Ermənilərin Bağanis Ayrımda törətdiyi qətliamın şahidləri DANIŞIR - VİDEO

Ermənilər tərəfindən işğal olunaraq yandırılan Bağanis Ayrım kəndi Ermənistanın Qazax rayonunda işğalçılıq siyasətinin ilk qurbanlarından biri olub. Bağanis Ayrım İcevan-Noyemberyan avtomobil yolunun kənarında yerləşir, Ermənistan rahat gediş-gəlişi təmin etmək üçün kəndin işğalı üçün xüsusi plan hazırlayıb.

Bizim.Media xəbər verir ki, 1990-cı il martın 24-də gecə saat 3 radələrində Ermənistan Respublikasının Noyemberyan rayonunun Bağanis kəndinin bir qrup silahlı erməni sakini Qazax rayonunun Bağanıs-Ayrım kəndini iriçaplı silahlardan, pulemyotlardan və qumbaraatanlardan. intensiv atəşə tutub. 

Təxminən saat 08:00 radələrində müxtəlif avtomaşınlarla (“Ural”, “UAZ”, “Kamaz”, “Qaz-53”) kəndə daxil olaraq evlərə və küçədə olan kənd sakinlərinə atəş açıblar.
Silahsız yerli sakinlər qonşu kəndlərə və meşələrə qaçmalı olublar. Erməni qəsbkarları onların evlərini qarət etməyə, qaçan sakinləri təqib edərək diri-diri yandırmağa başlayıblar. Yeddi kənd sakini ağır işgəncələrə məruz qalaraq yandırılıb Yananlardan ən kiçiyi 39 günlük körpə, ən böyüyü 75 yaşlı Dadaş Əsliyevdir. Daha 2 nəfər güllələnib. Bu faciə zamanı 100 evdən 17-si yandırılıb, 11-i talan edilib.

Həmin dəhşətli hadisələrin şahidi Səməd Ocaqverdiyevin sözlərinə görə, 5 nəfərdən ibarət Əsliyevlər ailəsi və bir kənd sakini diri-diri yandırılıb,  Məcid adlı polis də öldürülüb:

“Bundan başqa, ermənilər kənd sakini Əliməmməd Məhərrəmovu da yandırıblar. Dadaşın ailəsi bıçaqlanaraq tövlədə yandırılıb. Sovet əsgərləri kənd camaatının müdafiəsində qəsdən fəallıq göstərməyiblər”.

Ermənilərin dinc Bağanis-Ayrım kəndinə hücumu nəticəsində aşağıdakı dinc sakinlər həlak olub:

Əsliyev Dadaş Bayram oğlu, 1915-ci il təvəllüdlü;

Əsliyeva Pakizə Qulu qızı, 1927-ci il təvəllüdlü;

Əsgərova Havaxanım Dadaş qızı, 1959-cu il təvəllüdlü,

Adıgözəlova Aliyə Dadaş qızı, 1963-cü il təvəllüdlü;

39 günlük körpə (ona ad qoyulmayıb).

Güllələnənlər:

Adıgözəlov Hafiz Ramiz oğlu, 1942-ci il təvəllüdlü;

Məhərrəmov Əliməmməd Gülməmməd oğlu, 1942-ci il təvəllüdlü;

Əhmədov Məcid Oktay oğlu, 1965-ci il təvəllüdlü, Qazax RPŞ-nin polis əməkdaşı.

Ermənilər Aliyə Adıgözəlovanın və Havaxan Əsgərovanın qarın boşluğunu kəsərək, daş və çınqılla örtüb, Pakizə Əsliyeva, Dadaş Əsliyev, Xafiz Adıgözəlov, Əliməmməd Məhərrəmov və 39 günlük körpəni D.Əliyevin həyətindəki tövlədə yandırıblar. Videodan aydın görünür ki, yandırılmadan əvvəl hamıya işgəncə verilib, hətta 39 günlük körpənin başı sındırılıb.

Daha sonra ermənilər rayonun Bağanıs-Ayrım kənd sakinləri Adıgözəlov Mülkədar İsrafil oğlunu və Əhmədov Zirəddin Musa oğlunu yaralayıblar.  Bbenzin tökərək Bağanıs-Ayrım kəndində 12 evi yandırıblar. Onlar kənd məktəbinin binasını dağıdıb, yararsız vəziyyətə salıb, kəndin və kolxoz sakinlərinin mal-qarasını, habelə şəxsi evlərini və qızıl-zinət əşyalarını talayıb, kənd sakinlərinə 578 min 72 rubl məbləğində maddi ziyan vurublar.

Faciə günü təcili tibbi yardım briqadasının tərkibində Bağanıs Ayrıma ilk gələnlərdən biri olan həkim Elxan Bayramov deyib:

“Ora gedəndə orada heç kim yox idi. Polis və yanğınsöndürənlərlə,  təcili yardım maşını ilə kəndə daxil olduq. Qadınların qarınları daşla dolu idi. Onlara öncə işgəncə verilib, öldürülüb, sonra da yandırılıb. Ermənilər bir polis serjantını da güllələyib öldürmüşdülər. Amma o, artıq kənddən çıxarılmışdı. Bizdən bir saat sonra kəndlilər qayıtdılar. Bütün hadisələr tamamilə rusların nəzarəti altında baş vermişdi. Biz orada olarkən Rusiya helikopterləri Bağanis Airim üzərində dövrə vururdular, axıra qədər nəzarət edirdilər. Hətta 2-3 dəfə helikopterlər video görüntülərə də düşüb. Ümumiyyətlə, bunda rusların əli var idi”.

