Aygün Bəylərin bacısı: “Onun həyat yoldaşı ilə şəxsi münasibətim olmayıb” – VİDEO 

“Aygün Bəylər oğlan kimi böyümüşdü. Ağır təbiətli, kişi xasiyyətli idi. Ailədə biz beş bacı, bir qardaş olmuşuq. O heç zaman efirdə bacılarının adlarını çəkməyib. O heç zaman efirdə ailəmiz haqqında danışmayıb”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Aygün Bəylərin müğənni bacısı Zümrüd Hümbətova qonaq olduğu “O üz” verilişində deyib. 

Aparıcı Ülviyyə Xəlilbəylinin “Ölümündən sonra Aygün Bəylərin ailə söhbətləri daha çox müzakirə olundu. Onun həyat yoldaşı haqqında danışıldı. Hətta qızı Cahanın atasının yanına, Almaniyaya getməsi haqqında xəbərlər çıxdı” sözlərinə mərhumun bacısı belə cavab verib: 

“Bunların hamısı reytinq xətrinə idi. Aygün sağ olsaydı, bu mövzular gündəm olmayacaqdı. Mənim onun həyat yoldaşının sosial şəbəkədə nə paylaşıb, nə paylaşmadığı haqda xəbərim yoxdur. Bacımın vəfatından sonra o bizlə danışmadı. Cahanın bibisi, əmisi oğlu zəng vurub başsağlığı vermişdilər və Aygünün 40 məclisindən sonra da əlaqə saxlamışdılar. Onlar Aygünün məzarı üstünə də ziyarətə gəlmişdilər. Onlar Almaniyada yaşayırlar. İki günlük Bakıya gəlmişdilər. Onlar pis insanlar deyillər”. 

Aygünün bacısı bildirib ki, onun hazırda Almaniyanın Berlin şəhərində yaşayan keçmiş həyat yoldaşı Rəsul Vilayət ilə heç bir əlaqəsi olmayıb: 

“Aygünün həyat yoldaşı ilə şəxsi münasibətim olmayıb. Onunla danışmamışam və ondan məlumatım da yoxdur”. 

Xatırladaq ki, Aygün Bəylər təxminən 15 il öncə Rəsul Vilayətlə qeyri-rəsmi nikahda olub. 2009-cu ildə onların Cahan adlı qızı dünyaya gəlib. 14 yaşlı Cahan hazırda Bakıda xalasının himayəsində yaşayır. Rəsul Vilayət ötən əsrin 90-cı illərinin sonlarında Azərbaycanı tərk edərək Almaniyaya köçüb. O, hazırda Berlində özünün yaratdığı "Barini MUSIC Production" şirkətinə rəhbərlik edir. Berlindəki həyat yoldaşı ilə evlilikdən 3 övladının olduğu bildirilir - 2 oğlan, 1 qız. 

Qeyd edək ki, Əməkdar artist Aygün Bəylər uzun sürən xəstəlikdən sonra yanvar ayının 6-da gecə saatlarında Ankarada müalicə aldığı xəstəxanada vəfat edib. 
 


Rəşad Əliyev, Biizm.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

"Barselona" onu qışda birdəfəlik almaq İSTƏYİR

"Barselona" onu qışda birdəfəlik almaq İSTƏYİR

Əncirin ömrü uzatdığı SÜBUT OLUNDU

Əncirin ömrü uzatdığı SÜBUT OLUNDU

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

Rəsmi Moskva Avropanın İrana qarşı sanksiyalarını təxribat ADLANDIRDI

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

“Çelsi”nin futbolçusu yüngül atlet OLDU

Bakıda 5 otaqlı evdə YANĞIN OLDU

Bakıda 5 otaqlı evdə YANĞIN OLDU

ChatGPT-nin evliliyə təsiri: Cütlüklər BOŞANIR

ChatGPT-nin evliliyə təsiri: Cütlüklər BOŞANIR

Paşinyan səsvermədə qalib gəldi

Paşinyan səsvermədə qalib gəldi

“Sabah” “Turan Tovuz”u məğlub etdi - VİDEO

“Sabah” “Turan Tovuz”u məğlub etdi - VİDEO

SON DƏQİQƏ: Xocalıda ildırım evə düşdü, güclü yanğın başladı - VİDEO

SON DƏQİQƏ: Xocalıda ildırım evə düşdü, güclü yanğın başladı - VİDEO

"Mənə "Xalq artisti" adı versələr, imtina edəcəyəm"

"Mənə "Xalq artisti" adı versələr, imtina edəcəyəm"

Yunan-Roma güləşçimiz DÜNYA ÇEMPİONU oldu

Yunan-Roma güləşçimiz DÜNYA ÇEMPİONU oldu

Naxçıvan qəzasında xəsarət alanların KİMLİYİ bilindi

Naxçıvan qəzasında xəsarət alanların KİMLİYİ bilindi

AZTV-nin keçmiş sədri VƏFAT ETDİ - FOTO

AZTV-nin keçmiş sədri VƏFAT ETDİ - FOTO

Nikahlarına Prezident qatıldı - VİDEO

Nikahlarına Prezident qatıldı - VİDEO

Aysuna “İphone 17” hədiyyə etdilər - VİDEO

Aysuna “İphone 17” hədiyyə etdilər - VİDEO

“Kəpəz”in baş məşqçisi ilə azarkeşlər arasında GƏRGİNLİK

“Kəpəz”in baş məşqçisi ilə azarkeşlər arasında GƏRGİNLİK

Dövlət Suverenliyi Günü Azərbaycan Ordusunda silsilə tədbirlərlə QEYD EDİLDİ - FOTO

Dövlət Suverenliyi Günü Azərbaycan Ordusunda silsilə tədbirlərlə QEYD EDİLDİ - FOTO

Makron fransızları HƏDƏLƏDİ: Sərt cəzalar tətbiq ediləcək

Makron fransızları HƏDƏLƏDİ: Sərt cəzalar tətbiq ediləcək

“Liverpul” derbidə qələbə qazandı - VİDEO

“Liverpul” derbidə qələbə qazandı - VİDEO

Qubada Dövlət Suverenliyi günü tədbiri atəşfəşanlıqla başa çatdı - FOTO/VİDEO

Qubada Dövlət Suverenliyi günü tədbiri atəşfəşanlıqla başa çatdı - FOTO/VİDEO

Xalq artisti tıxaclara ÇARƏ TAPDI

Xalq artisti tıxaclara ÇARƏ TAPDI

NATO şərq cinahının hava məkanını Türkiyənin hava müşahidə sistemi ilə QORUYACAQ

NATO şərq cinahının hava məkanını Türkiyənin hava müşahidə sistemi ilə QORUYACAQ

Ərdoğan BMT Baş Assambleyasında Fələstinə dəstək nitqi ilə ÇIXIŞ EDƏCƏK

Ərdoğan BMT Baş Assambleyasında Fələstinə dəstək nitqi ilə ÇIXIŞ EDƏCƏK

Şəmistan Nəzirlinin dəfn yeri AÇIQLANDI

Şəmistan Nəzirlinin dəfn yeri AÇIQLANDI

End of content

No more pages to load

RADİO