Şairə və qiraətçi Nazilə Səfərlinin atasının səhhəti yenidən pisləşib.
Bizim.Media xəbər verir ki, bu haqda sənətçi qonaq olduğu "7 tamam" verilişində məlumat verib.
Nazilə bildirib ki, onkoloji xəstəlikdən əziyyət çəkən atası Bəhlul müəllim yenidən Milli Onkologiya Mərkəzinə yerləşdirilib.
Qeyd edək ki, bir müddət əvvəl Nazilə açıqlamasında atasının başında şiş aşkarlandığını və Milli Onkologiya Mərkəzində kimyaterapiya keçdiyi açıqlamışdı.
Rəşad Əliyev, Bizim.Media