"Bəzi ölkələrdə, həmçinin Azərbaycanda meyitdən orqan transplantasiyalarında problemlər var”.
Bizim.Media-nın məlumatına görə, bunu "Orqan bağışı problemi və transplantasiya" mövzusunda keçirilən elmi konfransda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
Onun sözlərinə görə, səbəblər arasında inanclar və dini məsələlər də var.
“Təbii ki, bunu ancaq dinə bağlamaq olmaz. Digər səbəb isə insanların səhiyyə xidmətlərinə güvən məsələsi ilə bağlıdır”.
O bildirib ki, insanların fikrini dəyişmək, onları inandırmaq üçün əlaqəli qurumların birlikdə çalışması lazımdır.
Bizim.Media