Rusiyada miqrantlarla bağlı QANUN TƏKLİFİ – Bu ölkədəki soydaşlarımızı NƏ GÖZLƏYİR?

"Crocus City Hall" hücumun qeyri-ruslar tərəfindən törədildiyi üzə çıxdıqdan sonra Rusiyada əmək miqrantlarına münasibət dəyişəcək.Təsadüfi deyil ki, Rusiya Federasiyasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iki gün öncə qanunvericilik təşəbbüsü ilə çıxış edib.

Təşəbbüs də ondan ibarətdir ki, Rusiyadakı əmək miqrantlarına qarşı qanunvericiliyin tələbləri xeyli sərtləşdiriləcək. Məsələn, miqrantlarla əmək müqaviləsinin müddəti iki ilə qədər məhdudlaşdırıla bilər. Lakin hazırkı qaydalara görə, Rusiyada miqrantlarla əmək müqavilələri müddətsiz bağlana bilər. Bundan başqa, məşğulluqla bağlı tələblər də sərtləşdirilir.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyada polis bütün miqrantların sənədlərini YOXLAYIR


Bəs, terror hadisəsi və yeni qanunvericilik təşəbbüsü Rusiyada işləyən soydaşlarımıza necə təsir edəcək?

Məsələ ilə bağlı fikirlərini Bizim.Media ilə bölüşən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, miqrantlara qarşı tələblər sərtləşdiriləcəksə, təbii ki, bu Rusiyadakı soydaşlarımıza da müəyyən qədər təsir edəcək:

“Amma mən hesab edirəm ki, son terror aktı Rusiyada milli münaqişənin alovlandırılması üçün atılmış bir addımdır. Yəqin ki, bu hadisədən sonra Rusiyanın bütün ərazilərində miqrantlara qarşı münasibət dəyişəcək. Amma Rusiya hökuməti də şovinist düşüncə ilə miqrantlara yanaşsa, onda Rusiya dövləti bundan çox böyük zərər görəcək. 

Əslində maraqlı qüvvələrin də istədiyi budur ki, rusları başqa xalqlara qarşı təhrik etsinlər. Məhz elə buna görə də terrorun törədiciləri qeyri-rus və qeyri-slavyanlardan seçilib”. 

Akif Nəsirli Rusiya ƏƏSMN-nin son qanunvericilik təşəbbüsünə də münasibət bildirib:

“Onu deyə bilərəm ki, Rusiya hökuməti yenidən miqrantları süzgəcdən keçirmək istəyir. Amma bu cür təşəbbüslər Rusiyanın əmək bazarına ciddi ziyan vuracaq. Çünki Rusiyaya gələn əmək miqrantları əsasən “qara işlər”də çalışır. Əgər qanun sərtləşsə, onda bu ölkədə işçi çatışmazlığı baş qaldıracaq. Baxmayaraq ki, Rusiya onsuz da xarici işçi qüvvəsinə möhtacdır. 

Üstəlik, qaydalar bir qədər də sərtləşsə təbii ki, Rusiya iqtisadiyyatı ciddi ziyan görəcək. Ona görə də son qanunvericilik təşəbbüsünün axıra qədər icra olunacağına şübhə edirəm. Amma bütün hallarda miqrantlara qarşı tətbiq edilən istənilən sərt qayda azərbaycanlılara da təsirsiz ötüşməyəcək. Ola bilsin ki, qanunvericilikdə istisnalar da olsun. Məsələn, Azərbaycanla Rusiya arasında strateji tərəfdalıq müqaviləsi imzalanıb. Bu müqavilədən çıxış edərək azərbaycanlı əmək miqrantlarına müəyyən güzəştlər də edilə bilər”. 

İqtisadçı-ekspert Fuad İbrahimovsa yeni qanun layihəsinin mahiyyətindən söz açıb:

“Rusiyanın ƏƏSMN-nin təşəbbüsü ilə əmək qanunvericiliyində müəyyən dəyişikliyin edilməsi təklif edilib. Təkliflərdən biri də ondan ibarətdir ki, miqrantlarla əmək müqaviləsi bundan sonra müddətsiz bağlanmayacaq. Müqavilənin ən yaxşı halda 2 il müddətinə bağlanılması təklif olunur. 

Bundan başqa, miqrantdan rus dilini bilməsi barədə arayış tələb olunacaq. Eyni zamanda, miqrant Rusiyanın tarixi və qanunvericilik bazası haqqında müəyyən biliyə sahib olmalıdır. 

Əslində, Rusiya elə bir ölkədir ki, bu dövlətə gedərkən bu tələblərdən yan keçmək mümkündür. Bütün sahələrdə müvafiq qanunvericilik bazası olsa da ondan hansısa formada yan keçmək olur. Ona görə də bu günün sualı odur ki, qanunvericiliyə edilən düzəliş real həyatda necə öz təsdiqini tapacaq? Qanun işlək olacaqsa, təbii ki, Rusiyaya gedən hər bir şəxs bu tələbləri yerinə yetirmək məcburiyyətində qalacaq.

