Qərbin növbəti QURBANI - “Təhlükəsizlik” paktı Ermənistanı UÇURUMA SÜRÜKLƏYİR

Ermənistan xarici qüvvələrin əlində alət olmaq missiyasını davam etdirməkdədir. Belə ki, NATO, Avropa Birliyi və ABŞ bu problemli ölkənin təhlükəsizliyi ilə bağlı pakt imzalamağı planlaşdırır. Reallıq bundan ibarətdir ki, Ermənistana “dəstək” əlini uzadanların əsas məqsədi heç də İrəvanın müdafiəsi deyil.

Bəs, əsl məqsəd nədir?

Mövzu ilə bağlı Bizim.Media-ya müsahibə verən amerikalı politoloq Endryu Korybko, sözügedən paktın imzalanmasının Ermənistan üçün heç də müsbət nəticələr verməyəcəyinə diqqət çəkib.

Sözügedən müsahibəni təqdim edirik.

- Cənab Korybko, biz son illər regiondan xeyli uzaqda olan ölkələrin Ermənistana qarşı həssas davranışının şahidiyik. İndi də təhlükəsizliklə bağlı pakt məsələsi gündəmə gəlib. Belə bir paktın imzalanması Ermənistan üçün necə nəticələnəcək?

- Ermənistanın Qərb ölkələri ilə gözlənilən təhlükəsizlik paktının təfərrüatları məlum olmasa da, ümumiyyətlə, bu, region üçün narahatlıq yaradacaq. Erməni cəmiyyəti “Böyük Ermənistan” adlanan geosiyasi layihənin iflasa uğraması ilə barışa bilməyən ultra-millətçilərin təsiri altında qalır. Ona görə də Qərb dövlətləri “Ermənistanı müdafiə etmək” pərdəsi altında öz məqsədinə çatmaq üçün İrəvanın hücum potensialını gücləndirə bilər. 

- Azərbaycanın Ermənistana hücum edəcəyi ilə bağlı dezinformasiyalar son günlər daha çox tirajlanır. Bakı isə rəsmi olaraq belə niyyətdə olmadığını təsdiqləyir. Ermənistanın və Qərbin bu kimi yalan bəyanatları nəyə hesablanıb?

- Qərb ölkələri ilə Ermənistan arasında sözügedən paktın imzalanmasına əsas bəhanələr məhz Azərbaycan və Türkiyənin guya Ermənistanın ərazi bütövlüyünə təhdid yaratmasıdır. Eyni zamanda onlar Rusiyanın KTMT-nin qarşılıqlı müdafiə öhdəliklərini əməl etmək istəmədiyini də əsas gətirirlər. Reallıqda isə sözügedən məsələlər heç də Ermənistanın təqdim etdiyi kimi deyil. Çünki Rusiyanın təhlükəsizlik öhdəlikləri heç vaxt İrəvanın 30 il ərzində qeyri-qanuni işğal etdiyi Azərbaycan torpaqlarına şamil edilmiyib. 

Digər tərəfdən Ermənistanın nə vaxtsa özünün uğursuz “Böyük Ermənistan” geosiyasi layihəsini canlandıra bilməsi üçün real şans yoxdur. Lakin ondan əvvəl Qərbin hər hansı dəstəyi Ermənistan dövləti və onun xalqı üçün fəlakətli nəticələrə səbəb ola bilər. Qərb və Ermənistan arasında paktın imzalanması daha böyük müharibə və regionda sabitliyin pozulması ilə nəticələnəcək. Digər məqam isə ondan ibarətdir ki, Qərb bu kimi addımlarla Rusiya və İranda sabitliyi poza biləcəyini düşünür. 

- Azərbaycan və Ermənistan hazırda sülhə çox yaxındır. Lakin biz Ermənistanın fərqli ssenarilərlə oynamasının şahidi oluruq. Qeyd olunan proseslər Azərbaycan və Ermənistan arasında sülhə təsir edəcəkmi?

- Azərbaycan və Ermənistan hazırda sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı çox həssas danışıqlar aparır və bu danışıqların rəsmi sülh müqaviləsinin imzalanmasından əvvəl başa çatacağı gözlənilir. Əgər Ermənistan Qərbin hərbi dəstəyi ilə cəsarətləndiyini hiss edərsə, o zaman mübahisəli ərazilər üzərində öz iddialarını və nəzarətini saxlamağa çalışacaq. Bununla da sülh prosesini pozmuş olacaq.

Ən pis halda, Ermənistan Qərb silahlarından və kəşfiyyat məlumatlarından istifadə edən terror qruplarının əli ilə Azərbaycana qarşı hibrid müharibə apara bilər.

- Biz bilirik ki, Qərbin hazırki davranışı daha çox Rusiyaya qarşıdır. Elə imzalanması gözlənilən pakt da buna xidmət edir desək, yanılmarıq. Rusiya bu proseslərlə bağlı hansı addımları atacaq? Yaxud hansı addımları atmalıdır?

- Rusiya Ermənistanda daxili siyasi proseslərə və Qərbin rolunun artmasına qarşı işlər aparmağa çalışdı, lakin uğursuz oldu. Nəticə odur ki, Rusiya Ermənistanda öz təsirini itirir.

