Moskvada Rusiya Federal Gömrük Xidmətinin rəis müavini, gömrük xidməti general-polkovniki Yelena Yaqodkina korrupsiyada şübhəli bilinərək saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb.
Yaqodkina sədri olduğu gömrük və digər ödənişlərin yığılması və inzibatçılığı üzrə daimi komissiyanın iclasından dərhal sonra saxlanılıb. Onun iş otağında axtarış aparılıb, daha sonra İstintaq Komitəsində sorğu-sual edilib.
Qeyd edək ki, Yaqodkina Rusiya gömrük orqanlarının əsas fiqurlarından biridir və Rusiya təhlükəsizlik qüvvələrinin tarixində general-polkovnik rütbəsinə qədər yüksələn üçüncü qadındır.
Bizim.Media