Aparıcı Zaur Baxşəliyev başqa verilişlərə getməməsinin səbəbini açıqlayıb.
Bizim.Media xəbər verir ki, bununla bağlı Zaur aparıcısı olduğu “Zaurla Günaydın” proqramında danışıb.
Belə ki, “Fəlakət” obrazı ilə şou-biznesdə məşhurlaşan aktyor Elşən Orucov qonaq olduğu verilişdə “Zaur, başqa efirə getməkdən qorxursan. Bir-iki aparıcı var ki, getmir, biri də sənsən”, - deyə fikirlər səsləndirib.
Zaurun isə cavabı belə olub:
“Qorxacaq nəyimsə yoxdur. Düşünmürəm ki, təcrübəsi, hazırcavablığı olan mən buna görə harasa getməyim. 7 gün efirdəyəm. Həftədə beş gün “Bizimləsən” ictimai-sosial proqramı, həftəsonu isə “Zaurla Günaydın” verilişi... Əlavə olaraq “Instagram”, “YouTube” video platformalarında da layihələrim var. Çox hörmət etdiyim yerə gedirəm”.