Nigar dağılmış ailəsindən DANIŞDI: "İkinci ərim kasıb olduğuna görə, adımdan istifadə etdi" - VİDEO

"İkinci həyat yoldaşımdan boşanmamı 6 aydan çox gizli saxlaya bilmədim. Bu xəbərin "sızması" anında oldu. Dostlarım bu xəbəri yaydı. Şou-biznes camiyası "açdı sandığı, tökdü pambığı". Burada ayıb bir şey yoxdur. Utanc şəkildə, başıaşağı, dili qısa deyiləm... Əlimdəm gələni etdim. İkinci boşanmam üzüağ şəkildə baş verdi. Mənim günahım yox idi. Heç birinci evlilikdə də günahım yox idi. Yazıq "mən". Boşanma xəbərim çıxandan sonra çevrəmə həddən artıq diqqət edirəm. İndi demək olar ki, çevrəm yoxdur".

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Nigar Şabanova qonaq olduğu "Dəyişən cavab" verilişində deyib.

Sənətçi müxtəlif zamanlarda iki dəfə qurduğu, lakin sonradan dağılan ailəsindən söz açıb. Nigar bildirib ki, tamaşaçıların onun haqda yalnış fikirləri onu narahat edir:

"Tamaşaçının bilmədiyi, haqqımda olan "kulis" arxası məsələlər məni qəyiyyən narahat etmir. Çünki, heç kimin evindən kimsəni oğurlamamışam və ailəsini dağıtmamışam. Mənim şükürlər olsun ki, başım ucadır. Amma tamaşaçıların haqqımda olan yalnış fikirləri hər zaman məni narahat edib".

16 yaşında qohumuna ərə getdiyini söyləyən Şabanova müsahibəsində vurğulayıb ki, boşanmasına səbəb dayısının onun baldızı ilə ayrılması olub:

"Birinci evliliyim ailəmin təkidi ilə 16 yaşımda olub. "Xalq ulduzu" muğam müsabiqəsində iştirak edəndə artıq ailəm dağılmışdı. Ailə həyatım cəmi 1 il çəkdi. Ailəmin dağılmasında günah məndə deyil idi. Birinci həyat yoldaşım kişiliyə sığmaz bir addım atdı. Mənim dayım ərimin bacısından ayrıldı. Yəni ərimin bacısını boşadı, onlar da məni anamın evinə gəri gətirdilər. Dedilər ki, “siz bizim qızımızı saxlamadınız, biz də sizim qızınızı saxlamırıq”. Biz bir-birimizə üçtərəfli qohum idik. Ərim, anamın dayısının nəvəsi idi. Bacısı da mənim dayımda ərdə idi. Baldızım dayımın arvadı idi. Düşmənimə heç arzulamayacağım həyat yaşadım və həyat hekayəm var. O zaman yəni mənim 16 yaşım olanda - telefon, internet yox idi. Anamın əlində böyümüş qız idim. Baxmayaraq ki, 10-cu sinifdə oxuyurdum, anam məni məktəbə aparıb, gətirirdi. Ailə "nə deməkdir?", dərk etməyən bir qız uşağı idim. Dərk edə bilmirdim ki, belə bir qız uşağı necə ərini kənara çəkib söz deyə bilər ona. Həyat yoldaşı nə deyirsə, odur. Mənim dünənimə və bu günümə böyük təsiri var. Səbəbi isə əgər onlar olmasaydı, bu gün mən ən gözəl ailələrin birində gəlin olardım. Və bəlkədə heç bu sənətdə olmazdım. Əməkdar artist Nigar Şabanova olmasaydım da gözəl ailəm olardı".

İkinci dəfə ailə qurmasını həyatının ən böyük səhvi olduğunu söyləyən Nigar ilk dəfə hərbiçi həyat yoldaşı Xəyyam Qaragözovdan boşanmasının səbəblərini açıqlayıb:

"Arzu elədiyim ailə həyatını yaşamadım. İkinci dəfə ailə qurmağım mənim ən böyük səhvim oldu. 35 yaşıma qədər elədiyim ilk və yeganə ən böyük səhvdir. Özümə bir ömür boyu bağışlamayacağım bir səhvdir. Çünki artıq hər şeyə inamım, güvənim tamamilə bitib. Hətta tamamilə "sıfırdır". Bir il mən cəhənnəmə dözdüm. İnsanların qınağına dözdüm və birdən-birə söz-söhbətin arxasından bir saatın bəlkə də beş dəqiqənin içində evdə bir daha o böyük faciə yaşandı və bu anda kimsə məni silkələyib, məni buz kimi suyun içinə salıb çıxartdı. Mən oyandım və özümə suallar verdim ki, "sən axı neynirsən və niyə dözürsən?". Ayağımı yerə vurdum və dedim ki, bütün bunlar bir saatın içində bitməlidir və sən, "ər" evdən yox olmalısan. Və bir saatın içində o, evdən yox oldu. Mən onu yox elədim. Dedim ki, buna artıq dözməyəcəyəm. Çünki buna layiq olacaq qadın deyiləm. Xəyanətə görə bir xanımın evini dağıtmasına yaxşı baxmıram".

