Rusiyanın Azərbaycandakı səfirliyinin önünə Bakı sakinləri gül dəstələri düzməyə başlayıblar.
Bizim.Media xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat yayılıb.
Qeyd edək ki, martın 22-də axşam saatlarında Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində törədilən terror hücumunun qurbanlarını anmaq məqsədilə dünyanın bir çox şəhərlərində oxşar aksiyalara start verilib.
Xatırladaq ki, terror aktı nəticəsində 99 nəfərin öldüyü, 150-yə yaxın şəxsin isə yaralandığı bildirilir.


Bizim.Media