O cümlədən də azərbaycanlılar...”.

Fuad İbrahimov onu da qeyd edib ki, son terror hadisəsindən sonra yəqin ki, Rusiyanın müvafiq orqanları ölkəyə gələnlərə daha həssas yanaşacaq:

“Dil biliyi zəif olan, daimi iş yeri olmayan, kriminal keçmişi olan insanların Rusiyaya gəlişi xeyli çətinləşəcək. Bundan əlavə, ola bilsin ki, qanunsuz miqrantlara qarşı sərt tədbir görülsün, onlar deport edilsinlər. Bu mənada bizim bəzi soydaşlarımız ola bilsin ki, Rusiyanı tərk etmək məcburiyyətində qalacaq. Amma Rusiya vətəndaşlığı olan və eləcə də qanunvericiliyin tələblərinə riayət edən heç bir soydaşımızı təhlükə gözləmir”. 

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

“Liverpul”da CİDDİ İTKİ

“Liverpul”da CİDDİ İTKİ

Sumqayıtda ev yanıb - FOTO

Sumqayıtda ev yanıb - FOTO

İsrail Livanın cənubunda “Hizbullah” mövqelərinə zərbələr endirib

İsrail Livanın cənubunda “Hizbullah” mövqelərinə zərbələr endirib

“Sabah”ın futbolçuları milli komandalara DƏVƏT ALDI

“Sabah”ın futbolçuları milli komandalara DƏVƏT ALDI

İran rialı kəskin BAHALAŞDI

İran rialı kəskin BAHALAŞDI

Onlara pul xərcləməli olacaqsınız: Bürclərin ən acgöz qadınları

Onlara pul xərcləməli olacaqsınız: Bürclərin ən acgöz qadınları

Sürücülərin NƏZƏRİNƏ: Magistral yollarda…

Sürücülərin NƏZƏRİNƏ: Magistral yollarda…

Hidayət Heydərov üçün "bürünc" şansı

Hidayət Heydərov üçün "bürünc" şansı

İsrail və ABŞ Fars körfəzində şəxsi və sərnişin gəmilərinə zərbələr endirir

İsrail və ABŞ Fars körfəzində şəxsi və sərnişin gəmilərinə zərbələr endirir

DİN: Axtarışda olan 9 nəfər tapılıb

DİN: Axtarışda olan 9 nəfər tapılıb

"İranda qalıb, onun üçün çox narahatam" - FOTO

"İranda qalıb, onun üçün çox narahatam" - FOTO

"Mançester Yunayted" hakimlərə qarşı şikayət HAZIRLAYIR

"Mançester Yunayted" hakimlərə qarşı şikayət HAZIRLAYIR

DİN: Ötən gün qanunsuz saxlanılan 14 odlu silah aşkarlanıb

DİN: Ötən gün qanunsuz saxlanılan 14 odlu silah aşkarlanıb

ABŞ Hörmüz boğazında hərəkəti bloklamaq üçün istifadə olunan katerlərə zərbə endirdi - VİDEO

ABŞ Hörmüz boğazında hərəkəti bloklamaq üçün istifadə olunan katerlərə zərbə endirdi - VİDEO

Goranboyda kişi tanışını döyüb - Cinayət işi başlanıldı

Goranboyda kişi tanışını döyüb - Cinayət işi başlanıldı

Bölgələrdə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Bölgələrdə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Ordenli deputatlar - “Vətənə xidmətə görə” təltif olunanlar - SİYAHI

Ordenli deputatlar - “Vətənə xidmətə görə” təltif olunanlar - SİYAHI

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Hövsanda əri tərəfindən qətlə yetirilən müəllim haqda TƏFƏRRÜAT

Hövsanda əri tərəfindən qətlə yetirilən müəllim haqda TƏFƏRRÜAT

Türkiyədə sahildə pilotsuz sualtı aparat tapıldı - FOTO

Türkiyədə sahildə pilotsuz sualtı aparat tapıldı - FOTO

41 yaşlı Ronaldo ilə sevgilisi haqqında İLGİNC İDDİA – Hər kəs onlardan DANIŞIR

41 yaşlı Ronaldo ilə sevgilisi haqqında İLGİNC İDDİA – Hər kəs onlardan DANIŞIR

İranlı qadın ölüm anını lentə altı – HƏSSAS VİDEO

İranlı qadın ölüm anını lentə altı – HƏSSAS VİDEO

Muğanlı-İsmayıllı yolunda sürüşmə olub

Muğanlı-İsmayıllı yolunda sürüşmə olub

End of content

No more pages to load

RADİO