Şəmkirdə sürücülük hüququ olmayan yeniyetmə avtomobil aşırıb.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə Yeni Həyat kəndində baş verib.
2007-ci il təvəllüdlü Ayxan Amasov atasına məxsus VAZ-2112 markalı avtomobili aşırıb.
Qəzada Ayxan Amasov, sərnişinlər - 2009-cu il təvəllüdlü Turxan Alıyev və 1998-ci il təvəllüdlü Orxan Alıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar dərhal xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, Orxan Alıyevin həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu