Solovyovun ERMƏNİ XİSLƏTİ – O niyə hər fürsətdə Azərbaycanı HƏDƏF ALIR?

"Crocus City Hall"-da baş verən qorxunc terror hadisəsi bütün dünyanı silkələdi. Hər kəs terrorun təşkilatçılarını lənətləyir və onların ən qısa zamanda saxlanılıb, ən ağır şəkildə cəzalandırılmasını istəyir. Amma çox təəssüf ki, belə həssas məqamda bəziləri “bulanıq suda balıq tutmağa”, hansısa dividend əldə etməyə çalışır. 

Belə üzdəniraqlardan biri də rusiyalı jurnalist Vladimir Solovyovdur. O heç bir fakta və hətta məntiqə əsaslanmayaraq bu məsələdə Azərbaycan izi axtarır. Təbii ki, bu cür yanaşma Solovyovdakı Azərbaycanafobiyadan qaynaqlanır. 

Solovyov nə demək istəyir?
 

MÖVZU İLƏ BAĞLI:

“Crocus”dakı hücumla bağlı daha bir şəxs HƏBS EDİLDİ - VİDEO


"Crocus City Hall"-a hücumdan saatlar sonra Rusiyanın xüsusi xidmət orqanları terror hadisəsinin tacik əsilli şəxslər tərəfindən törədildiyini və sifarişçininsə Ukrayna dövləti olduğunu bildirdi. Qısa zamanda 10-a yaxın şübhəli şəxs saxlanıldı. Saxlanılanlarınsa Azərbaycanla yaxından-uzaqdan heç bir əlaqəsi olmadığı da bilindi. 

Bütün bunlardan sonra Solovyov kimi məlumatlı birisinin efirdən sərsəm və cəfəng fikirlər səsləndirməsi təbii ki, təsadüf ola biməz. Çünki o dəfələrlə azərbaycanlılara olan nifrətini dilə gətirib. Bunun bir səbəbini o özü etiraf edib. Etirafsa bundan ibarət idi ki, Vladimirin ilk həyat yoldaşı bir azərbaycanlıya görə onu tərk edib. Bundan sonra Solovyovda azərbaycanlılara nifrət baş qaldırıb. 

Amma ikinci səbəb daha ağıla batandır. 

Beləki, o hər zaman ermənilərə vəkillik edib. Onun bütün çevrəsi ermənilər və yaxud ermənipərəst ruslardır. Maraqlıdır ki, Solovyovun çevrəsindəki ermənilər sıradan biri yox, kifayət qədər imkanlı adamlardır. Məsələn, onun erməni əsillilər - rusiyalı jurnalist Marqarita Simonyan və media maqnatı Aram Qabrielyanovla işbirliyini təsdiqləyən faktlar həm Rusiya, həm də Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur. 

Bu üçlük Azərbaycan əleyhinə çoxdandır eyni cəbhədədirlər. Bundan başqa, onun anti-Azərbaycan bəyanatlarının əsas sifarişçilərindən biri Rusiyanın məşhur erməni iş adamı, “Taşir” qrupunun başçısı, milyarder Samvel Karapetyandır. Telejurnalist müsahibələrində deyib ki, adıçəkilən oliqarxla yaxın dostdur, tez-tez görüşürlər. 

Bax, rusiyalı jurnalistin heç bir məntiqə və fakta əsaslanmayan fikirlərinin kökündə bu 2 səbəb dayanır. Birincisi, şəxsi qisasçılıq, ikincisi korporativ maraq. 

Solovyov öz xalqına xəyanət etdi

Solovyov bu çıxışı ilə təkcə ermənilərə sevgisini və azərbaycanlılara nifrətini göstərmədi. O bu çıxışı ilə rus xalqının faciəsinə laqeyd münasibətini ortaya qoydu. 

Belə ki, hər kəs əsl terrorçunun izinə düşmək, sifarişçiləri ifşa etmək istədiyi bir vaxtda Solovyov iz azdırır. Özünün şəxsi maraqlarından qaynaqlanan cəfəng fikirlərini  teleekrandan tamaşaçılara ötürməklə insanlar arasında çaşqınlıq yaradır. 

Bununla o həm də istintaqın gedişini yönləndirmək istəyir. Bu isə nəinki peşəkar jurnalistə yaraşmayan bir hərəkətdir, həm də hüquqi məsuliyyət yaradan haldır. Görünür ki, rusiyalı jurnalist əsl cinayətkarların tapılıb, cinayət məsuliyyətinə cəlb olunmasında maraqlı deyil. Bu da o deməkdir ki, Solovyov terrorçuların kimlər olduğunu və kimlər tərəfindən yönləndirildiyini bilir. Amma öz ağalarından aldığı sifarişə uyğun hərəkət edərək cinayətkarların və sifarişçilərin ifşasına əngəl olmağa çalışır. 

Bu isə Solovyovun milli kimliyini sual altına qoyur. 

