Xalq artisti Faiq Ağayev həmkarı Zamiq Hüseynovun mahnısını ifa edib.
Bizim.Media xəbər verir ki, bu addımı Ağayev “Araz” radiosunun 13 yaşı ilə bağlı yeni formatda təqdim olunan “Yeni avaz” layihəsi üçün atıb.
Zamiqin “vizit kartı” sayılan “Sən necə də gözəlsən” hitini Faiq “Xəzər axşamı” verilişində səsləndirib. Hüseynovun mahnısını Xalq artistinin ifasında eşidən proqramın aparıcısı Mətanət Əliverdiyeva kövrələrək ağlayıb. F.Ağayev Z.Hüseynovun repertuarında yer alan “Sən necə də gözəlsən” nəğməsi ilə bağlı bu fikirləri səsləndirib:
“Əgər Zamiq bu mahnını dəliqanlı, eşqinin və ömrünün ən cavan vaxtında oxuyubsa, mən bunu həyat təcrübəsi keçmiş, dəymiş, döyülmüş insan kimi ifa etdim”.
Qeyd edək ki, “Sən necə də gözəlsən” mahnısının sözləri və musiqisi İsmayıl Əsədova məxsusdur.