Rahidə itkin düşən atasından danışıb, ağladı: “15 yaşıma kimi onu bağışlaya bilmirdim” - VİDEO

“Uşaqlığımda əzabdan, əziyyətdən başqa heç nə olmayıb. Biz çox çətinliklə böyümüşük. Ailədə 4 uşaq olmuşuq. Atam Baxışov Ramiz Baxış oğlu 10 yaşıma qədər bizimlə olub. Sonra isə atam 1990-ci illərdə “20 yanvar” hadisələrində itkin düşüb. O getdi, qayıtmadı. Uşaqlığıma dönəndə yaxşı bir şey xatırlamıram. Amma atamı 10 yaşıma qədər kölgə kimi xatırlayıram”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Rahidə Baxışova qonaq olduğu “Zaurla Günaydın” verilişində deyib. 

Sənətçi bildirib ki, atası Ramiz Baxışov 1990-ci ildə qanlı “20 yanvar” hadisələri zamanı itkin düşüb:  

“20 yanvar” hadisələri zamanı tanklar Bakıya girdi, həmin ərəfədə atam evdən çıxıb bir daha geri dönmədi. Mənə sual verəndə ki, “Uşaqlıq xatirələrini bir daha yaşamaq istəyərsən?” Cavab verirəm ki, “Heç vaxt”...  Anam atamı 3 il axtardı. Onun nəşi belə tapılmadı. Çox yerləri axtardı, amma nəticə olmadı”. 

Müğənni 15 yaşına qədər valideyinini onları tərk etdiyini düşünərək bağışlaya bilmədiyini söyləyib: 

“Uşaq olanda elə düşünürdüm ki, atam bizi atıb gedib. 15 yaşıma qədər bunıarı dərk edə bilmirdim. 15 yaşıma qədər deyirdim ki, atamı heç zaman bağışlamayacağam. Çünki o mənim anamı və 4 övladını atıb getdi. Övlad üçün bu çox çətindir. Anam mənə deyirdi ki, o itkin düşüb. Amma mən bunu dərk edə bilmirdim. Uşaq idim... Elə düşünürdüm ki, anam mənə yalan deyir. 15 ildən sonra oturdum özümə dedim ki, atamı qəlbən bağışlayıram. Atam həyatda olsaydı ola bilməzdi ki, bizi gəlib görməsin. İçimdə atamın bizi tərk etməsi ilə bağlı heç bir şübhəm yoxdur”. 

Rahidə bildirib ki, atasıgilin ailəsinin axtarışları da bir nəticə verməyib: 

“İtkin düşənlərlə bağlı hazırlanan siyahıda atamın adı çıxmadı. Atamgilinin ailəsi ilə əlaqələrimiz var. Onun valideyinləri, qardaşları var. Tutalım ki, yaxşı, bizi istəmədi, bəs onlar? Onlarında atamdan xəbərləri yoxdur”. 

Anası Mələykə xanımdan söz açan Baxışova kövrələrək göz yaşlarına boğulub. Rahidə bildirib ki, anası təkbaşına 4 övladını saxlamaq üçün 4 işdə çalışmağa məcbur olub:  

“Bizi çox çətinliklə böyüdük. Anam Mələykə xanım çox əziyyət çəkib. Anam dörd övladını saxlamaq üçün dörd yerdə çalışırdı. Səhər tezdən evdən çıxırdı, bir də işdən gecə gəlirdi. Həqiqətən köməyimiz olmayıb. O, nə qədər zəhmətkeş qadın olub (ağlayır). O, bütün çətinliklərə dözüb. Çox fədakar ana olub. Bu sözləri heç zaman anamın özünə deməmişəm. Burada etiraf etmək istəyirəm. Mən nə qədər həyatda varam, Allah mənə nə qədər ömür veribsə, nə qədər sağlamam, əlimdən nə gəlirsə, anamın yaxşı yaşaması üçün edəcəyəm. Çünki anam çox çətinliklərdən keçib. Bunları isə dilə gətirmək istəmirəm. Anamın heç bir dəstəyi olmayıb. O bilməyib ki, yarasını sağaltsın, yoxsa uşaqlarına baxsın. Atam tərəfdən maddi dəstək olmayıb. Anam hər şeyi tək başına edib”. 

