyyə Nazirliyindən alınıb TƏBİB-ə verilməsini nəzərə alaraq müraciət etdiyimiz qurumun məsələyə cavabı bu oldu:

“Sorğularınız olduqda [email protected] ünvanına göndərin. Bu məsələ ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edin. Apteklər TƏBİB-in səlahiyyətində deyil”. 

Göründüyü kimi, TƏBİB həm sorğunu cavablandırmaq üçün rəsmi email ünvanını təqdim edir, həm də məsələni Səhiyyə Nazirliyinə yönləndirir. 

Demək ki, səlahiyyətlərin hansı qurumda olması əhəmiyyətli deyil.    

Görünən odur ki, ürəyində narahatlığı olan, stress və həyəcandan əziyyət çəkənənlərin səhhəti nəzərə alınmır və valerianın yoxa çıxmasına bilərəkdən şərait yaradılır.  Pandemiya və epidemioloji durumun gərgin olduğu bir dövrdə sakitləşdirici preparatı yoxa çıxarıb, insanların qəsdinə duranların kim olduğunu isə bilmirik. 


Hər halda aidiyyəti dövlət qurumları məsələni nəzarətə götürəcəklər.

Xatırladaq ki, ötən ilin fevralında Azərbaycanda pandemiya mövcud olan dövrdə də valerian preparatı bir müddət apteklərdə tapılmadı.

İnsanların çoxsaylı şikayət və gileyindən sonra sözügedən dərman aptek şəbəkələrinə gətirilməyə başlandı. Yenidən eyni ssenarinin yaşanması maraq doğurur. 

Məlumat üçün bildirək ki, valerian psixoleptik qrupuna aiddir və mərkəzi sinir sistemi üzərində orta sedativ təsir göstərir. Dərmanın əsas fəal tərkib hissəsi valerian dərman iltihabı və köküdür.

Valerian tabletləri bitki mənşəli bir dərmandır. Hər bir tabletdə 200 mq aktiv tərkib var. 30 dəqiqə sonra orta sinir sistemində sedativ təsir içərisində həb qəbul edildikdən sonra müşahidə edilir.

Kiçik bir həyəcan, ürək döyüntüsü və qan təzyiqi yüksələn zaman əl daha tez valeriana uzanır. Sakitləşdirir, ürəkdəki ağrıları və narahatlıqları aradan qaldırır. 

Azərbaycanda bu preparatın tablet forması 32 , sulu məhlulu isə 55 qəpiyə təklif olunur. 

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yayım tarixi bəlli oldu

Yayım tarixi bəlli oldu

Quba Soyqırımı Memorial Kompleksi BAXIMSIZ DURUMDA – Vəd edilən təmir niyə GECİKİR? – VİDEO

Quba Soyqırımı Memorial Kompleksi BAXIMSIZ DURUMDA – Vəd edilən təmir niyə GECİKİR? – VİDEO

Papaya təyyarədə qeyri-adi sürpriz – VİDEO

Papaya təyyarədə qeyri-adi sürpriz – VİDEO

Əgər balığın qarnı belədirsə, almayın!

Əgər balığın qarnı belədirsə, almayın!

Azərbaycanda yeni evlənənlərə dövlət hansı güzəştləri edir?

Azərbaycanda yeni evlənənlərə dövlət hansı güzəştləri edir?

Nə mal, nə qoyun... - Ən sağlam ət növü açıqlandı

Nə mal, nə qoyun... - Ən sağlam ət növü açıqlandı

"Verilişimə 10 mühafizəçi ilə gəlirsiniz, nə olur ki?"

"Verilişimə 10 mühafizəçi ilə gəlirsiniz, nə olur ki?"

Onlar da doğma yurdlarına qayıdır – FOTO

Onlar da doğma yurdlarına qayıdır – FOTO

Məhv olan binalar, ölən qocalar, boğulan azyaşlılar – Bu il baş verən DƏHŞƏTLİ YANĞINLAR – ARAŞDIRMA

Məhv olan binalar, ölən qocalar, boğulan azyaşlılar – Bu il baş verən DƏHŞƏTLİ YANĞINLAR – ARAŞDIRMA

Hikmət Hacıyev Aİ rəsmiləri ilə görüşdü – FOTO

Hikmət Hacıyev Aİ rəsmiləri ilə görüşdü – FOTO

BİZİM TƏQVİM: 28 noyabrda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 28 noyabrda baş vermiş tarixi hadisələr

David Luiz Pepedən sonra ikinci oldu

David Luiz Pepedən sonra ikinci oldu

"Ərimə sadiqəm, amma yaxşı ana deyiləm"

"Ərimə sadiqəm, amma yaxşı ana deyiləm"

BƏƏ ilə Azərbaycan arasında hərbi əməkdaşlıq məsələsi müzakirə olundu - FOTO

BƏƏ ilə Azərbaycan arasında hərbi əməkdaşlıq məsələsi müzakirə olundu - FOTO

Slot “Liverpul”un zədəli futbolçularının son durumundan DANIŞDI

Slot “Liverpul”un zədəli futbolçularının son durumundan DANIŞDI

Gözlərinizi sağlam saxlayacaq QİDALAR

Gözlərinizi sağlam saxlayacaq QİDALAR

DÇ-2026 üçün 2 milyon bilet SATILDI

DÇ-2026 üçün 2 milyon bilet SATILDI

Tezliklə xoşbəxtlikdən göyün yeddinci qatında olacaq BÜRCLƏR

Tezliklə xoşbəxtlikdən göyün yeddinci qatında olacaq BÜRCLƏR

Təcili yardımı 39 min 325 dəfə əsassız ÇAĞIRDILAR

Təcili yardımı 39 min 325 dəfə əsassız ÇAĞIRDILAR

Azərbaycan ilə San-Marino arasında münasibətlərdəki mövcud vəziyyət müzakirə edildi - FOTO

Azərbaycan ilə San-Marino arasında münasibətlərdəki mövcud vəziyyət müzakirə edildi - FOTO

Osimhen “Fənərbağça” ilə derbi matçında meydanda OLACAQ

Osimhen “Fənərbağça” ilə derbi matçında meydanda OLACAQ

Zahidə Günəş: “Şubalarıma verdiyim pula 3 ev ala bilərdim” - VİDEO

Zahidə Günəş: “Şubalarıma verdiyim pula 3 ev ala bilərdim” - VİDEO

Marketlərdə ən çox edilən endirim fırıldaqları nələrdir? - Vəkil AÇIQLADI

Marketlərdə ən çox edilən endirim fırıldaqları nələrdir? - Vəkil AÇIQLADI

“Mançester Yunayted”in transfer siyahısı BƏLLİ OLDU

“Mançester Yunayted”in transfer siyahısı BƏLLİ OLDU

End of content

No more pages to load

RADİO