İranın Brüssel SUSQUNLUĞU – Tehran “qırmızı xətlər”ini niyə UNUTDU?

Ermənistan son zamanlar sürətlə Qərbə doğru istiqamətlənir. Bunun ən son bariz nümunəsi bu gün Brüsseldə ABŞ dövlət katibi Blinken, Aİ komisiyasının sədri Ursula fon der Layen və Ermənistan baş naziri Paşinyan arasında olacaq görüşdür. Hansı ki, bu görüşdə Ermənistana təhlükəsizlik zəmanətinin verilməsi, onu silahla təmin etmək kimi məsələlər müzakirə edilir. 

Yaranmış vəziyyət onu deməyə əsas verir ki, başlanan proses hətta yaxın gələcəkdə NATO qüvvələrinin Ermənistanda yerləşməsilə də nəticələnə bilər. İndilikdə hələlik mülki ad altında Aİ missiyası Ermənistandadır. 

İrəvanın bölgədə gərginlik yaratmağa hesablanmış bu addımını sözsüz ki, region ölkələrinin hər biri üçün təhlükə mənbəyidir. Belə olan halda məntiq tələb edir ki, regionun digər ölkələri həmin məqama etiraz səsini ucaltsın. 
 

MÖVZU İLƏ BAĞLI:

Korotçenkodan XƏBƏRDARLIQ: “Brüssel görüşü qorxunc hadisələrin anonsudur” – MÜSAHİBƏ 


Bu mənada Brüssel görüşünə Bakı, Ankara və Moskva öz narahatlıq və etirazını bildirib. Qərbin regionda olmasından narahat olduğunu hər zaman bəyan edən İran isə nədənsə bu məsələdə susmağa üstünlük verir. Halbuki indiyədək regiona kənar qüvvələrin gətirilməsi məsələsində ən çox "qırmızı xəttdən" danışan məhz İran idi.

Qərbin Ermənistanda möhkəmlənməsi fonunda görəsən, İranın niyə etiraz səsi çıxmır? 

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa bildirir ki, Qərbin və İranın mövqeyi həmişə üst-üstə düşür: 

“Onların bölgə haqqında strateji maraqları əslində eynidir. Sadəcə olaraq, bunu gizlədirlər. Özlərini sanki müstəqil mövqe tutan, guya bir-birinə qarşı mübarizə aparan qüvvələr kimi göstərirlər. Amma əslində bu belə deyil. İran rejimi birbaşa Amerika tərəfindən idarə olunan mexanizmlərdən biridir. O baxımdan da onların Ermənistan məsələsinə münasibətləri gizli sövdələşmə əsasında formalaşıb. 

İllərdir bu vəziyyət davam edir.

Ona görə də İranın Qərbin Ermənistana ayaq açmasına səssiz qalmasında fikrimcə, şübhəli bir məqam yoxdur. Hər kəsə aydındır ki, Ermənistana dəstək vermək birbaşa ABŞ-ın istəyilə baş verir. Amerikanın İran siyasətini burada yaşayan ermənilər də sadəcə ritorikadan başqa, konkret hərəkətə keçmək imkanı verməyəcək səviyyədə dəstəkləyirlər.

Burada böyük bir sürpriz yoxdur. Azərbaycan öz mövqeyini gücləndirməli və üzərinə gələn bütün dalğaları dəf etməyə hazır olmalıdır”. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Çindən Tayvana TƏKLİF – “Birləşməyə razı olsalar, enerji ilə təmin edəcəyik”

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Azərbaycanın strateji valyuta ehtiyatları nə qədərdir?

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

Prezidentdən Mixail Zabelin ilə bağlı SƏRƏNCAM

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

İranın Azərbaycandakı səfirinin Tehrandakı evi VURULDU

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Qida məhsullarının qiyməti nə qədər ARTIB?

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Faiq Balabəyliyə AYB-də vəzifə verildi

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Evdən çıxhaçıxda ayaqyoluna getmək niyə TƏHLÜKƏLİDİR?

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Ali Həşimli yüksək vəzifəyə SEÇİLDİ

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

Elektrik avtomobillərini mənzillərdə şarj edənlərin DİQQƏTİNƏ – Risk altındasınız...

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İrandan 3 ərəb ölkəsinə TƏCİLİ XƏBƏRDARLIQ

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

İsrailli nazir yaralı oğlu ilə FOTO paylaşdı

“Şamaxı” evdə uduzdu – VİDEO

“Şamaxı” evdə uduzdu – VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Lalənin verilişi öz saatında YAYIMLANDI - VİDEO

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI

Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr – SİYAHI

İlham Əliyev: “Əzəli yurd yerlərimizi gözəlliklər məskəninə çevirəcəyik”

İlham Əliyev: “Əzəli yurd yerlərimizi gözəlliklər məskəninə çevirəcəyik”

Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

Kreditlərin verilməsi ilə bağlı yenilik - VİDEO

Xocavəndə qayıdan azyaşlı Prezidentin avtomobilində sükan arxasında - FOTO/VİDEO

Xocavəndə qayıdan azyaşlı Prezidentin avtomobilində sükan arxasında - FOTO/VİDEO

İlin ilk ayında 8 minə yaxın körpə doğulub – RƏSMİ

İlin ilk ayında 8 minə yaxın körpə doğulub – RƏSMİ

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri SEÇİLDİ – FOTO

Əliməmməd Nuriyev DİN yanında İctimai Şuranın sədri SEÇİLDİ – FOTO

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Azərbaycan əhalisinin sayı AÇIQLANDI

Bu il Azərbaycan əhalisi nə qədər gəlir əldə edib?

Bu il Azərbaycan əhalisi nə qədər gəlir əldə edib?

Yanvar ayında evlənən və boşananların SAYI AÇIQLANDI

Yanvar ayında evlənən və boşananların SAYI AÇIQLANDI

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - FOTO/VİDEO

İlham Əliyev Xocavəndin Xanoba kəndində Novruz tonqalını yandırdı - FOTO/VİDEO

Afaqın da verilişi bağlanıb?

Afaqın da verilişi bağlanıb?

End of content

No more pages to load

RADİO