R.Baxışova “Allahdan hər zaman atama rəhmət diləyirəm və günahlarının bağışlanmasını istəyirəm. Allah anama can sağlığı versin” sözləri ilə bu çıxışını yekunlaşdırıb. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SON DƏQİQƏ: Xocalıda ildırım evə düşdü, güclü yanğın başladı - VİDEO

SON DƏQİQƏ: Xocalıda ildırım evə düşdü, güclü yanğın başladı - VİDEO

"Mənə "Xalq artisti" adı versələr, imtina edəcəyəm"

"Mənə "Xalq artisti" adı versələr, imtina edəcəyəm"

Yunan-Roma güləşçimiz DÜNYA ÇEMPİONU oldu

Yunan-Roma güləşçimiz DÜNYA ÇEMPİONU oldu

Naxçıvan qəzasında xəsarət alanların KİMLİYİ bilindi

Naxçıvan qəzasında xəsarət alanların KİMLİYİ bilindi

AZTV-nin keçmiş sədri VƏFAT ETDİ - FOTO

AZTV-nin keçmiş sədri VƏFAT ETDİ - FOTO

Nikahlarına Prezident qatıldı - VİDEO

Nikahlarına Prezident qatıldı - VİDEO

Aysuna “İphone 17” hədiyyə etdilər - VİDEO

Aysuna “İphone 17” hədiyyə etdilər - VİDEO

“Kəpəz”in baş məşqçisi ilə azarkeşlər arasında GƏRGİNLİK

“Kəpəz”in baş məşqçisi ilə azarkeşlər arasında GƏRGİNLİK

Dövlət Suverenliyi Günü Azərbaycan Ordusunda silsilə tədbirlərlə QEYD EDİLDİ - FOTO

Dövlət Suverenliyi Günü Azərbaycan Ordusunda silsilə tədbirlərlə QEYD EDİLDİ - FOTO

Makron fransızları HƏDƏLƏDİ: Sərt cəzalar tətbiq ediləcək

Makron fransızları HƏDƏLƏDİ: Sərt cəzalar tətbiq ediləcək

“Liverpul” derbidə qələbə qazandı - VİDEO

“Liverpul” derbidə qələbə qazandı - VİDEO

Qubada Dövlət Suverenliyi günü tədbiri atəşfəşanlıqla başa çatdı - FOTO/VİDEO

Qubada Dövlət Suverenliyi günü tədbiri atəşfəşanlıqla başa çatdı - FOTO/VİDEO

Xalq artisti tıxaclara ÇARƏ TAPDI

Xalq artisti tıxaclara ÇARƏ TAPDI

NATO şərq cinahının hava məkanını Türkiyənin hava müşahidə sistemi ilə QORUYACAQ

NATO şərq cinahının hava məkanını Türkiyənin hava müşahidə sistemi ilə QORUYACAQ

Ərdoğan BMT Baş Assambleyasında Fələstinə dəstək nitqi ilə ÇIXIŞ EDƏCƏK

Ərdoğan BMT Baş Assambleyasında Fələstinə dəstək nitqi ilə ÇIXIŞ EDƏCƏK

Şəmistan Nəzirlinin dəfn yeri AÇIQLANDI

Şəmistan Nəzirlinin dəfn yeri AÇIQLANDI

“Qəbələ” “Kəpəz”ə qalib gəldi - VİDEO

“Qəbələ” “Kəpəz”ə qalib gəldi - VİDEO

Prezidentin sosial şəbəkə hesablarında Pol Kaqame ilə görüşdən VİDEOÇARX paylaşıldı

Prezidentin sosial şəbəkə hesablarında Pol Kaqame ilə görüşdən VİDEOÇARX paylaşıldı

Xankəndidə ilk Şəhər Günü geniş konsert proqramı və atəşfəşanlıqla BAŞA ÇATDI - FOTO

Xankəndidə ilk Şəhər Günü geniş konsert proqramı və atəşfəşanlıqla BAŞA ÇATDI - FOTO

Salyanda yağıntılardan sonra insan sümükləri AŞKARLANDI - FOTO

Salyanda yağıntılardan sonra insan sümükləri AŞKARLANDI - FOTO

Türkiyə millisi ¼ FİNALDA

Türkiyə millisi ¼ FİNALDA

Gəncədə inək mağazaya hücum etdi: Yaralı var - ANBAAN VİDEO

Gəncədə inək mağazaya hücum etdi: Yaralı var - ANBAAN VİDEO

Xankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konserti keçirildi - FOTO

Xankəndidə Uşaq İncəsənət Festivalı qaliblərinin konserti keçirildi - FOTO

Biləsuvarda ağır qəza, motosiklet sürücüsü öldü

Biləsuvarda ağır qəza, motosiklet sürücüsü öldü

End of content

No more pages to load

RADİO