Aprelin 20-də İndoneziya sahillərində 6 bal gücündə zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Yeraltı təkanların Sibolqa şəhərindən 304 kilometr cənub-qərbdə, ocağının 10 kilometr dərinlikdə yerləşdiyi bildirilir.
Sunami xəbərdarlığı elan edilməyib.
Bizim.Media