"Bu gün dərman alıram və orada Azərbaycan dilində təlimat var" deyə istifadəçi Kara Avetisyan aprelin 19-da axşam Facebook səhifəsində yazıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Verelg” nəşri yayıb.
Bildirib ki, Ermənistanla Azərbaycan arasında heç bir əlaqə yoxdur və İrəvandakı aptek şəbəkəsində Azərbaycan etiketli dərmanların görünməsi dərmanların qeydiyyatı və etiketlənməsi ilə bağlı Ermənistan qanunvericiliyinin tələblərinin pozulmasıdır.
"Ehtimal olunur ki, dərman qaçaqmalçılıq yolu ilə Ermənistandakı aptekə daxil olub", deyə mənbə bildirib.
Bizim.Media