Əməkdar artist bildirib ki, ikinci əri kasıb təbəqədən olduğundan onun adından sui-istifadə edib:

"İki dəfə ailəsi dağılan bir insanın yenidən, yəni üçüncü dəfə ailə qurması, özü də Azərbaycanda... Xeyr! Mən elə bilirdim ki, ikinci həyat yoldaşımı sevirdim. Amma sən demə, sevməmişəm. Bundan sonra da inanmıram ki, mən kasıb bir insanla yaşaya bilim. Çünki kasıba dəyər verdim və sonra hər şeyi gördüm. Maddiyyata baxmadan dəyər verdim və gördüm ki, məsələ elə maddiyyat imiş, mən deyilənmişəm. İndiki zamanda maddiyyat çox böyük rol oynayır. Düşünürəm ki, bəlkə də ailələrdə hər zaman maddiyyat böyük rol oynayıb. İkinci həyat yoldaşım adımdan, cəmiyyətdə olan hörmətimdən böyük şəkildə istifadə edib".
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Barselona" onu qışda birdəfəlik almaq İSTƏYİR

"Barselona" onu qışda birdəfəlik almaq İSTƏYİR

Əncirin ömrü uzatdığı SÜBUT OLUNDU

Əncirin ömrü uzatdığı SÜBUT OLUNDU

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

Bakıda 5 otaqlı evdə YANĞIN OLDU

Bakıda 5 otaqlı evdə YANĞIN OLDU

ChatGPT-nin evliliyə təsiri: Cütlüklər BOŞANIR

ChatGPT-nin evliliyə təsiri: Cütlüklər BOŞANIR

Paşinyan səsvermədə qalib gəldi

Paşinyan səsvermədə qalib gəldi

“Sabah” “Turan Tovuz”u məğlub etdi - VİDEO

“Sabah” “Turan Tovuz”u məğlub etdi - VİDEO

SON DƏQİQƏ: Xocalıda ildırım evə düşdü, güclü yanğın başladı - VİDEO

SON DƏQİQƏ: Xocalıda ildırım evə düşdü, güclü yanğın başladı - VİDEO

"Mənə "Xalq artisti" adı versələr, imtina edəcəyəm"

"Mənə "Xalq artisti" adı versələr, imtina edəcəyəm"

Yunan-Roma güləşçimiz DÜNYA ÇEMPİONU oldu

Yunan-Roma güləşçimiz DÜNYA ÇEMPİONU oldu

Naxçıvan qəzasında xəsarət alanların KİMLİYİ bilindi

Naxçıvan qəzasında xəsarət alanların KİMLİYİ bilindi

AZTV-nin keçmiş sədri VƏFAT ETDİ - FOTO

AZTV-nin keçmiş sədri VƏFAT ETDİ - FOTO

Nikahlarına Prezident qatıldı - VİDEO

Nikahlarına Prezident qatıldı - VİDEO

Aysuna “İphone 17” hədiyyə etdilər - VİDEO

Aysuna “İphone 17” hədiyyə etdilər - VİDEO

“Kəpəz”in baş məşqçisi ilə azarkeşlər arasında GƏRGİNLİK

“Kəpəz”in baş məşqçisi ilə azarkeşlər arasında GƏRGİNLİK

Dövlət Suverenliyi Günü Azərbaycan Ordusunda silsilə tədbirlərlə QEYD EDİLDİ - FOTO

Dövlət Suverenliyi Günü Azərbaycan Ordusunda silsilə tədbirlərlə QEYD EDİLDİ - FOTO

Makron fransızları HƏDƏLƏDİ: Sərt cəzalar tətbiq ediləcək

Makron fransızları HƏDƏLƏDİ: Sərt cəzalar tətbiq ediləcək

“Liverpul” derbidə qələbə qazandı - VİDEO

“Liverpul” derbidə qələbə qazandı - VİDEO

Qubada Dövlət Suverenliyi günü tədbiri atəşfəşanlıqla başa çatdı - FOTO/VİDEO

Qubada Dövlət Suverenliyi günü tədbiri atəşfəşanlıqla başa çatdı - FOTO/VİDEO

Xalq artisti tıxaclara ÇARƏ TAPDI

Xalq artisti tıxaclara ÇARƏ TAPDI

NATO şərq cinahının hava məkanını Türkiyənin hava müşahidə sistemi ilə QORUYACAQ

NATO şərq cinahının hava məkanını Türkiyənin hava müşahidə sistemi ilə QORUYACAQ

Ərdoğan BMT Baş Assambleyasında Fələstinə dəstək nitqi ilə ÇIXIŞ EDƏCƏK

Ərdoğan BMT Baş Assambleyasında Fələstinə dəstək nitqi ilə ÇIXIŞ EDƏCƏK

Şəmistan Nəzirlinin dəfn yeri AÇIQLANDI

Şəmistan Nəzirlinin dəfn yeri AÇIQLANDI

End of content

No more pages to load

RADİO