Novruz tətili günləri davam etdikcə şimal bölgəsində qeyri-sabit hava şəraiti də davam edir.
Bizim.Media xəbər verir ki, bu gecə Qubanın Qrız və Xınalıq kəndlərinə yenidən Novruz qarı düşüb.
Məlumata görə, bu yaşayış məntəqələrinə 1 sm qar yağıb.
Temperatur isə Xınalıqda -2,2, Qrızda -3,1 dərəcə təşkil edib.
Yağıntı gecə saat 3-5 arasında müşahidə olunub.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu