Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyinin 20 saylı Ərazi Məşğulluq Mərkəzinin direktoru Qoşqar Həsənov vəfat edib.
Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, Q. Həsənov bu gün koronavirus infeksiyasından dünyasını dəyişib.
Qeyd edək ki, Q.Həsənov 1972-ci ildə Kürdəmir rayonunun Şilyan kəndində anadan olub. O, 23 il ərzində bir sıra sığorta şirkətlərində yüksək vəzifələrdə çalışıb.
Allah rəhmət eləsin!
Bizim.Media