Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) cari ilin əvvəlindən aprelin 1-dək “Şahdəniz” yatağından (qaz və kondensat) 78,5 milyon dollar gəlir əldə edib.
Bizim.Media Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaydığı məlumata istinadən xəbər verir ki, “Şahdəniz” yatağı üzrə gəlirlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,2 dəfə azalıb.
O cümlədən “Şahdəniz” yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər hesabat dövründə 8,1 dəfə azalaraq 15,7 milyon dollar təşkil edib.
Bizim.Media