Faciə günü adətən adları çəkilməyən daha üç nəfər ermənilərin qurbanı olub: 1959-cu il təvəllüdlü Kamran Əmrahov; 1961-ci il təvəllüdlü Bəxtiyar Əmrahov, 1962-ci il təvəllüdlü Xəqani Saniyev. Faciədən xəbər tutan kimi onlar Bağanis Ayrıma gediblər. Ermənilər hər üçünü əsir götürüblər. Nəticədə onları apmaq mümkün olmayıb.

Bu gün Qazax rayonunun yeddi kəndi - Bağanis Ayrım, Xeyrimli, Aşağı Əskipara, Sofulu, Bərxudarlı, Qızılhacılı, Yuxarı Əskipara Ermənistanın işğalı altındadır.
 


Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

BDU-nun dələduzluq edən hüquqşünasından XƏBƏR VAR

BDU-nun dələduzluq edən hüquqşünasından XƏBƏR VAR

200 manatlıq sosial yardım kimlərə və necə ödəniləcək? – FOTO

200 manatlıq sosial yardım kimlərə və necə ödəniləcək? – FOTO

Qəzada həlak olan hakim tanınmış prokurorun xanımı imiş – FOTO

Qəzada həlak olan hakim tanınmış prokurorun xanımı imiş – FOTO

İki təyyarə Bakı aeroportuna məcburi ENİŞ ETDİ - FOTO

İki təyyarə Bakı aeroportuna məcburi ENİŞ ETDİ - FOTO

m10 Mastercard ilə ilk rəqəmsal kartını istifadəyə verdi — Apple Pay və Google Pay ilə dəstəklənir

m10 Mastercard ilə ilk rəqəmsal kartını istifadəyə verdi — Apple Pay və Google Pay ilə dəstəklənir

Bir vaxtlar ulduz idi, indi küçələrdə yaşayır – VİDEO

Bir vaxtlar ulduz idi, indi küçələrdə yaşayır – VİDEO

Ankarada bu küçəyə Üzeyir Hacıbəylinin adı verildi – FOTO

Ankarada bu küçəyə Üzeyir Hacıbəylinin adı verildi – FOTO

Cəlilabadda avtomobil 78 yaşlı qadını vuraraq öldürdü

Cəlilabadda avtomobil 78 yaşlı qadını vuraraq öldürdü

Qızıl alqı-satqısında uduzmaq istəməyənlər bu məqamları gözdən qaçırmasınlar – Mütəxəssisdən TÖVSİYƏLƏR

Qızıl alqı-satqısında uduzmaq istəməyənlər bu məqamları gözdən qaçırmasınlar – Mütəxəssisdən TÖVSİYƏLƏR

Məhkəmə 340 minlik dələduzluq edən şəxsin cəzasını ağırlaşdırdı

Məhkəmə 340 minlik dələduzluq edən şəxsin cəzasını ağırlaşdırdı

Alina Bozun həyat yoldaşı da saxlanıldı

Alina Bozun həyat yoldaşı da saxlanıldı

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Avro bahalaşdı, rubl ucuzlaşdı – YENİ MƏZƏNNƏ

Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

Sumqayıtın bəzi ərazilərində qaz olmayacaq

Sakinlərə XƏBƏRDARLIQ - Bakının bu ərazisində işıq olmayacaq

Sakinlərə XƏBƏRDARLIQ - Bakının bu ərazisində işıq olmayacaq

"Hacı Mazan"ın polkovnik oğlu işdən çıxarıldı

"Hacı Mazan"ın polkovnik oğlu işdən çıxarıldı

Gümüşün qiyməti 70 dollar həddini keçdi

Gümüşün qiyməti 70 dollar həddini keçdi

Kıvanç reklamdan 106 milyon qazanacaq

Kıvanç reklamdan 106 milyon qazanacaq

"ChatGPT"də yeni FUNKSİYA

"ChatGPT"də yeni FUNKSİYA

Goranboyda qadın dəm qazından boğuldu

Goranboyda qadın dəm qazından boğuldu

ABŞ Sakit okeanda narkotik daşıyan gəmini vurdu

ABŞ Sakit okeanda narkotik daşıyan gəmini vurdu

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

SON DƏQİQƏ: Xəzər dənizində zəlzələ oldu

Gecə saatlarında avtomobil Qış parkına girdi - VİDEO

Gecə saatlarında avtomobil Qış parkına girdi - VİDEO

Zərərli obrazlara QADAĞA – Uşaq oyuncaqları ilə bağlı yeni qaydalar TƏTBİQ OLUNACAQ?

Zərərli obrazlara QADAĞA – Uşaq oyuncaqları ilə bağlı yeni qaydalar TƏTBİQ OLUNACAQ?

Aynur Rzayevanın həyatını itirdiyi qəzanın baş verdiyi yerdən VİDEO

Aynur Rzayevanın həyatını itirdiyi qəzanın baş verdiyi yerdən VİDEO

End of content

No more pages to load

RADİO