Azərbaycanda bu maşınlar kəskin UCUZLAŞDI - Satmaq istəyənlər isə 3 dəfə artdı  

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avtomobilləri ilə sərnişin daşımalarında istifadə oluna bilməz. 

Bizim.Media xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”in təsdiq edilməsi haqqında qərarda əksini tapıb. 

Dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 15.2-ci maddəsi ilə müəyyən edilən buraxılış kartı verilmir. 

Bu qərar taksi fəaliyyəti ilə məşğul olan və 15 ildən artıq müddəti keçən avtomobil nəqliyyatı vasitələrinin qiymətinə necə təsir edəcək? 

Yeni qərardan sonra elan saytlarında "Prius"ların satış elanları kəskin artıb. Məsələ ilə bağlı “trend.az”a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elnur Sərdarlı bildirib ki, taksi fəaliyyəti ilə məşğul olanlar, əsasən, "Toyota Prius" markalı avtomobillərdən istifadə edir. 

"Yeni qərardan sonra elan saytlarında "Prius"ların satış elanları kəskin artıb. Dünən elan saytlarında 443 "Prius" markalı avtomobil satışa çıxarılmışdısa, artıq bu saata olan məlumata görə, avtomobillərin sayı 1200-dür. Satışa çıxarılan "Prius"ların 95%-i 2008-ci ilə qədər olan avtomobillərdir. 

Ümumiyyətlə, taksi fəaliyyətində istifadə edilən "Prius"ların 60%-nin buraxılış tarixindən 15 ildən artıq vaxt keçib. Bu da təqribən 30 min avtomobil edir. Hazırda dünənə qədər 12,500 manata satılan "Prius"ları 10500-10000 manata almaq olur. Qiymətlərin daha da ucuzlaşması gözlənilir", - deyə o qeyd edib. 

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfər isə bildirib ki, buraxılış tarixindən 15 ildən artıq müddəti keçən "Prius"ların qiyməti ucuzlaşa bilər. 

"Lakin bu avtomobillərin qiymətinin kəskin ucuzlaşacağını düşünmürəm. Bir zamanlar bu markalı avtomobillər ölkəmizə çox daşınıb. Onların içində yararlı və yararsız avtomobillər də olub. Əgər taksilərin sayı kəskin azalacaqsa, bu zaman fərdi nəqliyyat vasitələrindən istifadə də artacaq. Bundan başqa, ictimai nəqliyyatın avtobus, metro seqmenti gücləndirilməsə paytaxtımız avtomobilləməyə meyilli olacaq. Belə də yenə nəqliyyat vasitələrinə tələbat artacaq.

Bir reallığı da nəzərə almaq lazımdır ki hər adam yeni avtomobil ala bilmir". 

Ekspert bildirib ki, taksilərlə bağlı tələblər bu il yanvar ayının 1-dən elan edilməli idi. 

"Dövlət sosialyönümlü siyasətini davam etdirərək, taksi fəaliyyəti ilə məşğul olan şəxslərə bir qədər möhlət verdi. Düşünürəm, bu doğru addımdır. Taksidə peşəkar adamlar çalışmalıdır", - deyə ekspert qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Kuba ABŞ-ın hücumuna hazırlaşır

Kuba ABŞ-ın hücumuna hazırlaşır

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

İstanbulda çökən binaların dağıntıları altından 11 nəfər çıxarılıb: Ölən var

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Hörmüz boğazı ilə bağlı 22 ölkə bir araya gəldi

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Ərlə arvad arasında neçə yaş fərqi olmalıdır?

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Abbas Əraqçi: Regional müharibə diplomatiyanın qapısını əbədi bağlayacaq

Romada partlayış: Xəsarət alanlar var

Romada partlayış: Xəsarət alanlar var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

Nümayəndələr Palatasının Demokrat lideri: ABŞ-da rejimin dəyişməsinə ehtiyac var

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

London Universitet Kollecində Azərbaycanla bağlı Novruz stendi quruldu

Tramp: “İran tamamilə məhv ediləcək”

Tramp: “İran tamamilə məhv ediləcək”

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

İranlı general: "Biz müdafiədən hücuma keçmişik"

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Prezidentin ailəsini şantaj edən şəxsin kimliyi məlum olub - YENİ

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

Zelenski: “Ruslar bu istiqamətlərdə irəliləməyə çalışır”

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İsrail Livanda quru əməliyyat planını təsdiqlədi

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

İrandakı Bəndər Ləngə limanında partlayış oldu

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

Bitcoin müharibə fonunda 69 min dollardan aşağı düşdü

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Saatlıda 50 yaşlı kişi bıçaqlanaraq ÖLDÜRÜLDÜ

Məşhur milyarder İsraili dəstəklədi

Məşhur milyarder İsraili dəstəklədi

Rusiyada zəlzələ oldu

Rusiyada zəlzələ oldu

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

Süni intellektə görə 45000 nəfər işsiz qalıb?

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

SİRLƏR AÇILDI: Trampı İrana hücuma sövq edən bu ŞƏXS İMİŞ

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Cəlilabadda qəza: 3 kənd işıqsız qaldı

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

Zaqatalada sakinin meyiti görün haradan tapılıb?

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

“Hörmüz boyunca İranın istehkamları məhv ediləcək” - Skott Bessent

End of content

No more pages to load

RADİO