Sevgilisi Jerar Pikedən ayrılandan sonra depressiyaya düşən dünya pop musiqisinin ulduzu Şakira bu gün 7 ildən sonra ilk albomunu təqdim edəcək.
Bizim.Media xəbər verir ki, bu ərəfədə Latın amerikalı sənətçi "Emili Parisdə" filminin 31 yaşlı ulduzu, ingilis aktyoru Lüsien Laviskontun yarıçılpaq halda qucağında fotolar çəkdirməsi müzakirə predmetinə çevrilib.
Şəkillərin birində aktyor ifaçını öpməsi isə söz-söhbət yaradıb.
Şakira Lüsienlə eşq yaşadığı iddialarına cavab verib. Ulduz, "Çərçivədə kadr" deyə, yazılanlara reaksiya verib.
Rəşad Əliyev, Bizim.Media