Çünki öz xalqını və dövlətini sevən biri belə həsss və məsuliyyətli dövrdə bu cür feyk xəbərlər yaymaz. Ona görə də Solovyovun milliyətcə rus yox,  erməni olması ehtimalı gündəmə gəlir. Çünki yalan və sərsəm danışmaq, öz xalqını həqiqi yoldan sapdırmağı özlərinə vəzifə bilən təkcə ermənilərdir. Və bu gün də Solovyov tipik erməni kimi hərəkət edir. O öz xalqının faciəsi üzərindən pul qazanmağa çalışır. Bu isə nə insanlığa, nə də ki, tanınmış jurnalistə yaraşmayan bir addımdır. 

Bir sözlə, Solovyov son sərsəmləmələri ilə özünü ifşa etdi. Milli kimliyini ortaya qoydu. Ən başlıcası da sübut etdi ki, o təkcə azərbaycanlılara yox, ruslara da eyni dərəcədə nifrət edir.

Surxay Atakişiyev, Bizim.Media  


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

Bayram günü telefon dükanına girib OĞURLUQ etdi - ANBAAN VİDEO

“Liverpul”da CİDDİ İTKİ

“Liverpul”da CİDDİ İTKİ

Sumqayıtda ev yanıb - FOTO

Sumqayıtda ev yanıb - FOTO

İsrail Livanın cənubunda “Hizbullah” mövqelərinə zərbələr endirib

İsrail Livanın cənubunda “Hizbullah” mövqelərinə zərbələr endirib

“Sabah”ın futbolçuları milli komandalara DƏVƏT ALDI

“Sabah”ın futbolçuları milli komandalara DƏVƏT ALDI

İran rialı kəskin BAHALAŞDI

İran rialı kəskin BAHALAŞDI

Onlara pul xərcləməli olacaqsınız: Bürclərin ən acgöz qadınları

Onlara pul xərcləməli olacaqsınız: Bürclərin ən acgöz qadınları

Sürücülərin NƏZƏRİNƏ: Magistral yollarda…

Sürücülərin NƏZƏRİNƏ: Magistral yollarda…

Hidayət Heydərov üçün "bürünc" şansı

Hidayət Heydərov üçün "bürünc" şansı

İsrail və ABŞ Fars körfəzində şəxsi və sərnişin gəmilərinə zərbələr endirir

İsrail və ABŞ Fars körfəzində şəxsi və sərnişin gəmilərinə zərbələr endirir

DİN: Axtarışda olan 9 nəfər tapılıb

DİN: Axtarışda olan 9 nəfər tapılıb

"İranda qalıb, onun üçün çox narahatam" - FOTO

"İranda qalıb, onun üçün çox narahatam" - FOTO

"Mançester Yunayted" hakimlərə qarşı şikayət HAZIRLAYIR

"Mançester Yunayted" hakimlərə qarşı şikayət HAZIRLAYIR

DİN: Ötən gün qanunsuz saxlanılan 14 odlu silah aşkarlanıb

DİN: Ötən gün qanunsuz saxlanılan 14 odlu silah aşkarlanıb

ABŞ Hörmüz boğazında hərəkəti bloklamaq üçün istifadə olunan katerlərə zərbə endirdi - VİDEO

ABŞ Hörmüz boğazında hərəkəti bloklamaq üçün istifadə olunan katerlərə zərbə endirdi - VİDEO

Goranboyda kişi tanışını döyüb - Cinayət işi başlanıldı

Goranboyda kişi tanışını döyüb - Cinayət işi başlanıldı

Bölgələrdə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Bölgələrdə yağış yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Ordenli deputatlar - “Vətənə xidmətə görə” təltif olunanlar - SİYAHI

Ordenli deputatlar - “Vətənə xidmətə görə” təltif olunanlar - SİYAHI

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Sürücülərə XƏBƏRDARLIQ - Bakının bu yolları TƏMİRƏ bağlanır

Hövsanda əri tərəfindən qətlə yetirilən müəllim haqda TƏFƏRRÜAT

Hövsanda əri tərəfindən qətlə yetirilən müəllim haqda TƏFƏRRÜAT

Türkiyədə sahildə pilotsuz sualtı aparat tapıldı - FOTO

Türkiyədə sahildə pilotsuz sualtı aparat tapıldı - FOTO

41 yaşlı Ronaldo ilə sevgilisi haqqında İLGİNC İDDİA – Hər kəs onlardan DANIŞIR

41 yaşlı Ronaldo ilə sevgilisi haqqında İLGİNC İDDİA – Hər kəs onlardan DANIŞIR

İranlı qadın ölüm anını lentə altı – HƏSSAS VİDEO

İranlı qadın ölüm anını lentə altı – HƏSSAS VİDEO

Muğanlı-İsmayıllı yolunda sürüşmə olub

Muğanlı-İsmayıllı yolunda sürüşmə olub

End of content

No more pages to load

RADİO