Moskva vilayətində yerləşən "Crocus City Hall"da törədilən terror aktında Tacikistan vətəndaşlarının iştirakı ilə bağlı məlumatlar saxtadır
Bizim.Media xəbər verir ki, bu barədə Tacikistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ki, Tacikistan Rusiya hakimiyyət orqanlarından respublika vətəndaşlarının Moskva vilayətində törədilmiş terror aktında iştirakı barədə məlumat almayıb.
Xatırladaq ki, ötən axşam Moskvadakı "Crocus City Hall"da terror aktı baş verib. 99 nəfərin öldüyü, 150-yə yaxın şəxsin isə yaralandığı bildirilir. Bundan əlavə Rusiya KİV-i 2 şübhəli şəxsin saxlanıldığını, daha 4 şübhəlinin isə adlarını açıqlayıb. Həmin şəxslərin Tacikistan vətəndaşı olduğu iddia edilir.
Bizim.Media