İngiltərədə supermarketin saytında alış-veriş edən 50 yaşlı Nick James, alma sifariş etdikdən sonra maraqlı sürprizlə qarşılaşıb. Sifariş verdiyi məhsulları almağa gedən müştəri birdən yeni iPhone SE ilə qarşılaşıb.
Bizim.Media xəbər verir ki, sürprizindən xeyli təəccüblənən James xoşbəxtliyini bu sözlərlə dilə gətirib:
"Çərşənbə axşamı onlayn sifarişimizi götürməyə getdik və gözlənilməz hədiyyə ilə qarşılaşdıq: Apple iPhone SE."
Supermarket şəbəkəsinin bu şəkildə onlayn sifariş verən 80 fərqli müştəriyə hədiyyələr payladığı bildirilir. Paylanan hədiyyələr arasında AirPods və Galaxy Fit 2 kimi məhsullar da var. (techland)
Bizim.Media