Ermənistanın Qərbin yeni “qala”sına çevriləcəyi təqdirdə vəziyyət dəyişə bilər. Paşinyan hakimiyyətə gəldikdən sonra Kremlin edə biləcəyi çox şey yox idi. Bununla belə, Rusiyanın silahlı qüvvələr yaxud vətəndaş cəmiyyətindən istifadə edərək, Ermənistanda hərbi çevriliş və ya rəngli inqilab yolu ilə proseslərə nəzarət edə biləcəyini istisna etmək olmaz. Lakin bu, indiki məqamda yalnız fərziyyədir. Hazırda sülhün reallaşması region üçün ən yaxşı ssenaridir. Çünki bu, Qərbin Ermənistana dəstəyi ilə reallaşa biləcək növbəti müharibənin qarşısını alacaq. 

- Cənab Korybko, zaman ayırdığınız və suallarımızı cavablandırdığınız üçün təşəkkür edirəm.

- Mən də sizə təşəkkür edirəm.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

SON DƏQİQƏ: İranda zəlzələ oldu

SON DƏQİQƏ: İranda zəlzələ oldu

Bakıda ƏMƏLİYYAT: 17 kiloqram marixuana aşkarlandı - VİDEO

Bakıda ƏMƏLİYYAT: 17 kiloqram marixuana aşkarlandı - VİDEO

“Mən subay deyiləm” — VİDEO

“Mən subay deyiləm” — VİDEO

İki boksçumuz dünya çempionatının bürünc medalını QAZANDI

İki boksçumuz dünya çempionatının bürünc medalını QAZANDI

Baş nazirin dövlət mühafizəsində olan avtomobili OĞURLANDI

Baş nazirin dövlət mühafizəsində olan avtomobili OĞURLANDI

Bakıda süpürgəçilər arasında DAVA: Kişi qadını döydü

Bakıda süpürgəçilər arasında DAVA: Kişi qadını döydü

Daha iki marşrut xəttinə YENİ AVTOBUSLAR verilir

Daha iki marşrut xəttinə YENİ AVTOBUSLAR verilir

Xocalının Daşbulaq kəndinə ilk köç karvanı yola salındı - FOTO

Xocalının Daşbulaq kəndinə ilk köç karvanı yola salındı - FOTO

Fatih Terim millimizin baş məşqçisi OLA BİLƏR

Fatih Terim millimizin baş məşqçisi OLA BİLƏR

Avstriya Çinə Rusiya ilə bağlı ÇAĞIRIŞ EDİB

Avstriya Çinə Rusiya ilə bağlı ÇAĞIRIŞ EDİB

Baş nazir İqtisadi Şuranı toplayıb tapşırıqlar verdi - FOTO

Baş nazir İqtisadi Şuranı toplayıb tapşırıqlar verdi - FOTO

Mədəniyyət Nazirliyi Hacı Murad Yagizarovun vəfatı ilə bağlı nekroloq YAYDI

Mədəniyyət Nazirliyi Hacı Murad Yagizarovun vəfatı ilə bağlı nekroloq YAYDI

Tibb işçilərinin bu məlumatları paylaşması QADAĞANDIR

Tibb işçilərinin bu məlumatları paylaşması QADAĞANDIR

Tramp Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə hazır olduğunu bəyan etdi

Tramp Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq etməyə hazır olduğunu bəyan etdi

Güneyli qız stadionda Azərbaycan rəqsi ilə maraq doğurub - VİDEO

Güneyli qız stadionda Azərbaycan rəqsi ilə maraq doğurub - VİDEO

Yeni tədris ilinin ilk dərsi bu mövzuya həsr olunacaq

Yeni tədris ilinin ilk dərsi bu mövzuya həsr olunacaq

Bu ölkədə “Hamburger” və “dondurma” sözləri QADAĞAN olundu

Bu ölkədə “Hamburger” və “dondurma” sözləri QADAĞAN olundu

Makrondan sülh gündəliyinə qarşı MƏKİRLİ PLAN – Erməni diasporu Parisdə hansı təxribatı HAZIRLAYIR?

Makrondan sülh gündəliyinə qarşı MƏKİRLİ PLAN – Erməni diasporu Parisdə hansı təxribatı HAZIRLAYIR?

Ərdoğan yenə TOGG-un yeni modelini sürdü – VİDEO

Ərdoğan yenə TOGG-un yeni modelini sürdü – VİDEO

ABŞ və Ermənistan Zəngəzur dəhlizini müzakirə etdi

ABŞ və Ermənistan Zəngəzur dəhlizini müzakirə etdi

"Sənə sürpriz edəcəyəm" deyib, boşandığı həyat yoldaşının evini yandırdı

"Sənə sürpriz edəcəyəm" deyib, boşandığı həyat yoldaşının evini yandırdı

Müğənni Elvin virusa yoluxdu – VİDEO

Müğənni Elvin virusa yoluxdu – VİDEO

Bazarın ritmini dəyişən QADINLAR - Ətək qısalırsa, iqtisadiyyat yüksəlir?

Bazarın ritmini dəyişən QADINLAR - Ətək qısalırsa, iqtisadiyyat yüksəlir?

Samara hava limanı reysləri BƏRPA ETDİ

Samara hava limanı reysləri BƏRPA ETDİ

End of content

No more pages to load

RADİO