Naibə Allahverdiyeva: "Anamın kim olduğunu 12 yaşımda bildim"

"Valideynlərim ayrılmışdılar, mən o vaxt körpə idim. Anam atamın eşqindən xəstələndi, onu 20 il gözlədi. Atam ona xəyanət etmişdi. Yəqin ki, münasibətlərdə gərginlik olmuşdu. Atam məhkəməyə müraciət etmişdi, amma anam ayrılmaq istəmirdi. Sonra atam başqa qadınla ailə qurdu. Dilindən düşmürdü, mən də buna çox əsəbiləşirdim. Deyirdim ki, o, səninlə heç vaxt barışmayacaq".

Bizim.Media xəbər verir ki, bu sözləri Xalq artisti Naibə Allahverdiyeva qonaq olduğu "Həftənin qonağı" verilişində deyib. 

Sənətçi 12 yaşına kimi anasını tanımadığını bildirib. Buna səbəb aktrisanın bibisinin yanında böyüməsi olub:

"Anamın yanına 12 yaşımda gəldim. O vaxta kimi bibimin yanında idim. Anam xəstə idi, məni atama vermişdi, o da bibimin yanına göndərdi. Bibim bir az sərt, bir az da ciddi insan idi. Allah ona rəhmət etsin, məni o böyüdüb. Hərdən incidirdi, amma məni çox istəyirdi. Məni musiqiyə, pianoya qoymuşdu. Bibimin bir qızı var idi, bizi bir-birimizdən ayırmırdı, seçmirdi. Ev işləri mənim boynumda idi, amma o da edirdi. Məndən böyük idi. Bibim də, onun qızı da artıq rəhmətə gedib. Günlərin bir günü tətilə getdik. Bibim məni atamın yanında qoydu. Bilmirdim atamdır, elə bilirdim dayımdır. Bibimə də "ana" deyridim. Çünki bir yaşımdan gözümü açıb onu görmüşdüm. Bacımı da dayım qızı bilirdim. Onu çox istəyirdim. Bir gecə yatanda mənə dedi ki, "Sən bilirsən ki, həqiqətən mənim bacımsan? Sənin atan odur...".

Mənə hər şeyi danışdı. Soruşdu ki, "Ananı görmək istəyirsən?". Dedim ki, "Hə". Anamı ildə bir dəfə görürdüm, elə bilirdim ki, hansısa xaladır, qohumdur. Bacım dedi ki, "Sənin yanına gələn Bilqeyis adlı qadın qohum yox, sənin anandır".

Qeyd edək ki, N.Allahverdiyevanın bir qız övladı var.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SON DƏQİQƏ: Xocalıda ildırım evə düşdü, güclü yanğın başladı - VİDEO

SON DƏQİQƏ: Xocalıda ildırım evə düşdü, güclü yanğın başladı - VİDEO

"Mənə "Xalq artisti" adı versələr, imtina edəcəyəm"

"Mənə "Xalq artisti" adı versələr, imtina edəcəyəm"

Yunan-Roma güləşçimiz DÜNYA ÇEMPİONU oldu

Yunan-Roma güləşçimiz DÜNYA ÇEMPİONU oldu

Naxçıvan qəzasında xəsarət alanların KİMLİYİ bilindi

Naxçıvan qəzasında xəsarət alanların KİMLİYİ bilindi

AZTV-nin keçmiş sədri VƏFAT ETDİ - FOTO

AZTV-nin keçmiş sədri VƏFAT ETDİ - FOTO

Nikahlarına Prezident qatıldı - VİDEO

Nikahlarına Prezident qatıldı - VİDEO

Aysuna “İphone 17” hədiyyə etdilər - VİDEO

Aysuna “İphone 17” hədiyyə etdilər - VİDEO

“Kəpəz”in baş məşqçisi ilə azarkeşlər arasında GƏRGİNLİK

“Kəpəz”in baş məşqçisi ilə azarkeşlər arasında GƏRGİNLİK

Dövlət Suverenliyi Günü Azərbaycan Ordusunda silsilə tədbirlərlə QEYD EDİLDİ - FOTO

Dövlət Suverenliyi Günü Azərbaycan Ordusunda silsilə tədbirlərlə QEYD EDİLDİ - FOTO

Makron fransızları HƏDƏLƏDİ: Sərt cəzalar tətbiq ediləcək

Makron fransızları HƏDƏLƏDİ: Sərt cəzalar tətbiq ediləcək

“Liverpul” derbidə qələbə qazandı - VİDEO

“Liverpul” derbidə qələbə qazandı - VİDEO

Qubada Dövlət Suverenliyi günü tədbiri atəşfəşanlıqla başa çatdı - FOTO/VİDEO

Qubada Dövlət Suverenliyi günü tədbiri atəşfəşanlıqla başa çatdı - FOTO/VİDEO

Xalq artisti tıxaclara ÇARƏ TAPDI

Xalq artisti tıxaclara ÇARƏ TAPDI

NATO şərq cinahının hava məkanını Türkiyənin hava müşahidə sistemi ilə QORUYACAQ

NATO şərq cinahının hava məkanını Türkiyənin hava müşahidə sistemi ilə QORUYACAQ

Ərdoğan BMT Baş Assambleyasında Fələstinə dəstək nitqi ilə ÇIXIŞ EDƏCƏK

Ərdoğan BMT Baş Assambleyasında Fələstinə dəstək nitqi ilə ÇIXIŞ EDƏCƏK

Şəmistan Nəzirlinin dəfn yeri AÇIQLANDI

Şəmistan Nəzirlinin dəfn yeri AÇIQLANDI

“Qəbələ” “Kəpəz”ə qalib gəldi - VİDEO

“Qəbələ” “Kəpəz”ə qalib gəldi - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında Pol Kaqame ilə görüşdən VİDEOÇARX paylaşıldı

Prezidentin sosial şəbəkə hesablarında Pol Kaqame ilə görüşdən VİDEOÇARX paylaşıldı

Xankəndidə ilk Şəhər Günü geniş konsert proqramı və atəşfəşanlıqla BAŞA ÇATDI - FOTO

Xankəndidə ilk Şəhər Günü geniş konsert proqramı və atəşfəşanlıqla BAŞA ÇATDI - FOTO

Salyanda yağıntılardan sonra insan sümükləri AŞKARLANDI - FOTO

Salyanda yağıntılardan sonra insan sümükləri AŞKARLANDI - FOTO

Türkiyə millisi ¼ FİNALDA

Türkiyə millisi ¼ FİNALDA

Gəncədə inək mağazaya hücum etdi: Yaralı var - ANBAAN VİDEO

Gəncədə inək mağazaya hücum etdi: Yaralı var - ANBAAN VİDEO

Xankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konserti keçirildi - FOTO

Xankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konserti keçirildi - FOTO

Biləsuvarda ağır qəza, motosiklet sürücüsü öldü

Biləsuvarda ağır qəza, motosiklet sürücüsü öldü

End of content

No more pages to load

RADİO